Yeni doğulan körpələr, arxiv şəkli

Bakıda həkimlər azçəkili doğulan körpəni xilas ediblər

33
(Yenilənib 00:12 28.05.2019)
Bir aydan çox davam edən kompleks müalicə nəticəsində uşaq ekstremal vəziyyətdən çıxa bilib

BAKI, 28 may — Sputnik. Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının həkimləri ekstremal dərəcədə az çəkili və çoxlu sağlıq problemləri ilə doğulan körpəni müalicə ediblər.

Bu barədə Sputnik Azərbaycan-a universitetdən məlumat verilib.

Qeyd edilib ki, 1 kiloqram çəki ilə doğulan körpə 1 aydan çox müalicə alıb. ATU-nun TCK-nın neonatologiya şöbəsinin müdiri Aygün Rüstəmxanlının sözlərinə görə, yenidoğulmuş süni tənəffüs cihazına qoşulub: "Körpənin ağciyərlərində kəskin respirator distress sindromu olduğundan, nəfəs ala bilmirdi. Onun ağciyərlərinin açılması üçün müalicə aparılıb, iki dəfə iynə vurulub".

Həkim A.Rüstəmxanlı bildirir ki, bu körpə erkən neonatal dövrdə çox kritik günlər keçirib. Lakin ATU-dakı peşəkar komanda hesabına balacanı normal həyata qaytarmaq mümkün olub. Belə ki, neonatoloqların müayinəsi zamanı xəstədə dərin yarımçıq doğulmuş uşaqların xəstəliyi sayılan retinopatiya (ROP) qeyd olunub. Yarımçıq doğulmuş uşaqlar uzun müddet küveyzde qaldıqlarına görə, göz dibində nevaskulyar -rubioz damarlar əmələ gəlir. Bu damarlar tor qişasını sıradan cıxarır və qopardır. Körpə ATU Tədris Cərrahiyyə Klinikasının retinoloqlarının nəzarətində olub. Oftalmologiya kafedrasının həkimi Leyda Kazımova yarımçıq doğulmuş uşaqda arqon lazer əməliyyatını icra edib və körpənin görməsi bərpa olunub.

"Lakin körpənin problemləri bununla bitmir. Yarımçıq doğulmuş uşaqda həm də malrotasiya - anadangəlmə bağırsaq problemi də mövcud olub . Klinikanın baş həkimi, uşaq cərrahı Ramiz Poluxovun sözlərinə görə, doğuşunun 31-ci günündə uşaq əməliyyat olunub. 40 dəqiqə davam edən əməliyyat nəticəsində onikibarmaq bağırsağı sıxan ledd atmaları ayrılaraq bağırsağın keçiriciliyi bərpa edilib"-deyə bildirilib.

Hazırda körpə normal qidalanır, normal defekasiyası (nəcis ifrazı) var, qusması isə yoxdur. Bir aydan çox davam edən kompleks müalicə nəticəsində uşaq ekstremal vəziyyətdən çıxa bilib. Körpənin valideynləri peşəkar yardıma görə Tədris Cərrahiyyə Klinikasının həkimlərinə təşəkkürlərini bildirirlər.

33
Moskvada koronavirusa yoluxanan xəstələrin müalicə aldığı hospital, arxiv şəkli

Rusiyada bir gündə 124 nəfər koronavirusdan öldü

5
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

BAKI, 13 avqust - Sputnik. Son bir sutka ərzində Rusiyada 5057 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Sputnik Azərbaycan Rusiya Operativ Qərargahına istinadən xəbər verir ki, bir gün ərzində qonşu ölkədə 124 nəfər ölüb.

Ümumilikdə Rusiyada bu xəstəliyə yoluxanların sayı 907758-ə çatıb. Rusiyada pandemiya yayılandan 15384 nəfər COVID-19-dan vəfat edib. Ümumilikdə Rusiyada bu virusdan sağalanların sayı 716396-ə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 20,2 milyonu keçib, 741 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

5
Koronavirus modeli, arxiv şəkli

Həkim koronavirusun insanın beynini necə sıradan çıxarmasından danışıb

20
(Yenilənib 23:44 12.08.2020)
Leyla Namazova-Baranova: "COVID-19-u hətta yüngül formada keçirmiş hər bir xəstənin beyni, beyninin strukturları dəyişikliklərə məruz qalır"

BAKI, 13 avqust — Sputnik. SARS-CoV-2 koronavirusu yalnız tənəffüs yollarını deyil, həm də beyini və mərkəzi sinir sistemini sıradan çıxarır. Bunu "Millətin sağlamlığı - Rusiyanın çiçəklənməsinin əsasıdır" forumunda RF Pediatrlar İttifaqının prezidenti Leyla Namazova-Baranova bildirib.

"COVID-19-u hətta yüngül formada keçirmiş hər bir xəstənin beyni, beyninin strukturları dəyişikliklərə məruz qalır", - deyə həkim bildirib.

Onun sözlərinə görə, bu, iy və dad itkisi kimi simptomlar tərəfindən də təsdiqlənir. "Onlar birbaşa mərkəzi sinir sisteminin məğlubiyyətini göstərir", - həkim deyib.

