Laboratoriya

Azərbaycanda H1N1 virusunun ilk dəfə zaman aşkarlandığı sual doğurur

191
(Yenilənib 15:22 01.02.2019)
Ümumdünya Səhiyyə Təşkilatının təmsilçisi: "Qrip olan şəxsin dərhal xəstəxanaya getməsi mütləq deyil"

Nigar Məhərrəm, Sputnik Azərbaycan.

BAKI, 1 fevral — Sputnik. "Hər bir insan virusdan qorunmaq üçün özü profilaktik tədbirlər görməlidir. Qrip olan şəxsin dərhal xəstəxanaya getməsi mütləq deyil. Lakin xəstəlik ağırlaşdıqda, o zaman xəstəxanaya müraciət edilməlidir". 

Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı ofisinin təmsilçisi Cəvahir Süleymanova deyib. O, bu xəstəliyin Azərbaycanda ilk dəfə nə zaman aşkarlanması ilə bağlı məlumatsız olduğunu bildirib.

ÜST nümayəndəsi qeyd edib ki, bu gün Azərbaycanda bütün xəstəxanalar deyil, yalnız Respublika Taun Əleyhinə Stansiyanın laboratoriyası bu virusu aşkarlamağa imkan verir.

Qeyd edək ki, bir müddət bundan öncə, yəni yanvarın 11-də Səhiyyə Nazirliyinin baş epidemioloqu İbadulla Ağayev H1N1 virusu ilə bağlı jurnalistlər üçün təşkil olunan mətbuat konfransında "Media əlində dəqiq məlumat olmadan hansısa bölgədə "donuz qripi"nin olması haqda informasiya yayıb, xof yaratmamalıdır. Azərbaycanda "donuz qripi" yoxdur" - deyə bildirmişdi.

191
Teqlər:
qrip, H1N1 virusu, donuz qripi, Ümumdünya Səhiyyə Təşkilatı
Əlaqədar
Donuz qripindən daha bir nəfər öldü
Qrip olmaq istəmirsinizsə...
Qripdən öldüyü deyilən idmançının qardaşından ilginc iddia: "Xamis xəstəlikdən ölmədi"
Azərbaycanda "donuz qripi"nə yoluxanların sayı açıqlandı
Bakıda tibbi maska taxmış şəxs, arxiv şək

Bakıda koronavirusa ən çox yoluxma bu rayondadır

3
(Yenilənib 12:09 30.10.2020)
Binəqədidə koronavirusa yoluxma 14.6 faiz, Xətaidə 12.7 faiz, Yasamalda 11.6 faiz, Sabunçuda 11.5 faiz, Nəsimidə 8.6 faiz təşkil edib.

BAKI, 30 oktyabr — Sputnik. Bakının rayonları üzrə koronavirusa yoluxma statistikası açıqlanıb. Sputnik Azərbaycan-ın "koronavirus.info" saytına istinadən məlumatına görə, hazırda ən yüksək yoluxma Binəqədi rayonundadır.

Belə ki, Binəqədidə koronavirusa yoluxma 14.6 faiz, Xətaidə 12.7 faiz, Yasamalda 11.6 faiz, Sabunçuda 11.5 faiz, Nəsimidə 8.6 faiz, Nərimanovda 8.0 faiz, Suraxanıda 8.0 faiz, Nizamidə 7.2 faiz, Qaradağda 6.7 faiz, , Xəzərdə 5.9 faiz, Səbaildə 4.8 faiz, Pirallahıda 0.3 faiz təşkil edib.

3
Rusiya Prezidenti Vladimir Putin

Putin koronavirus peyvəndlərinin effektivliyindən danışdı: "Sovet məktəbi sağdır"

29
(Yenilənib 22:53 29.10.2020)
Putin vurğulayıb ki, ilk növbədə Rusiya vətəndaşları koronavirus əleyhinə vaksinlər ilə təmin olunacaqlar.

BAKI, 29 oktyabr — Sputnik. Rusiyanın koronavirus əleyhinə olan hər iki vaksini təhlükəsiz və effektivdir. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin bildirib.

"Rusiya vaksinlərinin sınaqları davam edir, ümid edirəm ki, bu ilin sonunda kütləvi vaksinləşməyə başlaya bilərik", - deyə Prezident qeyd edib.

O vurğulayıb ki, ilk növbədə Rusiya vətəndaşları koronavirus əleyhinə vaksinlər ilə təmin olunacaqlar. Lakin Rusiya vaksinlər üzrə intellektual mülkiyyətin satışını həyata keçirməyə və ya xarici tərəfdaşların meydançalarında onların istehsalını təmin etməyə hazırdır.

Putin eyni zamanda qeyd edib ki, Rusiyada koronavirus əleyhinə vaksinin hazırlanması ölkədə elmin inkişaf etdiyini, sovet məktəbi sağdır.

29
Artilleriya atəşi, arxiv şəkli

Ermənistan Gorusdan Qubadlını atəşə tutur

0
(Yenilənib 12:16 30.10.2020)
Hazırda Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonu tərəfdən Qubadlı rayonunun ərazisini artilleriya atəşinə tutur

BAKI, 30 oktyabr — Sputnik. Ermənistan ordusu Gorus rayonu ərazisindən Qubadlını artilleriya atəşinə tutur. Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyindən daxil olan məlumatda bildirilir.

"Hazırda Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonu tərəfdən Qubadlı rayonunun ərazisini artilleriya atəşinə tutur. Bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görüləcək", - deyə Nazirliyin yaydığı məlumatda bildirilir.

0
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə