Xəstəxana. Arxiv şəkli

Xəstə yetim uşaqları yoluxan tələbələr şokda: Baş həkim isə gizli çəkilişdən qəzəblənib

21785
(Yenilənib 16:05 08.01.2019)
Sümük-vərəm xəstəlikləri sanatoriyasını ziyarət edən gənclər dəhşətli mənzərə ilə üzləşiblər, sanatoriya rəhbərliyi isə ittihamlara qəribə izah verir

Ramella İbrahimxəlilova, Sputnik Azərbaycan

BAKI, 8 yanvar — Sputnik. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin ikinci kurs tələbələri Bakının Buzovna qəsəbəsində yerləşən Y.Gindes adına Uşaq və yeniyetmələr üçün sümük-vərəm xəstəlikləri sanatoriyasını ziyarət ediblər. Oradakı uşaqların Yeni il bayramlarını təbrik etmək məqsədilə gedən tələbələr gördüklərindən dəhşətə gəliblər.

Buzovna qəsəbəsində uşaq və yeniyetmələr üçün sümük-vərəm xəstəlikləri sanatoriyası
© Lalə Nizam tərəfindən təqdim olunub
Buzovna qəsəbəsində uşaq və yeniyetmələr üçün sümük-vərəm xəstəlikləri sanatoriyası

Bu barədə Sputnik Azərbaycan-a BDU-nun 2-ci kurs tələbəsi, "Gəl danış" tələbə kollektivinin nümayəndəsi Lalə Nizam məlumat verib. İnternatın sakinlərini - 3-7 yaşlı uşaqları yoxsulluq, antisanitariya, cəmiyyətin laqeydliyi və tərbiyəçilərin qəddar davranışları əhatə edib. Bu soyuq, qaranlıq və çirkli otaqlarda uşaqlar yaşayır.

"Mən indiyə qədər uşaqların vəziyyətini görərkən düşdüyüm şokdan özümə gələ bilmirəm. Biz hədiyyələr, geyimlər və şirniyyatlar alaraq, oradakı yetim uşaqları təbrik etmək üçün sanatoriyaya getmişdik. İstəyirdik ki, onları sevindirək. Amma orada gördüklərimizdən sonra sevincimiz üzümüzdə dondu. Və biz qərara gəldik ki, burada baş verən hər şeyi öyrənək və ictimailəşdirək. Uşaqlar elə vəziyyətdə yaşamamalıdırlar. Uşaqlarla yaxşı rəftar edilməlidir, yetim uşaqlarla isə xüsusilə" - deyə Lalə Nizam bildirib.

Buzovna qəsəbəsində uşaq və yeniyetmələr üçün sümük-vərəm xəstəlikləri sanatoriyası
© Lalə Nizam tərəfindən təqdim olunub
Buzovna qəsəbəsində uşaq və yeniyetmələr üçün sümük-vərəm xəstəlikləri sanatoriyası

Tələbənin dediyinə görə, bu müəssisənin hər yerində antisanitariya hökm sürür: "Uşaqların normal yaşaması üçün heç bir şərait yoxdur. Yataq otağının pəncərələri qırıqdır, divarları çirkli və cızılmış haldadır, qızdırıcı yoxdur, uşaqlar çirkli və mələfəsiz döşəklərdə yatırlar. Hətta bir çox uşağın yatmağa çarpayısı belə, yoxdur".

"Sanatoriyanın mətbəxi isə, demək olar ki, yoxdur. Uşaqlar çirkli boşqablarda yemək yeyirlər. Mətbəx avadanlıqları elə vəziyyətdədir ki, onları sadəcə atmaq daha doğru olar. Hamam və tualet haqqında isə, ümumiyyətlə, danışmağa dəyməz. Tualetdən və uşaqların paltarlarından ətrafa pis qoxu yayılır. Və uşaqlar bu şərtlər altında vərəmdən müalicə olunurlar" - deyə L.Nizam bildirib.

Buzovna qəsəbəsində uşaq və yeniyetmələr üçün sümük-vərəm xəstəlikləri sanatoriyası
© Lalə Nizam tərəfindən təqdim olunub
Buzovna qəsəbəsində uşaq və yeniyetmələr üçün sümük-vərəm xəstəlikləri sanatoriyası

"Uşaqlara qayğı dəhşətli vəziyyətdədir. Əgər onlara tərbiyəçi demək mümkündürsə, o adamlar uşaqlarla normativlərdən kənar leksikonla danışır, onlarla qəddar rəftar edir, qışqırır və onları döyürlər. Bir-biri ilə ünsiyyət quran uşaqlar da qeyri-ixtiyari təhqiramiz ifadələrdən istifadə edirlər. Bizim gəlişimizdən qorxuya düşərək özlərini itirən tərbiyəçilər uşaqlara qışqırır və onları söyürdülər" - o, əlavə edib.

Sputnik Azərbaycan bu müəssisədə tərbiyə olunan uşaqların gələcəyi və oradakı ümumi vəziyyətlə bağlı məlumat almaq üçün Y.Gindes adına Uşaq və yeniyetmələr üçün sümük-vərəm xəstəlikləri sanatoriyasının baş həkimi Sima Həmidzadə ilə əlaqə saxlayıb.

Buzovna qəsəbəsində uşaq və yeniyetmələr üçün sümük-vərəm xəstəlikləri sanatoriyası
© Lalə Nizam tərəfindən təqdim olunub
Buzovna qəsəbəsində uşaq və yeniyetmələr üçün sümük-vərəm xəstəlikləri sanatoriyası

Məlum olub ki, sanatoriyanın yerləşdiyi binanın 150 yaşı var. Onu təmir etmirlər, çünki prezident İlham Əliyevin sərəncamı ilə Buzovna qəsəbəsində yeni dördmərtəbəli bina tikilir. S.Həmidzadənin sözlərinə görə, hazırda orada tamamlama işləri gedir və ola bilsin ki, may ayında köhnə sanatoriyanın sakinləri və işçiləri yeni binaya köçsün.

Baş həkimin sözlərinə görə, prezident sanatoriyanın tikintisinə 3 milyon manat vəsait ayırıb: "Ora lazım olan bütün avadanlıq alınıb. Sadəcə yeni binanın açılışını gözləmək qalır". 

Buzovna qəsəbəsində uşaq və yeniyetmələr üçün sümük-vərəm xəstəlikləri sanatoriyası
© Lalə Nizam tərəfindən təqdim olunub
Buzovna qəsəbəsində uşaq və yeniyetmələr üçün sümük-vərəm xəstəlikləri sanatoriyası

Hazırda sanatoriyada 36 uşaq tərbiyə alır. Həmidzadənin sözlərinə görə, tələbələr sutkanın qaranlıq vaxtında, özü də xəbər vermədən gəliblər.

"Onlar elə yerlərdən şəkillər çəkiblər ki, sanki bunu qəsdən ediblər. Biz tələbələri müəssisəyə buraxan işçiləri cəzalandırmışıq, çünki onların tələbələri içəri buraxmaq ixtiyarı yoxdur. Bəli, burada vəziyyət çoxdandır yaxşı deyil, amma bunun izahı da var" - deyə Həmidzadə bildirib.

Buzovna qəsəbəsində uşaq və yeniyetmələr üçün sümük-vərəm xəstəlikləri sanatoriyası
© Lalə Nizam tərəfindən təqdim olunub
Buzovna qəsəbəsində uşaq və yeniyetmələr üçün sümük-vərəm xəstəlikləri sanatoriyası

Baş həkim sanatoriyanın mətbəxinin hansı səbəbdən olmadığına da aydınlıq gətirib. Deyib ki, burada gündə dörd dəfə yemək verilir: "Bura mərkəzləşdirilmiş qaydada hazır yeməklər gətirilir".

Lalə Nizamın tərbiyəçilərin uşaqlarla kobud rəftarı barədə dediklərinə gəlincə, baş həkim bunun yalan olduğunu iddia edib: "49 ildir burada işləyirəm və indiyə qədər burada bir dəfə də olsun xoşagəlməz hal baş verməyib".

21785
Teqlər:
Sputnik Azərbaycan, antisanitariya, tələbə, vərəm, uşaq, yetim, xəstə
Əlaqədar
Vərəm tüğyan edir – “SOS” verildi
Azərbaycan vərəmlə mübarizədə bəzi Avropa ölkələrini qabaqlayır
Professor: "İctimai nəqliyyatda vərəm yayıla bilər"
Vərəmlə mübarizə gününə həsr olunmuş konfrans keçirilib
Həblər, arxiv şəkli

Koronavirusun müalicəsində antibiotiklərdən istifadə təhlükə yaradır

10
(Yenilənib 23:18 24.11.2020)
"Hazırkı statistikaya görə, xəstəxanaya yerləşdirilən koronavirus xəstələrinin səkkiz faizində bakterial və ya göbələk infeksiyası var. Bu da həmin xəstələrin 72 faizinin antibiotik istifadəsini göstərir"

BAKI, 24 noyabr — Sputnik. "Hazırda koronavirusa qarşı effektli müalicə yoxdur. Hazırkı dövrdə antimikrob dərmanlardan istifadə bu preparatlara qarşı davamlılığının yaranmasına səbəb ola bilər".