Namazova-Baranova xatırladıb ki, ötən aylar ərzində həkimlər və alimlər virusun yaratdığı çoxsaylı insult hallarını, eləcə də digər nevroloji təzahürləri təsvir ediblər.

"Millətin sağlamlığı - Rusiyanın çiçəklənməsinin əsasıdır" forumu bu il avqustun 11-dən 13-dək Moskvada keçirilir.

Koronavirusun mərkəzi sinir sisteminə təsiri

Alimlər artıq koronavirusun sinir sistemi üçün təhlükəsi barədə xəbərdarlıq ediblər. Belə ki, Şimal-Qərb Universitetinin (ABŞ) nevrologiya professoru, doktor İqor Koralnikin başçılıq etdiyi tədqiqatçılar Northwestern Medicine tibb mərkəzindəki bütün COVID-19 pasiyentlərinin retrospektiv analizini həyata keçiriblər. Məlum olub ki, nümunə üçün seçilmiş tədqiqat iştirakçılarının təxminən yarısı nevroloji simptomlara malikdir. Onlar baş ağrısı, başgicəllənmə, sayıqlığın azalması, diqqətin konsentrasiyası ilə bağlı çətinliklər, qıcolmalar, əzələ ağrıları, həmçinin iy və dad pozulmalarından əziyyət çəkirlər.

Həkimin sözlərinə görə, COVID-19-un nevroloji disfunksiya yaratmasının bir çox müxtəlif səbəblər var. Bu xəstəlik bir neçə orqana (ağciyər, böyrək, ürək) təsir edə bilər. Eyni zamanda beyin də işemik və ya hemorragik iflicə səbəb ola biləcək oksigenləşmənin çatışmaması, qan dövranının pozulması və qan laxtalanmasından əziyyət çəkə bilər.

20
Teqlər:
beyin, COVID-19, Koronavirus
Mövzu:
Dünyanı cənginə almış bəla
Əlaqədar
ÜST Rusiyada qeydiyyatdan keçən peyvəndlə bağlı münasibət açıqladı
"Rusiyanın koronavirus peyvəndi: dahiyanə hər şey kimi sadədir"
Sübut olunmasa, da çəkindirirlər: COVID-ə yoluxan hamilələr üçün qızıl qiymətində cavablar
Koronavirusa qarşı peyvənddən xəstələnmək olarmı?
Koronavirusun daha bir qeyri-adi simptomu üzə çıxıb
Rafale qırıcısı, arxiv şəkli

Böyük müharibə reallığa çevrilir - Ankaraya qarşı açıq hədəyə keçdilər

16
Aralıq dənizindəki Türkiyə-Yunanıstan gərginliyinə rəsmi Paris də qarışmaq niyyətindədir. Qeyd edək ki, hər üç ölkə NATO üzvüdür.

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 13 avqust — Sputnik. Fransa Aralıq dənizinin şərq hissəsinə öz hərbçilərini göndərəcək. Ölkə Yunanıstanı Türkiyənin "aqressiv hərəkətlərindən" qorumaq üçün regionda mövcudluğunu gücləndirmək istəyir. Bu barədə Sputnik "Reuters"-ə istinadən xəbər verir.

Məlumata əsasən söhbət iki ədəd "Rafale" qırıcılarından və "Lafayette" freqatından gedir. Rəsmi Parisə yaxın olan mənbənin sözlərinə görə, bu qərarı Fransa Prezidenti Emmanuel Makron verib. Belə ki, Fransa lideri Türkiyənin "birtərəfli qaydada" şelfi qazmaq niyyətindən narahatdır.

Qeyd olunur ki, Fransa "regionda dəniz gəmiçiliyinin təhlükəsizliyi və azad hərəkətinin, habelə beynəlxalq hüquq normalarına hörmətlə yanaşıldığına" əmin olmaq istəyir.

Xatırladaq ki, bu ilin iyununda Türkiyə hökuməti Aralıq dənizinin, Kipr adası yaxınlığında olan ərazisində öz maraqlarını qorumaq barədə qərar verib. Rəsmi Ankara bir sıra ölkələrin etirazına baxmayaraq geoloji kəşfiyyat işlərini davam etdirmək niyyətindədir.

Aralıq dənizinin şərq hissəsi – bir tərəfdə Avropa İttifaqının üzvləri Kipr və Yunanıstanla digər tərəfdə isə Türkiyə olmaqla gərginlik mənbəyidir. Türkiyə dəfələrlə yataqların Kipr türkləri ilə Kipr yunanların birgə işlətmələrini təklif edib. Rəsmi Ankara Moskva ilə əməkdaşlığı da istisna etməyib. Enerji daşıyıcıları mübahisəsinə həmçinin, Misir və İsrail də daxildir.

Tərəflər arasında fikir ayrılığı 1974-cü ildə Kiprdə adanın Yunanıstan anneksiyası ilə bağlı çevriliş baş verəndən sonra başlayıb. Həmin vaxt Türkiyə Kiprin şimalına qoşun yeridib və həmin ərazidə Kipr – Türk Federativ dövləti yaradıb. Daha sonra onun adı Şimali Kipr Türk Respublikasına dəyişdirilib. Adanın digər hissəsinə isə Kipr Respublikasının nəzarəti altındadır.

16