Səhiyyə Nazirliyi

Səhiyyə Nazirliyi "Afət Fərmanqızı tibb bacıları" qalmaqalına aydınlıq gətirdi

307
(Yenilənib 11:57 15.03.2019)
"Əgər onlar hesab edirlərsə ki, onlara ərizə məcburi yazdırılıb, o zaman məhkəməyə müraciət etsinlər"

BAKI, 15 mart — Sputnik. Ötən gün Şəki Mərkəzi Rayon Xəstəxanasında (MRX) 5 tibb bacısının işdən çıxarılması ilə bağlı məlumat yayılıb. Mediada yayılan məlumatlara görə, tibb bacıları Afət Fərmanqızının ifasında olan mahnını ifa edərək və müəyyən parodiyalar yaradaraq bu kadrları videoya çəkiblər.

Daha sonra isə həmin video sosial şəbəkədə yayılıb. Məhz bu videonun yayılmasından sonra tibb bacılarının xəstəxananın baş həkimi tərəfindən işdən çıxarıldığı iddia edilir.

Məsələ ilə əlaqədar Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, tibb bacıları öz ərizələri ilə işdən azad olunublar: "Biz hüquqi dövlətdə yaşayırıq. Əgər onlar hesab edirlərsə ki, onlara ərizə məcburi yazdırılıb, o zaman məhkəməyə müraciət etsinlər. İşçi ilə rəhbər arasındakı mübahisəli məsələlər hüquqi dövlətdə məhkəmə yolu ilə həll olunur".

Qeyd edək ki, sözügedən videonu çəkən tibb bacısı isə teleaparıcı Tarix Əliyevə Şəki Mərkəzi Rayon Xəstəxanasın baş həkimi tərəfindən işdən çıxarıldıqlarını bildirmişdi.

307
Teqlər:
tibb bacısı, mahnı, Şəki
Əlaqədar
Robotlar tibb bacılarının "çörəyini" əllərindən alacaqlar
Erməni tibb bacısından Azərbaycanda tükürpədici əməl
Tibb bacısı körpəyə nələr etdi, baxmaq mümkün deyil - VİDEO
Qaxda tibb bacısı özünü asdı
Koronavirusа qarşı peyvənd, arxiv şəkli

Koronavirus peyvəndi üçün artıq 20 ölkədən müraciət var

25
(Yenilənib 19:55 11.08.2020)
İki qrup könüllülər üzərində 42 gün davam edən klinik tədqiqatlar nəticəsində müəyyən edilib ki, hər kəsin virusa qarşı immuniteti yaramıb.

BAKI, 11 avqust — Sputnik. Rusiyada COVID-19 əleyhinə peyvənd qeydiyyata alınıb. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, xarici KİV-lər artıq bu xəbəri Sovet İttifaqı tərəfindən Yerin ilk süni peykinin buraxılması ilə müqayisə ediblər. Artıq 20 ölkədən 1 milyard doza peyvənd almaq üçün müraciətlər daxil olub. Rusiyada isə əhalinin kütləvi şəkildə peyvəndlənməsi oktyabr ayında başlaya bilər.

Yeni peyvənd "Sputnik V"adlandırılıb, sınaqdan keçirilib və rekord müddətdə qeydiyyata alınıb. İnfeksiya əleyhinə dünyada ilk dərmanı hazırlamaq rus alimlərinə düz beş aya başa gəlib. Martın 11-də ÜST dünyada COVID-19-u pandemiya elan edib və bu gün "Rusiyada hazırlanmışdır" markalı peyvənd meydana qeydiyyata alınıb.

Peyvənd üzərində 17 elmi institutdan olan onlarla ən yaxşı hərbi virusoloq və biokimyaçılar çalışıb. dı. Koronavirus peyvəndi üçün platforma Ebola virusu dərmanı olub. İki qrup könüllülər üzərində 42 gün davam edən klinik tədqiqatlar nəticəsində müəyyən edilib ki, hər kəsin virusa qarşı immuniteti yaranıb.

Yeni dərmanın təsirini sınaqdan keçirənlər arasında kişi və qadın, hərbçi və mülki şəxslər var. Təcrübə xatirinə onlar bir aydan çox müddətə təcrid olunmuş vəziyyətdə qalıblar. Vladimir Putinin qızı da peyvəndin effektivliyini özündə sınadı.

