Spirtli içki içən adam. Arxiv şəkli

Spirtli içki şüuru öldürür

111
(Yenilənib 13:41 14.04.2019)
Alkoqolun tərkibindəki maddələr beyni qıcıqlandırır, neyropsixologiyaya təsir edir

BAKI, 14 aprel — Sputnik. İstəsək də, istəməsək də, spirtli içkilər həyatımızın böyük hissəsini təşkil edir. İlk görüşdə, xüsusi günlərdə, adicə məclislərdə alkoqolsuz ötüşmürük.

Alkoqol satışı qadağandır
© Sputnik / Aleksandr Kryazhev

Sputnik Azərbaycan publika.az-a istinadən xəbər verir ki, çay və qəhvənin tərkibindəki kofeindən fərqli olaraq alkoqol depressant xarakteri daşıyır. İnsan spirtli içki qəbul edəndə həzz duyur, zövq alır.

Bəs niyə bu içkilər bizə yuxu yaxud enerji gətirir? Bu haqda düşünmüsünüz?

Alkoqolun tərkibindəki maddələr beyni qıcıqlandırır, neyropsixologiyaya təsir edir. İnsanın qanında alkoqol artdıqca, şüurun fəallığı zəifləyir. İçkiniz bitəndə, qanda spirtin miqdarı azalır, beyin sakitləşir. Ona görə yuxulayıb yatırsınız.

Kentukki Universitetinin mütəxəssisləri müəyyən ediblər ki, dinə daha çox bağlı insanlar spirtli içki içəndə daha aqressiv olurlar ki, bu da psixoloji faktordur.

111
Teqlər:
alkoqol, spirtli içki, spirt
Əlaqədar
Spirtli içki bazarında yeni mənzərə: Tələbat sabitdir, istehsal artır
Spirtli içki və tütün məhsullarının satışında vergi tələbləri sərtləşdirilə bilər
Siqaret və spirtli içkilərlə bağlı əməliyyat keçirilib - VİDEO
Ölkəyə gizli yolla siqaret və spirtli içki gətirmək istəyən şəxs saxlanılıb

Koronavirusa görə daha bir məktəbdə tədris müvəqqəti dayandırılıb

9
Bakı üzrə bu göstəricilər 60 faiz, Sumqayıt üzrə 74,2 faiz, Abşeron rayonu üzrə 84,6 faiz, regionlar üzrə isə 67,2 faiz təşkil edir.

BAKI, 17 may — Sputnik. Hazırda yalnız 1 peşə təhsili müəssisəsi karantin səbəbilə yerində tədrisi müvəqqəti dayandırıb.

Bu barədə Sputnik Azərbaycan-a Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib. Peşə təhsil müəssisələrində çalışan pedaqoji və texniki heyətin COVID-19 əleyhinə vaksinasiya prosesi davam edir. Ümumi heyətin 66,1 faizi birinci doza, 19,1 faizi isə hər iki doza üzrə vaksinasiya prosesində iştirak ediblər. Bakı üzrə bu göstəricilər 60 faiz, Sumqayıt üzrə 74,2 faiz, Abşeron rayonu üzrə 84,6 faiz, regionlar üzrə isə 67,2 faiz təşkil edir.

Qeyd edilib ki, martın ayının sonundan etibarən "Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası"na uyğun olaraq, Peşə təhsil müəssisələrinin pedaqoji və texniki heyəti üçün vaksinasiya prosesinə başlanılıb.

Eləcə də oxuyun:

Azərbaycanda bir gündə COVID-ə yoluxanlarla sağalanların sayı bərabərləşir

COVID əleyhinə vaksinin üçüncü dozası: o kimlərə vurula bilər?

