BAKI, 4 may — Sputnik. Dünyada xərçəngin ən geniş yayılan növlərindən biri də qalxanvari vəz xərçəngidir. Sputnik Azərbaycan-ın Türkiyə mediasına isitnadən xəbərinə görə, türkiyəli həkimlər xərçəngin ən geniş yayılan 5 növündən biri olan qalxnavari vəz xərçənginin niyə belə geniş yayılmasının səbəbini açıqlayıblar.
Onlar qeyd ediblər ki, son illər dünyada, o cümlədən də Türkiyədə bu cür xəstələrin sayının artması Çernobıl faciəsi ilə əlaqələlidir. Statistikaya görə, bu gün Türkiyədə qadınların 20, kişilərin isə 5 faizi məhz bu xəstəlikdən əziyyət çəkir.
Lakin həkimlər deyirlər ki, xərçəngin digər növləri ilə müqayisədə qalxanvari vəz xərçəngini məğlub etmək, onunla mübarizə aparmaq daha asandır.
BAKI, 22 yanvar — Sputnik. Rusiyanın koronavirus əleyhinə "Sputnik-V" peyvəndi birvektorlu preparatlardan daha yaxşı nəticə göstərir – bu fikri Rusiya vaksini üzrə beynəlxalq elmi məsləhət şurasının mütəxəssisi Karlos Sala səsləndirib.
"Yüksək effektivlik fərziyyəsi səbəbindən adenovirusun müxtəlif vektorlarının istifadəsi strategiyası hər zaman bizi maraqlandırıb və indi bu, öz təsdiqini tapdı, çünki eyni platformadakı peyvəndlərlə müqayisədə nəticələr daha yaxşıdır", – deyə RİA Novosti ondan sitat gətirərək bildirir. Ekspert bunu "yenilikçi nəticə" adlandırıb.
Qeyd edək ki, "Sputnik-V" peyvəndi SARS-CoV-2 virusunun spark zülalının daxil olduğu adenoviral vektorlar əsasında yaradılıb. Adenovirusların özləri çoxalma qabiliyyətindən məhrumdur - onlar insan orqanizminin hüceyrələrinə genetik material (antigen) çatdırma funksiyası daşıyır.
Avqust ayında Rusiya Səhiyyə Nazirliyi Qamaleya Mərkəzi tərəfindən hazırlanmış və Rusiya Birbaşa İnvestisiyalar Fondu ilə birlikdə istehsal olunan COVID-19 əleyhinə dünyada ilk peyvəndi qeydə aldı. Ona "Sputnik-V" adı verildi. Preparat üç həftəlik fasilə ilə iki komponentin tətbiq edilməsini nəzərdə tutur.
Koronavirusa qarşı ikinci rus peyvəndi olan "EpiVacCorona" "Vektor" Novosibirsk mərkəzinin preparatıdır. Bundan başqa, Rusiya Elmlər Akademiyasının Çumakov adına İmmunobioloji Tədqiqatların Araşdırılması və İnkişafı Mərkəzində "canlı" peyvəndin klinik sınaq mərhələsi davam edir. Artıq qeydiyyatı üçün sənədlər Səhiyyə Nazirliyinə təqdim olunub.
Xatırladaq ki, bir qədər bundan əvvəl Sputnik radiosu Macarıstanda bu məsələləri tənzimləyən qurumun "Sputnik-V" peyvəndinin təsdiqlənməsini tövsiyə etdiyi barədə məlumat vermişdi.
BAKI, 22 yanvar — Sputnik. Azərbaycanda sentyabr ayından bu günədək koronavirusa yoluxmuş müəllim və şagird kontinentinin sayı açıqlanıb. Sputnik Azərbaycan bildirir ki, bu barədə təhsil nazirinin müşaviri Rüstəm Ağayev xüsusi karantin rejimi dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair keçirilən brifinqdə məlumat verib. O bildirib ki, sentyabr ayından indiyədək 14 758 nəfər şagird koronavirusa yoluxub. Təhsil işçiləri arasında yoluxma sayı isə 7090 olub. I-IV siniflərin arasında yoluxan şagirdlərin sayı 2246 idi. Bu da ümumi virusa yoluxan şagirdlərin cəmi 15%-dir. V-IX siniflərdə 4411, X-XI 7525 olub. Bu da ümumi şagirdlərin 51%-dir" .
Onun sözlərinə görə, yanvar ayının 1-də virusa yoluxan şagirdlərin sayı 20 nəfər olubsa, təhsil işçiləri arasında bu rəqəm həmin dövrdə 5 nəfər təşkil edib.
BAKI, 22 yanvar — Sputnik. Dövlət Turizm Agentliyinin dəstəyi ilə Azərbaycan Turizm Bürosu tərəfindən ölkəmizdə qastronomiya turizminin inkişafı üçün "Milli dadlar" konsepsiyasının hazırlanması işinə start verilib. Sputnik Azərbaycan-a Agentlikdən verilən məlumata görə, layihənin əsas məqsədi qastronomiya turizminin inkişafına nail olmaq, tarixi milli mətbəx nümunələrinə, onların hazırlanma və təqdim edilmə ənənələrinə yenidən həyat verib, yerli və əcnəbi turistlərə çatdırılmasına dəstək verməkdir.
Azərbaycan Turizm Bürosu unudulmuş və ya unudulmaq təhlükəsi olan milli mətbəximizə məxsus nümunələrin vahid mənbədə toplanması işinə dəstək verilməsi üçün "millidadlar.az" onlayn portalını təqdim edir.
Azərbaycan Turizm Bürosu bu sahədə məlumatlı olan hər kəsi portalda qeyd edilən qısa suallara cavab verməklə ölkəmizin milli mətbəx nümunələrinin, qastronomiya ənənələrimizin qorunub saxlanılması və beynəlxalq tanıdılması işinə dəstək olmağa çağırır.
Bir il davam etməsi nəzərdə tutulan layihənin yekununda "Milli dadlar" konsepsiyası ictimaiyyətə təqdim ediləcək.
Layihə çərçivəsində ölkəmizin zəngin kulinariya potensialının dərin etnoqrafik köklərə malik olması nəzərə alınaraq Bakı-Abşeron, Quba-Qusar, Şəki-Zaqatala, Cənub regionu, Naxçıvan Muxtar Respublikası, Gəncə-Qazax, Qarabağ, Dağlıq Şirvan, Kəlbəcər-Laçın və Aran bölgələrindən olan milli mətbəxə məxsus müxtəlif nümunələr haqqında məlumatlar toplanılıb. Elmi materiallardan və birbaşa yerli əhalidən əldə olunan informasiyalar əsasında Azərbaycan üzrə 900 ədəd nümunə pasportun işlənib hazırlanması nəzərdə tutulur.
Nümunə pasportda qida və inqrediyentin tərkib hissələri və görünüşü kimi məlumatlarla yanaşı, onun mədəni, tarixi, müalicəvi əhəmiyyəti və turizm marketinqi istiqamətində uyğunluğunun qeyd edilməsi nəzərdə tutulub.