Limonlu su

Möcüzəvi sudan siz içə bilərsiniz

173
(Yenilənib 18:27 14.04.2019)
Sassi suyu mədə-bağırsaq sisteminin fəaliyyətini yaxşılaşdırır, köpü azaldır, piylərin parçalanmasını sürətləndirir

BAKI, 15 aprel — Sputnik. Sassi suyunun reseptini amerikalı həkim Sintiya Sass fikirləşib. Sputnik Azəbaycan saglamolun.az-a istinadən xəbər verir ki, əvvəllər bu içki "Yastı qarın" pəhrizi zamanı istifadə olunurdu. Daha sonra isə Sassi suyu ayrıca istifadə olunmağa başlandı.

Sassi suyu mədə-bağırsaq sisteminin fəaliyyətini yaxşılaşdırır, köpü azaldır, piylərin parçalanmasını sürətləndirir, metabolizmi yaxşılaşdırır, orqanizmi ziyanlı maddələrdən təmizləyir, dərinin və saçların vəziyyətinə çox müsbət təsir edir.

Sassi suyunun reseptini sizə təqdim edirik:

2 litr suya nazik doğranmış 1 ədəd limon və 1 ədəd xiyar, 1 çay qaşığı sürtgəcdən keçirilmiş təzə zənçəfil kökü, 5-6 nanə yarpaqları əlavə olunur, yaxşı qarışdırılır və səhərə qədər soyuducuda qalır.

Növbəti gün ərzində bu suyu içmək lazımdır. Axşam yenə Sassi suyu hazırlanır və növbəti gün ərzində içilir. Kurs 1-2 həftə davam edir.

173
Teqlər:
qida, müalicə, su
Əlaqədar
Biri 3, o biri 5 yaşından gəzmək qabiliyyətini itirib – Su içməyə belə həsrət qalıblar
Su üzərində sənət: Azərbaycanlı ebruzəndən yeni il ovqatı
Azərbaycanda su qıtlığı yarana bilər