Çində epidemiya

Minə yaxın şəxs yoluxucu xəstəliklərdən dünyasını dəyişdi

508
(Yenilənib 14:34 23.02.2019)
Çində 901 nəfər yoluxucu virusdan ölüb

BAKI, 23 fevral — Sputnik. Ötən ay Çində 901 nəfər yoluxucu xəstəliklərdən dünyasını dəyişib.

Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadə xəbərinə görə, bu haqda Çinin Beynəlxalq Səhiyyə Komissiyası məlumat açıqlayıb. "Ölkə içində yoluxma və vəziyyət"lə bağlı hesabatında bir sıra rəqəmlər təqdim olunub.

Qeyd olunub ki, təkcə ötən ay 1 milyon 143 min 574 nəfərdə yoluxucu xəstəlik aşkarlanıb. Komissiyanın məlumatına görə, ötən ay 423 nəfər QİÇS, 208 nəfər vərəm, 68 nəfər hepatit, 33 nəfər quduzluq, 143 nəfər qripdən dünyasını dəyişib.

508