İnfarkt

Azərbaycan üzrə ölümlərin "pay bölgüsü" bəlli oldu

5903
(Yenilənib 20:06 12.04.2019)
Qan dövranı sistemi xəstəliklərindən ölənlər ümumi ölənlərin 59 faizi təşkil edir

Nigar Məhərrəm, Sputnik Azərbaycan.

BAKI, 14 aprel — Sputnik. Azərbaycanda ən geniş yayılan xəstəliklərdən biri də qan dövranı sistemi xəstəlikləridir. Qan dövranı sistemi xəstəliklərinə görə, ölkəmizdəki ümumi məlumat açıqlanıb.

Səhiyyə Nazirliyindən Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq bildirilib ki, qan dövranı sistemi xəstəliklərindən ölənlər ümumi ölənlərin 59 faizi təşkil edir ki, onların da 3-4 faizi uşaqların payına düşür.

"Ümumilikdə qeyd edə bilərik ki, bütün illər üzrə bu xəstəlikdən dünyasını dəyişənlər 58-59 faiz olub" - deyə nazirlikdən vurğulanıb.

Qeyd edək ki, hələlik nazirlik 2018-ci ildə qan dövranı sistemi xəstəliklərindən dünyasını dəyişənlərlə bağlı rəqəmləri açıqlamayıb.

5903
Teqlər:
qan, nazirlik, xəstəlik, ölüm
Əlaqədar
Bakıda 2 nəfərin ölümü ilə nəticələnən yanğın qəsdən törədilib
Dünyada ən çox ölüm hökmləri bu ölkələrdə olur – SİYAHI
İntihar edən şagirdin atası danışdı: "Ölümündən 2 gün öncə zəng edib demişdi ki..."
"Ana ölümlərində hemofiliya xəstəliyinin də rolu danılmazdır" - Ayaz Hüseynov