Laborator analiz

Azərbaycanda qorxulu xəstəliyin müalicəsi mümkündür - Vətəndaşlara müraciət

12372
(Yenilənib 13:34 16.03.2019)
Şöbə müdiri: "İİV-ə yoluxduğu andan keçən 72 saat müddətində hər bir adam sağlamlığını xilas edə bilər"

Zarina Orucəliyeva, Sputnik Azərbaycan

BAKI, 18 mart — Sputnik. Azərbaycan həkimləri insanları İİV-ə yoluxmaqdan qorumağa qadirdirlər, lakin çox adam bunu bilmir. Bunu Sputnik Azərbaycan-a açıqlamasında Respublika QİÇS-lə Mübarizə Mərkəzinin monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Natiq Zülfüqarov deyib.

Onun sözlərinə görə, İİV-ə yoluxduğu andan keçən 72 saat müddətində hər bir adam sağlamlığını xilas edə bilər: "Post-kontakt (təmasdan sonrakı) profilaktikası üçün həkimə müraciət etmək lazımdır ki, o, antiretrovirus preparatlar təyin etsin. Bu halda müalicə kürsü 28 gün davam edəcək".

"Təəssüf ki, çoxu belə bir imkanın olduğunu bilmir. 2018-ci ildə cəmi 15 nəfər post-kontakt terapiya alıb. Onlar da tibb işçiləri olub" - deyə Zülfüqarov bildirib.

Şöbə müdiri qeyd edib ki, həmin tibb işçiləri, əsasən İİV-ə yoluxmuş xəstəyə iynə vurduğu şprisə səhvən toxunan tibb bacıları olub: "Bəzən QİÇS-lə Mübarizə Mərkəzinə oynayarkən küçəyə atılmış şprislərə toxunan uşaqların valideynləri də müraciət edirlər".

Bütün bunlarla yanaşı, həkim bildirib ki, Azərbaycanda hər il bir neçə yüz yeni xəstə qeydə alınır: "İl ərzində onların sayı 580-630 nəfər ətrafında dəyişir. Bir çoxları hesab edirlər ki, rəqəmlər dəyişməz qalır və bunun da səbəbi bizim insanları daha az yoxlamağımızdır. Halbuki bu, belə deyil. Misal üçün, biz əvvəllər 400 nəfəri yoxlayırdıq, indi isə 750-dən artıq adamı yoxlayırıq".

N.Zülfüqarov əlavə edib ki, hazırda Azərbaycanda İİV-lə yaşayan adamların sayı 6,193 nəfərdir: "1987-ci ildən indiyə qədər ölkəmizdə bu virusa yoluxmuş 969 nəfər xəstə ölüb. Həkimə tez-tez müraciət edən və qanında İİV tapılan əsas risk qrupu inyeksiya yolu ilə narkotik maddə qəbul edənlərdir. Onların 44%-ə qədərinə virus ümumi istifadə edilən şprislərdən yoluxur".

Müsahibimizin dediyinə görə, hazırda ölkəmizdə İİV xəstəsi olan 4,980 nəfər (70%) antiretrovirus terapiyasına qoşulub. QİÇS-lə Mübarizə Mərkəzinin planlarına görə, 2020-ci ilə qədər bu statistika 90%-ə çatacaq.

12372
Teqlər:
həkim, müalicə, xəstəlik, QİÇS, İİV, Azərbaycan
Əlaqədar
İynə vasitəsilə narkotik qəbul edənlərin QİÇS-ə yoluxması artır
QİÇS-in ilkin əlamətləri bəlli oldu – Özünüzü yoxlayın
Minlərlə QİÇS xəstəsinin məlumatları oğurlandı
Koronavirus testi, arxiv şəkli

Dünyaya təəccüblənirdik, özümüz milyonu keçmişik: bu gün 38 nəfəri itirdik

14
(Yenilənib 14:47 29.11.2020)
İndiyədək ölkədə ümumilikdə 1181195 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib

BAKI, 29 noyabr - Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 4170 yeni yoluxma faktı qeydə alınıb, 1985 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 38 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 1181195 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 73676 nəfər müalicə olunaraq sağalıb, 1361 nəfər vəfat edib, aktiv xəstə sayı 43158 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 17581, ötən müddət ərzində isə ümumilikdə 17182335 test aparılıb.

