Əmıəliyyat otağında həkim, arxiv şəkli

Şizofreniya xəstələri hisslərini idarə edə bilmir?

177
(Yenilənib 20:02 26.12.2018)
Sadə dillə desək, iştirakçılar "siz kin, utanma, həyacan və s. hissləri harda hiss edirsiniz?" sualına cavab verməli olub.

BAKI, 30 dekabr — Sputnik. Bütün hisslər bədəndə öz əksini tapır və biz normal olaraq onu izləyə bilirik. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, şizofreniya xəstələrində bu proses daha radikal şəkildə baş verir.

Vanderbilt universitetinin araşdırmaçıları nəzarət qrupları ilə şizofreniya ilə əlaqəli subyektləri müqayisə edib. Onlardan bədənin kompüter xəritəsini doldurmaq xahiş edilib. Və bu müddətdə onların keçirdikləri emosiyalar nəzarət altında olub.

Sadə dillə desək, iştirakçılar "siz kin, utanma, həyəcan və s. hissləri harda hiss edirsiniz?" sualına cavab verməli olub.

Hər iki qrupun nəticələri fərqli olub. Nəzarət qrupu 13 fərqli duyğu üçün konkret "hisslər modeli" qurub.

Şizofreniya xəstələri isə bədən xəritəsində hisslərini müəyyənləşdirə bilməyib.

Alimlər hesab edir ki, şizefroniya xəstələrinin hisslərini adekvat şəkildə müəyyən edə bilməməsinin səbəbi emosional qarışıqlıqdır.

177