Donorluq, arxiv şəkli

Azərbaycanda qohum olmayan şəxslərin donor ola bilməsi təklif edilir

55
(Yenilənib 16:43 12.03.2019)
Insan orqanlarının transplantasiyası ilə bağlı yeni qanun layihəsi hazırlanıb

BAKI, 12 mart - Sputnik. Azərbaycanda qohum olmayan şəxslərin də donor ola bilməsi təklif edilir.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev deyib.

O, bildirib ki, mövcud qanunvericlikdə yalnız qohumların donorluğuna icazə verilir: “Amma dünya təcrübəsində qohum olmayan şəxsin könüllü donorluğuna icazə verilir. Biz buna görə hüquqi maneə törətməməliyik. Resipiyent qohum ola da bilər, olmaya da”.

M.Quliyev əlavə edib ki, insan orqanlarının transplantasiyası ilə bağlı yeni qanun layihəsi hazırlanıb.

55