14
Teqlər:
rekord, ölənlər, yoluxma, Koronavirus, epidemiya, COVID-19, Azərbaycan
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər
COVID-19 virusundan ölən şəxsin meyiti morqa yerləşdirilir, arxiv şəkli

COVID-dən dünyasını dəyişənlərin sayı milyon yarıma yaxınlaşır

11
(Yenilənib 09:51 29.11.2020)
Yoluxma və ölü sayına görə ABŞ liderdir. Burada 13.3 milyon insan yoluxub, 266 min nəfər ölüb. Hindistan 9.39 milyon yoluxma (137 min ölü) sayı ilə ikincidir

BAKI, 29 noyabr - Sputnik. Dünyada koronavirusa yoluxanların sayı 62 milyonu ötüb.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Cons Hopkins Universitetinin saytı məlumat verir.

Məlumata görə, dünya üzrə indiyədək 62084566 insan SARS-CoV-2 virusuna yoluxub. Koronavirus təsbit olunmuş 1449642 nəfərsə dünyasını dəyişib.

Yoluxma və ölü sayına görə ABŞ liderdir. Burada 13.3 milyon insan yoluxub, 266 min nəfər ölüb. Hindistan 9.39 milyon yoluxma (137 min ölü) sayı ilə ikincidir. 6.29 milyon adamın yoluxduğu Braziliyada isə ölüm göstəricisi daha yüksəkdir - 173 min.

Rusiyada 2.24 milyon (39 mini dünyasını dəyişib), Fransada 2.21 milyon insan (52 mini vəfat edib) yoluxan var.

Yeni tip koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı 2020-ci il martın 11-də koronavirus epidemiyasını pandemiya adlandırıb.

 

11
Teqlər:
statistika, ölənlər, yoluxma, Fransa, Rusiya, Braziliya, Hindistan, ABŞ, pandemiya, Koronavirus, COVID-19, epidemiya, dünya
Mövzu:
Dünyanı cənginə almış bəla

Dağıdılsa da doğmadır, qəbulumuzdur: azad olunmuş Füzulidən yeni kadrlar - FOTO

0
(Yenilənib 14:36 29.11.2020)
Müzəffər Azərbaycan Ordusu Füzulini çoxillik erməni işğalından azad edib. Şəhərdə, demək olar ki, salamat bina qalmayıb

Füzuli Azərbaycan Ordusunun uğurlu əks-hücumu nəticəsində 2020-ci il oktyabrın 17-də Ermənistan hərbi qüvvələrindən təmizlənib. 27 il ərzində ermənilərin Füzulini nə hala saldığıını Sputnik Azərbaycan-ın fotolentində izləyə bilərsiniz.

Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə bəyanat veriblər.

Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu) Kəlbəcər rayonu Azərbaycana qaytarılıb. Dekabrın 1-də Laçın rayonunun Azərbaycana qaytarılması nəzərdə tutulur. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılır.

Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.

0
  • © Sputnik / Aleksey Kudenko

    Füzulidə "Araz" qəzetinin redaksiyasının dağıdılmış binası üstündə Azərbaycan bayrağı.

  • © Sputnik / Aleksey Kudenko

    Füzulidə dağıdılmış binalar.

  • © Sputnik / Aleksey Kudenko

    Füzulidə dağıdılmış binalar. Mərkəzdə - Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin binası.

  • © Sputnik / Aleksey Kudenko

    Füzulidə qəbiristanlıqda muğam ifaçısı Ağabala Abdullayevin sınıdırılmış büstü.

  • © Sputnik / Aleksey Kudenko

    Füzulidə azərbaycanlıların qəbiristanlığı.

  • © Sputnik / Aleksey Kudenko

    Füzulidə dağıdılmış binalar.

  • © Sputnik / Aleksey Kudenko

    Füzulidə ağacda çəkmələr.

  • © Sputnik / Aleksey Kudenko

    Füzuli bulağı.

  • © Sputnik / Aleksey Kudenko

    Füzulidə dağılmış binanın qarşısında yanmış avtomobil.

  • © Sputnik / Алексей Куденко

    Azərbaycan polisi "Araz" qəzetinin redaksiyası olan dağılmış binanın yanında.

  • © Sputnik / Aleksey Kudenko

    Füzulidə dağıdılmış binalar.

  • © Sputnik / Aleksey Kudenko

    Füzulidə dağıdılmış binalar.

  • © Sputnik / Aleksey Kudenko

    Füzulidə dağılmış bina.

  • © Sputnik / Aleksey Kudenko

    Füzulidə yolda Azərbaycan polisi.

  • © Sputnik / Aleksey Kudenko

    Füzulidə dağıdılmış yanğından mühafizə bölməsinin binası.