Qrip, arxiv şəkli

Səhiyyə Nazirliyi beynəlxalq təşkilatın iddialarını təkzib etdi

30
(Yenilənib 16:45 31.01.2019)
Səhiyyə Nazirliyi ÜST-ə sorğu göndərib, lakin sorğuya cavab verilməyib

BAKI, 31 yanvar — Sputnik. "Azərbaycanda bu günə qədər donuz qripinə yoluxma halları aşkarlanmayıb. Ümumdünya Səhiyyə Təşkilatına Taun əleyhinə stansiya tərəfindən hər hansı nümunə göndərilməyib. ÜST-ün hansı nümunələrə əsaslanaraq bu məlumatı yaydığı bizə məlum deyil". Sputnik Azərbaycan-ın məlumatına görə, Səhiyyə Nazirliyinin yaydığı açıqlamada belə deyilir.

Bildirilib ki, Səhiyyə Nazirliyi ÜST-ə sorğu göndərib, lakin sorğuya cavab verilməyib və hazırda Azərbaycanda donuz qripinə yoluxan yoxdur.

Xatırladaq ki, bu gün ÜST-nin Xəstəliklərin Profilaktikası və Nəzarəti Mərkəzi və Avropa Bürosu Azərbaycanda 2019-cu ilin yanvar ayının ilk 3 həftəsi ərzində laborator yoxlamalar zamanı 82 nümunədən 42-də müsbət nəticə əldə edildiyi, 16 halda А/H1N1 virusunun üzə çıxdığı barədə məlumat yayıb. Aşkarlanan virusların 5-i А/H3, 22-i A virusudur.

30
Əlaqədar
"Donuz qripi"nin ölkədən-ölkəyə keçməsinin qarşısını almaq mümkün deyil"
Ermənistanda 5 nəfərdən ibarət ailə "donuz qripi"nə yoluxub
Donuz qripindən daha bir nəfər öldü