Başı ağrıyan adam

Birtərəfli güclü ağrılar, ürək bulanması, qusma - Miqren nədir necə qorunmalı?

9304
(Yenilənib 16:06 01.01.2019)
Göy gurultusu kimi ani və şiddətli baş ağrısı, hərarətin artması, cüt görmə, keyimə, danışma problemi hiss etdikdə dərhal nevroloqa müraciət etmək lazımdır

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 2 yanvar — Sputnik. Günümüzdə miqrendən (başın bir, nadir hallarda hər iki hissəsini əhatə edən güclü və əzabverici epizodik və ya daimi ağrılarla müşayiət olunan nevroloji xəstəlik – red.), demək olar ki, hər kəs şikayətlənir. Birtərəfli güclü ağrılar, ürək bulanması, işığa qarşı həssaslıq, qusma və s. əlamətlərlə özünü biruzə verən miqren ağrılarının yaranmasının konkret səbəbi olmadığı kimi, müalicəsi də yoxdur.

Sputnik Azərbaycan-a danışan həkim-terapevt Məlahət Abbasova bildirib ki, miqren üz və baş bölgəsini əhatə edən xroniki xəstəlikdir. Miqrenə soyuq, isti, qoxu və s. xarici təsirlərlə yanaşı yuxusuzluq, aclıq və depressiya səbəb ola bilər. Xəstəliyin müalicəsi məqsədilə, sadəcə olaraq ağrını aradan götürmək üçün ağrıkəsicilərdən istifadə etmək olar.

Həkimin sözlərinə görə, miqren ağrılarının şiddətlənməsinə səbəb baş və beyin damarlarının genişlənməsidir: "Uşaqlıq, hətta körpəlikdə belə, miqren ağrıları müşahidə edilə bilər. Ancaq yeniyetməlik dövründə hormonlara təsir edən yaş və stress faktorlarının təsiri ilə 35-45 yaşlarında ağrı və onun gücü gündəlik həyata təsir edir. Miqren xəstələri sinirlərin həddindən artıq həssaslığı ilə dünyaya gəlir".

M.Abbasova qeyd edib ki, miqren ağrıları zamanı istifadə edilən dərmanlar uzunmüddətli istifadəyə uyğun deyil: "Ağrı zamanı işığa və səsə həssaslıq artır. Bu zaman ürək bulanma, qusma və s. əlamətlər müşahidə edilir. Xəstələrin qaranlıq otaqda yatmaq və qusmaq istəyi miqren ağrısını azaldır".

"Miqren ağrıları fərqli olur. Uzun müddət ara ilə müşahidə edilən ağrılar "epizodik ağrılar" adlanır. Ağrılar son 3 ayda 15 gün və daha çox olursa, bu, artıq xroniki miqrendir. Xroniki miqrenə depressiya, yuxusuzluq və digər problemlər səbəb ola bilər. Xroniki miqren müalicə edilmədiyi təqdirdə ciddi fəsadlara yol aça bilər" - mütəxəssis vurğulayıb.

Müsahibimiz qeyd edib ki, miqren ağrıları daha çox 20 yaşından sonra başlayır və tutmaları, əsasən 4 mərhələli - prodrom, aura, baş ağrısı və postdrom olur: "Hər miqren tutmasında bütün mərhələlər yaşanmaya bilər. Prodrom mərhələsi zamanı baş ağrısı başlamazdan bir-iki gün öncə xəstələr yaxınlaşan miqren tutmasını müxtəlif əlamətlərlə hiss edə bilərlər. Bu zaman xəstədə qəbzlik, qaraqabaqlıq, narahatlıq, aclıq, boyun tutulması, susuzluq, tez-tez əsnəmə müşahidə edilir".

Həkimin sözlərinə görə, ikincisi aura mərhələsidir: "Auralı xəstələrdə ağrıdan sonra və ya öncə nevroloji problemlər yaşana bilər. Auralı tutmalarda xəstələrdə toxunma hisslərində gücsüzlük, danışmada pozuntu, görmə qabiliyyətinin azalması, keyimə və s. problemlər müşahidə edilə bilər. Postdrom mərhələsi zamanı isə xəstə özünü tükənmiş hiss edir".

Terapevt müalicə edilməyən miqren tutmalarının 4 və ya 72 saat davam edə biləcəyini diqqətə çatdırır: "Bu tutmalar nadir hallarda olmaqla yanaşı, həftədə və ya ayda bir neçə dəfə təkrarlanar. Məsləhətdir ki, göy gurultusu kimi ani və şiddətli baş ağrısı, hərarətin artması, cüt görmə, keyimə, danışma problemi, öskürək, gücənmə, ani bir hərəkətdən sonra baş ağrısı, 50 yaşdan sonra başlayan baş ağrıları hiss etdikdə mütləq nevroloqa müraciət etmək lazımdır".

