Qrip virusu, arxiv şəkli

Ətrafımızda dolaşan təhlükənin ciddiliyi barədə xəbərdarlıq: "Onları işə buraxmayın"

12691
(Yenilənib 15:32 19.02.2019)
"Qrip hava-damcı yolu ilə keçir, asqırdıqda, öskürdükdə milyonlarla virus ətrafa yayılır"

Nigar Məhərrəm, Sputnik Azərbaycan.

BAKI, 19 fevral — Sputnik. "Hazırda H1N1 virusu ilə bağlı vəziyyət sabitdir. Heç bir yenilik yoxdur. Sadəcə olaraq qrip mövsümü olduğu üçün havaların soyuması ilə əlaqədar bir neçə xəstənin sayı artıb".

Səhiyyə Nazirliyinin baş epidemioloqu İbadulla Ağayev
© Sputnik / Nigar Maharram
Səhiyyə Nazirliyinin baş epidemioloqu İbadulla Ağayev

Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında Respublikanın baş epidemioloqu İbadulla Ağayev deyib. O, virusdan qorunmaq üçün gigiyenik normalara əməl edilməsinin vacibliyindən danışıb: "Bunun üçün də hər kəs zəhmət çəkib əynini daha qalın geyinsin, evdə və işdə olan xəstələri təcrid etsinlər. Çünki qrip olan xəstənin işə gəlməsi düzgün deyil".

"H1N1 virusu ilə bağlı xəstələrin sayı artmayıb. H1N1 virusu olan 17 nəfər 2-3 ay öncə qeydiyyata alınıb və müalicə prosesindən sonra sağalıb" – deyə İ.Ağayev əlavə edib.

Baş epidemioloq redaksiyaların birində qarşılaşdığı xoşagəlməz haldan da söz açıb: "Ötən dəfə redaksiyaların birində oldum. Qrip olan xəstə də işə gəlmişdi. Bu, düzgün deyil. Çünki qrip hava-damcı yolu ilə keçir. Asqırdıqda, öskürdükdə milyonlarla virus ətrafa yayılır".

"Elə yerlər var ki, orada əl yumağa belə, yer yoxdur. Bu, düzgün deyil. Çünki virus onsuz da təbiətdə dövr edir. Allahdan başqa heç kim onun təbiətdə dövrünün qarşısını ala bilməz" - deyə müsahibimiz vurğulayıb.

12691
Teqlər:
xəstə, qrip, H1N1 virusu
Əlaqədar
Ermənistanda "donuz qripi"ndən daha bir ölüm qeydə alınıb
C vitamini ilə qripdən xilas olun - Aktual
Quş qripi ilə bağlı monitorinqlər keçiriləcək
Baş epidemioloq: "Azərbaycanda "donuz" qripi adlı xəstəlik yoxdur"