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Ümumdünya Antimikrob Preparatlardan Düzgün İstifadəyə dair Maarifləndirmə Həftəsinə həsr olunmuş virtual mətbuat konfransında ÜST-ün Azərbaycandakı nümayəndəsi Hande Harmancı bildirib. Onun sözlərinə görə, antimikrob dərmanlardan uzunmüddətli istifadə ictimai səhiyyə üçün təhdid yaradır: "Hazırkı statistikaya görə, xəstəxanaya yerləşdirilən koronavirus xəstələrinin səkkiz faizində bakterial və ya göbələk infeksiyası var. Bu da həmin xəstələrin 72 faizinin antibiotik istifadəsini göstərir. Yüngül gedişli xəstəliklərdə antibiotiklərdən istifadə edilməsi düzgün deyil".

O qeyd edib ki, COVID-19 pandemiyası dünyada antibiotiklərdən istifadənin artmasına səbəb olub: "Antibiotiklərdən düzgün istifadə edilməməsi onun təsirinin azalmasına səbəb ola bilər".

10
Teqlər:
antibiotik, Koronavirus, epidemiya, COVID-19
Mövzu:
Dünyanı cənginə almış bəla
Peyvənd, arxiv şəkli

ÜST rəsmisi: peyvəndlər COVID-19-u dayandırmayacaq

12
(Yenilənib 19:14 24.11.2020)
Klüqenin fikrincə, peyvəndlər bütün sualları cavablandırmasa belə, bu virusa qarşı müharibədə böyük ümidlər verir

BAKI, 24 noyabr — Sputnik. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə Regional Direktoru Hans Klüqe onlayn brifinq zamanı peyvəndlərin COVID-19-u tamamilə dayandırmayacağını, ancaq virusla mübarizədə böyük ümidlər yaratdığını qeyd edib.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, Klüqenin sözlərinə görə, texnologiya və əczaçılığın inkişafı yeni imkanlar yaratsa da, peyvəndlər COVID-19-u tamamilə dayandırmayacaq.

Klüqenin fikrincə, peyvəndlər bütün sualları cavablandırmasa belə, bu virusa qarşı müharibədə böyük ümidlər verir.

"Məhz belə bir məqamda 53 Avropa ölkəsində əldə etdiyimiz nəhəng elmi-texnoloji təcrübə və bilikləri xatırlatmaq istərdim. Lakin bütün ölkələr üçün peyvənd bazarına bərabər çıxış təmin edə bilməsək, peyvəndlərdən səmərəli istifadə edilməsə və ölkələrdə peyvəndlərə şübhə ilə yanaşılma məsələsi aradan qaldırılmasa, bu potensial reallaşmayacaq", - deyə Klüqe bildirib.

12
Teqlər:
ÜST, dünya, peyvənd, yoluxma, Koronavirus, epidemiya, COVID-19
Mövzu:
Dünyanı cənginə almış bəla
Azərbaycan hərbçiləri, arxiv şəkli

Müzəffər Ordumuz artıq Kəlbəcərdə!

68
(Yenilənib 01:14 25.11.2020)
Bölmələrimizin bu istiqamətdə hərəkətini təmin etmək məqsədilə mühəndis işləri başa çatdırılıb, qoşunların hərəkət marşrutu üzrə çətin keçilən dağ yolları minalardan təmizlənir və istifadəyə hazır vəziyyətə gətirilir.

BAKI, 25 noyabr - Sputnik. Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və Ermənistan Respublikası baş nazirinin imzaladığı üçtərəfli Bəyanata əsasən, Azərbaycan Ordusunun bölmələri noyabrın 25-də Kəlbəcər rayonuna daxil olub.

Sputnik Azərbaycan bildirir ki, məlumatı Azərbaycan Müdafiə Nazirliyi yayıb. Bölmələrimizin bu istiqamətdə hərəkətini təmin etmək məqsədilə mühəndis işləri başa çatdırılıb, qoşunların hərəkət marşrutu üzrə çətin keçilən dağ yolları minalardan təmizlənir və istifadəyə hazır vəziyyətə gətirilir.
Gün ərzində Kəlbəcərdən foto və video materiallar təqdim olunacaq.

68
Teqlər:
Azərbaycan ordusu, Qarabağ, Kəlbəcər rayonu