Əməliyyat

Həkimlərin kobud səhvi qadını yenidən əməliyyata girməyə məcbur etdi

222
(Yenilənib 20:15 20.11.2018)
Qadın həkimləri məhkəməyə verməyə hazırlaşır

BAKI, 24 noyabr — Sputnik. Bir il yarım öncə bursalı bir qadın gecə qəfil küt ağrılardan əziyyət çəkməyə başlayıb. Sputnik Azərbaycan xəbər verir ki, qadını təcili olaraq xəstəxanaya aparıblar. Burada ona ilkin tibbi yardım göstərilib və öd kisəsi əməliyyatla çıxarılıb.

Amma qadının ağrıları azalmayıb. