Əməliyyat, arxiv şəkli

Tibb Universitetində ağır əməliyyat gənci həyata qaytardı

40
(Yenilənib 21:42 22.01.2019)
Mürəkkəb əməliyyat yolu ilə 28 yaşlı gəncdə qapanmış sidik kanalı bərpa olunub

BAKI, 23 yanvar — Sputnik. İki ay əvvəl bədbəxt hadisə nəticəsində ciddi zədələnən 28 yaşlı oğlanın vəziyyəti düzəlmək üzrədir. Sputnik Azərbaycan-ın məlumatına görə, Mürəkkəb əməliyyat yolu ilə xəstədə tamamilə qapanmış sidik kanalı bərpa olunub.

İki ay əvvəl 28 yaşlı gənc ciddi problem yaşayıb - isti armatur oğlanın ayaqlarının arasından keçib. Həddən artıq qızan yüksək temperaturlu armatur gəncin bədənini deşib keçərək sarğısından çıxıb. Bu da həmin nahiyədə böyük bir yara əmələ gətirib.

Mürəkkəb əməliyyatı icra edən, Azərbaycan Tibb Universietinin urologiya kafedrasının müdiri Südeyif İmamverdiyevin sözlərinə görə, hadisədən sonra gəncdə armatur keçən yer tamamilə yanıb, ona görə də sidik kanalı tam dağılıb. 3 yerdə ciddi yaralar olub. Sidiyi xaric etməsinə yardımçı olmaq üçün qarnın aşağı hissəsindən (qasıqüstü nahiyədən) sidik kisəsinə boru taxılıb.

Müayinələr nəticəsində pasiyentin sidik kanalı tamamilə abiterasiya olub, yəni tamamilə çapıqlarla qapanıb. Odur ki, əməliyyat yolu ilə kanalın bərpasına qərar verilib.

Əməliyyat zamanı kanaldakı qapanmayan hissələrin ucları bir-birinə birləşdirilib.

3 saat yarım davam edən əməliyyat uğurla tamamlanıb və anatomik yol bərpa olunub.

40