Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Azərbaycanda xəstəyə süni ürək köçürüldü

© © ATU-nin mətbuat xidmətiƏməliyyat
Əməliyyat - Sputnik Azərbaycan
Abunə olmaq
İxtisaslı ürək-damar cərrahı Anar Əmrah və komandası tərəfindən süni ürək implantasiyası həyata keçirilib

BAKI, 11 fevral — Sputnik. Respublika Müalicəvi Diaqnostika Mərkəzində ağır ürək və ağciyər çatışmazlığı diaqnozu təyin edilmiş xəstə əməliyyat olunub. Sputnik Azərbaycan-a Səhiyyə Nazirliyindən daxil olan məlumata görə, ixtisaslı ürək-damar cərrahı Anar Əmrah və komandası tərəfindən süni ürək implantasiyası (ölkədə ilk dəfə olaraq, çəkisi 160 qram olan dünyanın ən kiçik süni ürəyi – HeartWare) uğurla həyata keçirilib.

"Azərbaycanda və bir sıra xarici ölkələrdə dəfələrlə müalicə alan və ağır vəziyyətdə olan 55 yaşlı xəstə Respublika Müalicəvi Diaqnostika Mərkəzinə müraciət edib. Kardioloqlar Abbasəli Abbasəliyev və Şahin Xəlilov tərəfindən maksimal tibbi müayinə aparıldıqdan sonra ürək-damar cərrahı Anar Əmrah və kardioloqlar tərəfindən qərara alınıb ki, xəstənin tək ümidi ürək transplantasiyası və ya süni ürək implantasiyasıdır" – deyə verilən məlumatda bildirilir.

Qeyd edək ki, süni ürək implantasiyası olunmuş xəstələr sağlam insanlar kimi əməliyyatdan sonra normal həyat tərzinə dönə bilirlər.

 

Xəbər lenti
0