Çay, arxiv şəkli

Səhər yeməyindən imtina hansı fəsadlar törədir?

87
(Yenilənib 18:22 25.04.2019)
Aparılan tədqiqatda səhər yeməyinin tərkibi nəzərə alınmayıb

BAKI, 26 aprel - Sputnik. Səhər yeməyindən imtina ürək-damar xəstəliklərindən ölmə riskinin artması ilə düz mütənasibdir. Sputnik Azərbaycan xəbər verir ki, müvafiq tədqiqatın nəticələri Amerika Kardioloqlar Kollecinin jurnalında çap olunub. 

Mütəxəssislər "National Health and Nutrition Examination Survey" proqramı çərçivəsində keçirilmiş sorğuların nəticələrini təhlil ediblər. Sorğularda 40-75 yaşları arasında 6,5 mindən artıq amerikalı iştirak edib. Sorğular 1988-1994-cü illərdə keçirilib. 

Məlum olub ki, uzun müddət ərzində səhər yeməklərindən imtina edən insanlar piylənməyə, xolesterinin səviyyəsinin, qan təzyiqinin artmasına, həmçinin ikinci tip şəkər diabeti və metabolizmə meylli olurlar. Bu amillər öz növbəsində ürək-damar xəstəliklərinin inkişafına təsir göstərirlər.

Mütəxəssislər vurğulayırlar ki, tədqiqatda səhər yeməyinin tərkibi nəzərə alınmayıb.

87
Teqlər:
sorğu, mütəxəssis, səhər yeməyi
Əlaqədar
Səhər yeməyi yemədən evdən çıxmayın, çünki...
Səhər yeməyi ilə bağlı inanılmaz tədqiqat: Yeyin ki, ölməyəsiz
Dişləri səhər yeməkdən əvvəl yumaq lazımdı, yoxsa sonra?
Səhər yeməyi önəmli imiş