Alma

Gündə bir ədəd alma, vəssalam

181
(Yenilənib 16:52 05.05.2019)
Sağlamlığınızı düşünürsünüzsə, bu tövsiyəni gözardı etməyin

BAKI, 6 may — Sputnik. Hər gün 1 alma yeyən insanın bağırsaqlarında faydalı bakteriyaların sayı artır. Bu isə metabolik prosesləri və immuniteti yaxşılaşdırır.

Sputnik Azərbaycan saglamolun.az-a istinadən xəbər verir ki, danimarkalı alimlər tədqiqat aparıblar. Nəticələr sübut edib ki, almanın müntəzəm olaraq istehlakı, həmçinin bağırsaqların divarlarını qoruyur və bununla da bağırsaq xəstəliklərinin riskini azaldır.

Alma sağlamlıq üçün çox qiymətli maddə olan pektinlə zəngindir. Pektin nazik bağırsaqda yağlı turşular və piylərin sovrulmasını azaldır ki, bu da xolesterinin səviyyəsini aşağı salır.

Həmçinin, pektin bağırsaqlara detoks təsiri edir, qəbizliyin qarşısını almağa yardım göstərir.

181
Teqlər:
xəstəlik, bağırsaq, alma
Əlaqədar
Quba rayonunda "alma istirahəti"
Xaçmazda 30 yeşik alma yola dağılıb
Bir xurcun alma hesabına çıxan qəzet...