* Ekspertlərdən həyəcan təbili: Məktəblər açılandan sonra epidemik vəziyyət pisləşəcək

9
Teqlər:
bağlanma, məktəb, Koronavirus, epidemiya, COVID-19
Mərkəzi Gömrük Hospitalının terapevti Dr. Nazilə Xəlilbəyova

Yüksək təzyiqi olan bu beş tövsiyəyə riayət etməlidir həkim açıqlayır

16
(Yenilənib 10:35 17.05.2021)
Mərkəzi Gömrük Hospitalının terapevti Nazilə Xəlilbəyova deyir ki, yüksək təzyiqin müxtəlif səbəbləri olduğu üçün ilk növbədə həkimə müraciət edilməlidir
Nazilə Xəlilbəyova: “Yüksək təzyiqi olan insanlar özlərinə diqqət göstərməlidirlər”

2005-ci ildən hər il mayın 17-si Ümumdünya Hipertoniya ilə Mübarizə Liqası və Beynəlxalq Hipertoniya Cəmiyyətinin təşəbbüsü ilə Ümumdünya Arterial Hipertoniya ilə Mübarizə Günü qeyd edilir.

Sputnik Azərbaycan Hipertoniya ilə Mübarizə Günündə Mərkəzi Gömrük Hospitalının terapevti Nazilə Xəlilbəyovadan yüksək təzyiqi olan insanların yerinə yetirməli olduqları beş tövsiyəni soruşub.

Nazilə Xəlilbəyova deyib ki, yüksək təzyiq olan insanlar özlərinə xüsusi diqqət göstərməlidir: “İlk tövsiyəm budur ki, yüksək təzyiqi olan insanlar mütləq həkimə müraciət etməlidir. Çünki yüksək təzyiqin müxtəlif səbəbləri var. Aydınlaşdırılmalıdır bu təzyiq osteoxondroz, ürək, ya böyrək problemi ilə əlaqəlidir. İkinci məsləhətim odur ki, insanlar qida rasiyonuna fikir versinlər və gecə vaxtı çox yeməsinlər. Həmçinin təmiz havada gəzinti, idman hərəkətləri edilməsi tövsiyə edilir. Yüksək daşıyıcısı olan insanlar stresdən uzaq olmalıdır. Digər ən vacib məqam isə yuxu rejiminə diqqət edilməsidir”.

Nazilə Xəlilbəyovanın fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

16
Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski

Jirinovski: "Onların üzünə tüpürüb, daşa basacaqlar"

0
Kommunistlər, yaxud "Spravedlivaya Rossiya" nə ilə ortaya çıxacaq? Onların üzünə tüpürüb, daşa basacaqlar! Onlara deyəcəklər: hansı yeni sosializmdən danışırsınız? Axı siz hələ 40 il əvvəl bizə kommunizm söz vermişdiniz!

BAKI, 18 may — Sputnik. Rusiya liberal-demokrat partiyasının (RLDP) sədri rəhbərlik etdiyi təşkilatın "siyasi səhnədə bakirə" olduğunu bəyan edib. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, partiya sədri RLDP-nin hələ heç bir partiya ilə siyasi ittifaqa girmədiyini dilə gətirib.

""Yedinaya Rossiya" vətəndaşların qarşısına nə ilə çıxacaq? Onlardan soruşacaqlar: niyə siz heç bir şey etməmisiniz? Axı 20 ildir ki, hökumət partiyasısınız. Kommunistlər, yaxud "Spravedlivaya Rossiya" nə ilə ortaya çıxacaq? Onların üzünə tüpürüb, daşa basacaqlar! Onlara deyəcəklər: hansı yeni sosializmdən danışırsınız? Axı siz hələ 40 il əvvəl bizə kommunizm söz vermişdiniz! Onların heç birinin təklif edəcəyi bir şey yoxdur. Seçicilər onların hamısına yalançı və fırıldaqçı kimi nifrət edirlər", - partiya lideri qeyd edib.

Jirinovski bildirib ki, RLDP isə təmizdir: "Əgər məişət dilində müqayisə aparsaq, RLDP siyasi səhnədə bakirədir. Biz heç kimlə nikaha, siyasi ittifaqa daxil olmamışıq. Bunların hamısı isə elə qurcuxurlar", - deyə Jirinovski bildirib.

Eləcə də oxuyun: 

* Jirinovski Rusiya prezidenti vəzifəsinin adının dəyişdirilməsini təklif edir

* Jirinovskidən xaricdə yaşayan ruslara RF pasportlarının verilməsini sadələşdirmək təklifi

* Köklərə məhdudiyyət qoyun, arıqlar yaşaya bilmirlər

 

0
Teqlər:
partiya, Rusiya, Vladimir Jirinovski