CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yüksək tibbi xidmətin yolu icbari tibbi sığortadır

© pixabay / Raw PixelTibbi sığorta, arxiv şəkli
Tibbi sığorta, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Qanun 2020-ci ilin yanvarın 1-dən qüvvəyə minəcək

BAKI, 19 yanvar - Sputnik. “2020-ci ildə Azərbaycanda icbari tibbi sığorta tam şəkildə həyata keçiriləcək. Ona görə də 2019-cu il icbari tibbi sığortaya keçid üçün hazırlıq ili elan edilib”.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin iclasında komitə sədri Əhliman Əmiraslanov deyib.

Onun sözlərinə görə, əhali üçün tibbi xidmətin keyfiyyətinin yüksəldilməsinin yeganə yolu icbari tibbi sığortaya keçiddir və bunun ikinci yolu yoxdur.

Qeyd edək ki, Milli Məclisin 28 dekabr 2018-ci il tarixində keçirilən plenar iclasında “Tibbi sığorta haqqında” qanuna dəyişikliklər qəbul edilib.

Qanuna əsasən xidmətlər zərfi iki hissədən ibarətdir: baza və əlavə hissədən. Xidmətlər zərfinin baza hissəsinə ilkin səhiyyə xidməti, təcili və təxirəsalınmaz tibbi yardım xidməti, əlavə hissəsinə isə ixtisaslaşdırılmış tibbi yardım aiddir. Xidmətlər zərfinin baza hissəsindən istifadə pulsuzdur. Baza hissəsi üzrə hər il adambaşına 29 manat dövlət büdcəsi hesabına ödəniləcək. Xidmətlər zərfinin əlavə hissəsinə aid olan ixtisaslaşdırılmış tibbi yardımdan istifadə etmək üçün icbari tibbi sığorta haqqı ödənilməlidir.

Qanun 2020-ci ilin yanvarın 1-dən qüvvəyə minəcək.

Xəbər lenti
0