İndiyədək əksər mütəxəssislər bildiriblər ki, miqrenin konkret səbəbi məlum deyil. Bəzi duzlu qidalar, pendir, alkoqollu içkilər, xüsusilə şərab, yüksək kofeinli içkilər, cinsi aktivlik, fiziki eyforiya da miqrenə səbəb ola bilər. Ailədə miqren xəstəsinin olması da miqren olma ehtimalını artırır. Külək, fırtına, günəş işığı, yüksən nəm səviyyəsi də miqren yarada bilər.

Həkimlər onu da qeyd edirlər ki, qadınlarda miqren xəstəliyi kişilərə nisbətən daha çox olur. Miqrenli xəstələrə məsləhət görülür ki, sağlam qidalansınlar, ac qalmasınlar. Bol su içmək, idman etmək, yuxu rejiminə diqqət yetirmək, stressi artıran mühitlərdən uzaq olmaq lazımdır. Narahat edən hava şəraiti zamanı isə evdən çıxmamaq məsləhətdir.

9304
Teqlər:
Həkim-terapevt Məlahət Abbasova, həkim, beyin, baş, ağrı, xəstəlik, miqren
Əlaqədar
Şəkər xəstələrinin istifadə etdiyi dərman infarkt və insulta səbəb ola bilər
Bronxial astma insanların həyat fəaliyyətinə təsir etməyən xəstəlik imiş
Selfi nevroloji xəstəliyə səbəb ola bilər
Şizofreniya xəstələri hisslərini idarə edə bilmir?
Koronavirus testləri, arxiv şəkli

Koronavirus cəbhəsində bu gün vəziyyət necədir? Bu günün statistikası

459
(Yenilənib 16:42 15.06.2021)
İndiyədək ölkədə ümumilikdə 335 264 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 328 876 nəfər müalicə olunaraq sağalıb, 4 958 nəfər vəfat edib, aktiv xəstə sayı 1 430 nəfərdir.

BAKI, 15 iyun - Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 68 yeni yoluxma faktı qeydə alınıb, 177 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 335 264 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 328 876 nəfər müalicə olunaraq sağalıb, 4 958 nəfər vəfat edib, aktiv xəstə sayı 1 430 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10316, ötən müddət ərzində isə ümumilikdə 3 637 889 test aparılıb.

459
Namiq Qaraçuxurlu, arxiv şəkli

Tanınmış meyxanaçı da bəladan qurtula bilmədi

787
Bir neçə gün əvvəl Rusiyadan ölkəyə qayıtmaq istəyən meyxanaçı Bakıya qayıdarkən virusa yoluxduğundan xəbərdar olub. Bu səbəblə də o Moskvanı tərk edə bilməyib və orada karantinə alınıb.

BAKI, 14 iyun — Sputnik. Meyxanaçı Namiq Qaraçuxurlu koronavirusa yoluxub. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə o, özünün "Instagram" hesabında məlumat yayıb:

"Əzizlərim narahat olmasın deyə koronavirusa yoluxmağımı gizli saxlamaq istədim. Təəssüf ki, kiminsə ağzının boş olması buna imkan vermədi. Bu həyəcanı sevənlərimə verdiyim üçün üzr istəyirəm. Bildirmək istəyirəm ki, xəstəliyi çox yüngül keçirirəm, saytların bildirdiyi kimi xəstəxanada deyiləm və tezliklə sağalıb, Vətənə geri dönəcəyəm"

Xatırladaq ki, bir neçə gün əvvəl Rusiyadan ölkəyə qayıtmaq istəyən meyxanaçı Bakıya qayıdarkən virusa yoluxduğundan xəbərdar olub. Bu səbəblə də o Moskvanı tərk edə bilməyib və orada karantinə alınıb.

Qeyd edək ki, Namiq Qaraçuxurlu Azərbaycanda meyxana sənətinə bir çox yeniliklər gətirib. Uzun illər meyxana sənəti ilə məşğul olan sənətçi "Rəvayət" adlı meyxansı ilə tamaşaçıların qəlbinə yol tapıb. Həmin meyxanadan sonra gündəmdən düşməyən meyxanaçı səhnəmizin bir çox müğənniləri ilə duet ortağı olub.

787

Bugünkü futbol oyunu ilə bağlı xəbərdarlıq

0
Qonaqların rahat və təhlükəsiz hərəkətinin təşkil edilməsi, eləcə də qonaqpərvərlik mühitinin yaradılması üçün Bakı Şəhər Dövlət Yol Polisi əhaliyə, avtomobil sahiblərinə və sürücülərə müraciət edir

BAKI, 16 iyun — Sputnik. AVRO-2020 Avropa futbol çempionatının növbəti oyununun 16.06.2021-ci il tarixdə paytaxtın Olimpiya stadionunda keçirilməsi nəzərdə tutulub. Bu məqsədlə bütün təhlükəsizlik tədbirləri müəyyən edilərək icraya yönəldilib. Bakı Olimpiya Stadionu, ona bitişik olan bütün ərazilər polis əməkdaşları tərəfindən tam nəzarətə götürülməklə gücləndirilmiş iş rejimi ilə xidmət təşkil edilib.

