Əməliyyat zamanı həkim

Professor: "Xəstəliklərin əlamətləri dəyişib"

41
(Yenilənib 19:47 04.12.2018)
Musayev xəstəliklərin kökündə genetik faktorların dayandığını bildirib

 

BAKI, 5 dekabr — Sputnik. "20-30 il əvvəl biz appendesitlə bağlı diaqnozu çox rahatlıqla, əlamətlərinə əsasən dəqiq təyin etmək olurdu. Hətta buna "tələbə diaqnozu" deyilirdi. İndi isə xəstəliyin simptomları dəyişib". Sputnik Azərbaycan-ın xəbərinə görə, tanınmış cərrah, professor, Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının 2-ci cərrahi xəstəliklər şöbəsinin müdiri Xaləddin Musayev belə deyir. Həkimin sözlərinə görə, müasir dövrdə xəstəliklərin əlamətləri də dəyişib: "Appendisit - kor bağırsaq problemi ilə müracit edən xəstələrin demək olar ki, yarısında fərqli simptomlar var. Xəstəliklərin əlamətlərinin dəyişməsi bir çox faktordan asılıdır. Məsələn, müasir dövrdə insanlar ehtiyac oldu, olmadı antibiotik qəbul edir, səhhətlərinə səhlənkar yanaşır, həkimə gec müraciət edirlər. Yalnız tibbi müdaxiləyə ehtiyac qalanda həkimə gedirlər".

Həkim xəstəliklərin yaşının cavanlaşmasından da danışıb: "Geni dəyişdirilmiş qida məhsullarının çoxalması, xüsusilə də gənclərin belə məhsullara meyillənməsi bir çox xəstəliklərə yol açır. Bunlar arasında "fast-food yeməklərini, dönər, şokolad və s. göstərmək olar. Belə qidaların görünüşü adamda iştah yaratsa da, keyfiyyətsizdi. Bu cür qidalar insanın mədə-bağırsaq traktında ciddi dəyişikliyə səbəb olur".

X.Musayev xəstəliklərin kökündə genetik faktorların dayandığını bildirib: "Nəsildə hansısa bir xəstəlik varsa, bu xəstəlik genetik olaraq nəsildə yayılır. Gənclər tərəfindən müxtəlif zərərli qidaların daha çox qəbul edilməsi genetikada olan xəstəliyin patoloji zəncirin inkişafına səbəb olur. Bu da müxtəlif xəstəliklərin erkən yaşlarda özünü büruzə verməsinə gətirib çıxarır. Ona görə də bir çox xəstəliklərə səbəb olan mədə-bağırsaq problemlərini önləmək üçün nə yediyimizi diqqət verməliyik".

 

41