"Mənim qızlarımdan biri özünə peyvənd etdirdi. Yəni, o da bu təcrübədə iştirak etdi. Birinci peyvənddən sonra onun hərarəti 38 C idi, sonrakı gün 37 C. İkinci peyvənddən sonra temperaturu bir qədər də artdı, sonra hər şey keçdi. Hazırda özünü yaxşı hiss edir və titrləri yüksəkdir" - deyə Putin bildirib.

Rusiyada peyvənd istehsalı qısa müddətdə başlayacaq. İlin sonunadək istehsalın ayda 10 milyon dozaya çatdırılması planlaşdırılır. Peyvənd ilk olaraq, həkimlər, müəllimlər və yaşlı insanlara vurulacaq.

Rusiya əhalisinin kütləvi pulsuz peyvəndi oktyabr ayında başlayacaq. İndi Rusiyaya dünyanın 20 ölkəsindən 1 milyard doza dərman preparatının alınması üçün müraciətlər daxil olub.

25
Koronavirus testi, arxiv şəkli

Azərbaycanda koronavirusa yoluxma sayı yenidən artdı

893
(Yenilənib 16:45 11.08.2020)
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 318, ötən müddət ərzində isə ümumilikdə 796 459 test aparılıb.

BAKI, 11 avqust - Sputnik. Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 84 yeni yoluxma faktı qeydə alınıb, 214 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

Посмотреть эту публикацию в Instagram

Публикация от Sputnik Azərbaycan (@sputnik.az)

İndiyədək ölkədə ümumilikdə 33 731 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 30 856 nəfər müalicə olunaraq sağalıb, 495 nəfər vəfat edib, 2 380 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 318, ötən müddət ərzində isə ümumilikdə 796 459 test aparılıb.

893
Əli qandallanmış kişi polis bölməsində, arxiv şəkli

Şəmkirdə "Canavar" ələ keçdi, amma əməli heç canavara yaraşmır

0
Saxlanılan şəxslər istintaqa təhvil veriliblər, maddi sübutlar isə ekspertizaya təqdim olunub. Faktlarla bağlı araşdırma aparılır

BAKI, 12 avqust — Sputnik. Şəmkir Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən rayon sakinləri, əvvəllər məhkum olunmuş 42 yaşlı Tural Ələsov, 46 yaşlı Vüqar Zamanov və 42 yaşlı, əvvəllər dəfələrlə məhkum olunmuş Şirxan Aslanov narkotik vasitələrin qanunsuz satışında və saxlanmasında şübhəli bilindikləri üçün saxlanılıblar.

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupuna istinadla xəbər verir ki, onların üzərinə qanunvericiliklə müəyyən edilmiş qaydada baxış keçirilən zaman T. Ələsovdan 1.296 qram, Ş. Aslanovdan 0.253 qram, Vüqar Zamanovdan isə 0.289 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb. İlkin dindirilmə zamanı Şirxan Aslanov və Vüqar Zamanov narkotik vasitəni "Canavar" ləqəbi ilə tanıdıqları Tural Ələsovdan aldıqlarını etiraf ediblər.

Bundan başqa RPŞ əməkdaşlarının keçirdikləri digər əməliyyat tədbirləri nəticəsində, qanunsuz olaraq narkotik saxlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş rayon sakini Dilqəm Məmmədov saxlanılaraq RPŞ-yə gətirilib və onun üzərinə keçirilmiş baxış zamanı 13.533 qram narkotik vasitə olan həşiş və 0.676 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Rayon Polis Şöbəsinin daxil olmuş məlumat əsasında keçirdikləri daha bir əməliyyat tədbirləri nəticəsində, qanunsuz olar narkotik vasitə əkib-becərməkdə şübhəli bilinən rayonun sakini, əvvəllər məhkum olunmuş 45 yaşlı Ömər Rzayevin Yuxarı Seyfəli kəndi ərazisindəki həyətyanı sahəsinə keçirilən baxış zamanı oradan 5 ədəd ümumi çəkisi 12 kq 400 qram olan çətənə bitkiləri aşkar edilərək götürülüb.

Saxlanılan şəxslər istintaqa təhvil veriliblər, maddi sübutlar isə ekspertizaya təqdim olunub. Faktlarla bağlı araşdırma aparılır.

0
Əlaqədar
Gəncə sakini ağır dəlillə ələ keçdi - FOTO
Oğuzda 3 tondan artıq narkotik vasitə məhv edilib
Dərman da olarmış! Marixuananın xərçəngi məhv edən növü aşkarlanıb
Videosu "tutmadı", özünü tutdular
Şabran polisi əməliyyat keçirdi: üç rayon sakini saxlanıldı