Qızılca xəstəliyinə tutulan uşaq

Azərbaycanda yayılan yoluxucu xəstəliklə bağlı rəqəmlər açıqlandı

88
(Yenilənib 13:08 27.02.2019)
"Qeydə alınan xəstələrin, təxminən, 90 faizindən çoxu 20-40 yaş aralığında olub"

BAKI, 27 fevral — Sputnik. "Yaxın zamanlarda Azərbaycana qızılca-məxmərək əleyhinə böyüklərin immunizasiyası üçün vaksinin gətirilməsi gözlənilir. Yəqin ki, martda bununla bağlı tədbirlərə başlayacağıq. Son vəziyyət olaraq isə onu deyə bilərəm ki, hazırda ölkəmizdə qızılca ilə bağlı durum sabitləşməyə doğru gedir, xəstələrin sayında azalma var". 

Bunu Sputnik Azərbaycan-a açıqlamasında Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva deyib.

O, qızılcaya yoluxan şəxslərin sayı ilə bağlı rəqəmləri də açıqlayıb: "Ötən ilin dekabrından bu ilin fevralınadək 150 nəfərdə qızılca aşkarlanıb. Orta hesabla desək, hər ay, təxminən, 50 nəfərdə bu xəstəlik aşkarlanıb".

A.Əliyeva bildirib ki, qeydə alınan xəstələrin, təxminən, 90 faizindən çoxu 20-40 yaş aralığında olub: "Bu şəxslər vaxtı ilə qızılcaya görə peyvənd olunmayan şəxslərdir".

"Suçiçəyi tək-tək hallarda müşahidə edilir. Suçiçəyi ilə əlaqədar olaraq hansısa artım müşahidə edilmir. Qeyd edim ki, 2017-2018-ci illərdə də suçiçəyi ilə bağlı vəziyyət belə sabit idi".

88
Teqlər:
xəstəlik, suçiçəyi, qızılca
Əlaqədar
Gürcüstanda hansı virus yayılıb?
İki yüzdən artıq virus və xəstəlik yayılıb, diqqətli olun
Yeni virus yayılır - Minlərlə can alıb
Koronavirus testi, arxiv şəkli

Bu gün COVID xəstələri antirekord vurublar

9
Əvvəlki rekord iyulun 10-da qeydə alınmışdı. Həmin gün sutka ərzində yeni yoluxanların sayı 228 mindən çox olmuşdu

BAKI, 12 iyul — Sputnik. Son sutka ərzində dünyada rekord sayda koronavirusa yoluxma halı qeydə alınıb.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb. Bir sutkada 230370 nəfərdə yoluxma aşkarlanıb, 24 saat ərzində 5285 xəstə dünyasını dəyişib. 

Pandemiya başlayandan indiyədək 12 552 765 nəfər SARS-Cov-2 virusuna yoluxub. Virusun səbəb olduğu COVID-19 xəstəliyindən 561 617 insan ölüb.

Əvvəlki rekord iyulun 10-da qeydə alınmışdı. Həmin gün sutka ərzində yeni yoluxanların sayı 228 mindən çox olmuşdu.

Dünya ölkələrində koronavirus pandemiyası səbəbindən aclıqdan ölənlərin sayının artacağı deyilir. Beynəlxalq xeyriyyə təşkilatı Oxfam iddia edir ki, “aclıq böhranı” infeksiyadan daha çox insan öldürə bilər. Mütəxəssislərin rəyinə görə, 2020-ci ilin sonunadək aclıqdan və ya qida çatışmazlığından gündə 12 minədək insan ölə bilər. Koronavirusdan bir gündə ölənlərin rekord sayı isə aprelin 17-də qeydə alınıb – 8890 ölüm.

9
Mövzu:
Dünyanı cənginə almış bəla
Əlaqədar
ÜST köməyə gəlir?! Siqaret çəkən koronavirus xəstələrinə yardım ediləcək
Koronavirusu neytrallaşdıran 28 anticisim aşkar edilib
Koronavirus cəbhəsində itkilərimiz: 520 yeni yoluxma, daha səkkiz nəfər dünyasını dəyişdi
Dünyada ilk koronavirus vaksininin sınağı bitdi
Rusiyada ciyərinin 50 faizi zədələnmiş 93 yaşlı kişi koronavirusdan sağaldı
Bakı dənizkənarı bulvarı

Azərbaycanda dənizçilər arasında yoluxma: gəmi heyətinin yarısı xəstələnib

16
(Yenilənib 20:48 12.07.2020)
Vəziyyəti nisbətən ağır olan dənizçilər isə Cəlilabad və Astara Rayon Mərkəzi Xəstəxanalarına göndəriliblər

BAKI, 12 iyul — Sputnik. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə məxsus “Qurban Abbasov” kran-montaj gəmisinin 19 heyət üzvünün COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxıb.

Sputnik Azərbaycan “Report”a istinadən xəbər verir ki, Xəzər dənizində neft buruqlarının tikintisi üzrə ixtisaslaşmış gəmidə işçilərin bəzilərinin bədəninin temperaturu yüksəlib və bundan sonra bütün heyət üzvlərindən koronavirus üçün yaxma nümunələri götürülüb.

Məlum olub ki, 35 heyət üzvündən 19-u koronavirusa yoluxub.

Xəstələr Bakı Atletlər Kəndində müalicəyə cəlb olunublar.

Vəziyyəti nisbətən ağır olan dənizçilər isə Cəlilabad və Astara Rayon Mərkəzi Xəstəxanalarına göndəriliblər.

16
Teqlər:
gəmi, Xəzər dənizi, dəniz, Koronavirus, COVID-19
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər
Əlaqədar
Koronavirus cəbhəsində itkilərimiz: 520 yeni yoluxma, daha səkkiz nəfər dünyasını dəyişdi
Azərbaycanda keçmiş nazirin koronavirusdan sağalan xanımı və anası vəfat etdilər
Səhnəmizin Leylisi koronavirusa yoluxub, vəziyyəti ağırdır
Dünyada ilk koronavirus vaksininin sınağı bitdi
ÜST köməyə gəlir?! Siqaret çəkən koronavirus xəstələrinə yardım ediləcək
Həkim, arxiv şəkli

Həkimlərin təşkilatına ittiham: irqçidirlər

0
(Yenilənib 22:52 12.07.2020)
“Sərhədsiz həkimlər” humanitar təşkilatının əsası 1970-ci illərin əvvəllərində qoyulub. O, hərbi münaqişə zonalarında tibbi yardımın göstərilməsi üzrə ixtisaslaşıb.

BAKI, 12 iyul — Sputnik. “Sərhədsiz həkimlər” beynəlxalq humanitar təşkilatının minədək sabiq və hazırkı əməkdaşı açıq məktub yazaraq təşkilatı institusional irqçilikdə ittiham edib.

Sputnik Azərbaycan bildirir ki, bu barədə The Guardian yazır.

Məktubda deyilir ki, “Sərhədsiz həkimlər”in rəhbərliyi korporativ mədəniyyətin, işə qəbul təcrübəsinin və “kiçik qrup imtiyazlı ağ adamların rəhbərlik etdiyi qeyri-insani proqramların” dəstəklədiyi irqçiliyin miqyasını dərk etmir.   

Məktuba imza atanlar təşkilatda müstəqil araşdırma aparılmasına, eləcə də “dəyişilməz rəhbərlik və paternalizmi” aradan qaldıracaq islahatların edilməsinə çağırırlar.

Bundan başqa, iradların sırasında təşkilatın iyerarxik quruluşu və bütün idarəçiliyin qərb ölkələrinin əlində olması yer alır.

Belə ki, 2019-cu ildə təşkilatda 65 min əməkdaş çalışırmış, bunların 90%-i isə təşkilatın işlədiyi zonalardakı lokal heyət olub. Bütün idarəçilər isə həmin dövrdə qərb ölkələrində olublar.

“Sərhədsiz həkimlər” humanitar təşkilatının əsası 1970-ci illərin əvvəllərində qoyulub. O, hərbi münaqişə zonalarında tibbi yardımın göstərilməsi üzrə ixtisaslaşıb.

0
Əlaqədar
Qəflətən: ABŞ-dakı qaradərili hərəkatına Rus Pravoslav Kilsəsindən irad
“Heykəl müharibəsi”: bu günün qəhrəmanı sabah zibillikdə yer ala bilər
Anqlikan kilsəsi İsa peyğəmbərin qaradərili olduğunu bəyan edib və onun təsvirlərini yayıb
Qaradərilinin qətli dondurmanın adını dəyişdirdi
BMT baş katibi Antonio Quterreş videomüraciət yayıb