Sputnik Azərbaycan xəbər verir ki, qardaş Türkiyə və digər ölkələrdən gələn çoxsaylı azarkeşlərin, qonaqların, tamaşaçıların rahat və təhlükəsiz hərəkətinin təşkil edilməsi, eləcə də qonaqpərvərlik mühitinin yaradılması üçün Bakı Şəhər Dövlət Yol Polisi əhaliyə, avtomobil sahiblərinə və sürücülərə müraciət edir: "Olimpiya stadionu və ya Böyükşor bulvarı istiqamətində olan Ziya Bünyadov prospekti ilə kəsişən 9-cu Köndələn və X.R.Ulutürk küçələrindən, eləcə də H.Əliyev prospekti ilə 3 saylı Asan Xidmət yanından və Hava Limanından mərkəzə doğru H.Əliyev prospektindən Olimpiya stadionunun əsas giriş qapısı istiqamətinə avtomobillərin hərəkətinə tam məhdudiyyət qoyulur.

Əvvəlcədən məlumat verildiyi kimi, qeyd edilən istiqamətə futbol üzrə təşkilat komitəsi tərəfindən xüsusi tanınma nişanları ilə təchiz edilmiş nəqliyyat vasitələri göstərilən giriş üzrə hərəkət edə bilərlər. Digər nəqliyyat vasitələri ilə bu istiqamətə doğru hərəkətin mümkünsüzlüyünü nəzərinizə çatdıraraq, ictimai nəqliyyat vasitələrilə hərəkət etməyi tövsiyə edirik.

Məlum olduğu kimi, azarkeşlərin Q.Qarayev metrostansiyası yanından, S.Vurğun adına parkın qarşısından xüsusi ayrılmış ekspress avtobuslarla azarkeşlərin , piyadaların isə Koroğlu metrostansiyasından daşınması nəzərdə tutulur.

Oyunun başlanılması pik saatına təsadüf etdiyi üçün bu müddətdə süni sıxlığın yaşanma ehtimalını nəzərə alaraq şəxsi avtomobillərdən istifadə edilməməsi və avtobuslarla hərəkət edərkən tibbi qoruyucu vasitələrdən istifadə edilməsi tövsiyə olunur.

İnanırıq ki, hər zaman olduğu kimi bu gündə vətəndaş-polis həmrəyliyi bu oyunun da yüksək səviyyədə keçirilməsinə şərait yaradacaq. Bir daha hər kəsə daha diqqətli, ayıq-sayıq olmağı və təhlükəsizlik qaydalarına riayət etməklə nizam-intizamlı olmağı tövsiyə edirik.

AVRO-2020-nin Bakı oyunları

AVRO-2020-nin 4 oyunu Bakı Olimpiya Stadionunda keçiriləcək. Bunlardan üçü A qrupunda baş tutacaq. Onlardan biri Uels – İsveçrə (saat 17:00-da) 12 iyunda təşkil olunub. 16 iyunda Türkiyə - Uels (saat 20:00), 20 iyunda Türkiyə - İsveçrə (saat 20:00) görüşləri, 1/4 final mərhələsinin 3 iyuldakı qarşılaşması saat 20:00-da start götürəcək.

Onu da xatırladaq ki, Azərbaycanda keçiriləcək AVRO-2020-nin qrup oyunlarına gələcək azarkeşlər koronavirus pandemiyası səbəbindən karantinə alınmayacaq. Türkiyə, İsveçrə və Böyük Britaniyadan olan bilet sahibləri, həmçinin 1/4 final iştirakçılarının azarkeşləri vizaları Bakıya çatarkən hava limanında əldə edəcəklər.

Onlar bu sənədi onlayn şəkildə də ala bilərlər. Standart vizalar onlayn rejimdə üç iş gününə alınırsa, bunu təcili şəkildə 3-5 saata həll etmək mümkün olacaq. Bütün azarkeşlərə müvafiq qaydalara əməl etmək tövsiyə olunur. Azarkeşlər ölkəyə daxil olarkən sərhəddə bileti və koronavirus testinin mənfi nəticə göstərdiyini təsdiqləyən sənədi göstərməlidir.

Stadiona giriş üçün əlavə testə ehtiyac olmayacaq. Koronavirus pandemiyası nəzərə alınaraq Bakıda fan-zonalar təşkil edilməyəcək. Bu, insanların bir yerə toplaşmaması üçündür.

0