Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi

Doğuşdan sonra ölən ana ilə bağlı məlumat yayıldı

653
(Yenilənib 11:34 22.02.2019)
Ekspertizanın rəyindən sonra qadının dəqiq hansı səbəbdən dünyasını dəyişdiyi bilinəcək və istintaqın yekununda təqsirli tərəf cəzasını alacaq

BAKI, 22 fevral — Sputnik. Kürdəmir Rayon Mərkəzi Xəstəxanasında Carlı kənd sakini, 19 yaşlı Nuranə Sədrəddin qızı Novruzova doğuşdan sonra ölüb. Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata görə, qadın günorta saatlarında xəstəxananın doğum şöbəsinə müraciət edib.

Xəstəxanadan verilən məlumatda bildirilib ki, doğuşdan əvvəl və sonra qadının vəziyyəti yaxşı olub. Halı qəfildən pisləşib. Bütün tibbi yardımlara baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a məlumat verilib ki, faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırmalar aparılır. Ekspertizanın rəyindən sonra qadının dəqiq hansı səbəbdən dünyasını dəyişdiyi bilinəcək və istintaqın yekununda təqsirli tərəf cəzasını alacaq.

"İş istintaqda olduğu üçün başqa heçnə demək mümkün deyil" - deyə bildirilib.

653
Teqlər:
Kürdəmir, ölüm, doğum, doğuş, ana
Əlaqədar
Küçənin ortasında doğuş sancısı tutdu — VİDEO
Azərbaycanda doğuş zamanı körpənin ölməsinin ilkin səbəbi açıqlandı
Kürdəmirdə 19 yaşlı ana doğuş zamanı öldü