Səhiyyə Nazirliyi

Səhiyyə Nazirliyinin nümayəndələri xəstəxanalardakı problemləri araşdıracaqlar

26
(Yenilənib 10:56 29.04.2019)
Nazirliyin səlahiyyətli nümayəndələri tibb müəssisələrində vətəndaşların qəbuluna başlayır

BAKI, 29 aprel — Sputnik. Bu gün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin (SN) səlahiyyətli nümayəndələri bir neçə xəstəxanada vətəndaşları qəbul edəcəklər. Bu barədə Sputnik Azərbaycan-a SN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, 1 saylı Kliniki Tibbi Mərkəzdə, 3 saylı şəhər Klinik Xəstəxanasında, Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasında və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində vətəndaşların qəbulu olacaq. Qəbul zamanı səlahiyyətli nümayəndələr vətəndaşların problemlərini dinləyib, onları yerində həll edəcəklər.

26
Teqlər:
qəbul, xəstəxana, Səhiyyə Nazirliyi
Əlaqədar
İndi də qulaqdibi xəstəliyi yayılıb
Elektron siqaretlər ağciyər xəstəliklərinə səbəb olur
Millət vəkili bu dəfə "Neftçilər" xəstəxanasından yazdı
Şəkər xəstəliyinə tutulmaqdan ehtiyat edənlərə tövsiyyə