Artıq çəkidən əziyyət çəkən adam, arxiv şəkli

Həkimlərdən həyəcan təbili

193
(Yenilənib 17:04 07.03.2019)
"Piylənmədən ölənlərin sayı yol qəzalarında ölənlərdən çoxdur"

BAKI, 8 mart — Sputnik. Türkiyəli professor Mehmet Mahir maraqlı araşdırma aparıb. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, professor araşdırıb ki, insanları öldürən zərərli maddələrdən biri siqaretdirsə, ikincisi piylənmədir. Hətta piylənmədən ölənlərin sayının yol qəzalarında ölənlərdən çox olduğunu deyən həkim "özünüzü artıq çəkidən qoruyun" deyə xəbərdarlıq edib.

Statistik məlumatlara görə, Türkiyədə ildə 18 min nəfərədək insan mədəkiçiltmə əməliyyatı etdirir. Türkiyə əhalisinin 2.9 faizi, yəni 80 milyonluq əhalinin 2.4 milyonu artıq çəkidən əziyyət çəkir.

Həkimlərin tövsiyəsinə əsasən, mədəkiçiltmə əməliyyatından daha faydalısı pəhriz və idmandır. "Mədəkiçiltmə əməliyyatından maksimum dərəcədə az yararlanmaq lazımdır" - deyə ekspertlər bildirirlər.

193
Teqlər:
artıq çəki, piylənmə, Türkiyə
Əlaqədar
Qaraciyər piylənməsinin düşmənini tanıyın
Piylənmə kişiləri "qadınlaşdırır"
Piylənmə bəşəriyyətin bəlasına çevrilir
Körpələrdə piylənmə şəkər xəstəliyindən xəbər verir