İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti

Səhiyyənin inkişafı üçün vacib sərəncam imzalandı

57
(Yenilənib 20:44 18.03.2019)
Salyan Rayon Mərkəzi Xəstəxanasının Doğum Evi və Uşaq Xəstəxanası əsaslı təmir olunacaq

BAKI, 18 mart - Sputnik. Prezident İlham Əliyev Salyan Rayon Mərkəzi Xəstəxanasının Doğum Evinin və Uşaq Xəstəxanasının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. 

Sputnik Azərbaycan-ın məlumatına görə, sərəncamla Salyan şəhərində Salyan Rayon Mərkəzi Xəstəxanasının Doğum Evinin və Uşaq Xəstəxanasının əsaslı təmiri və zəruri tibbi avadanlıqlarla təchiz edilməsi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Səhiyyə Nazirliyinə, ilkin olaraq, 2 milyon manat ayrılıb.

57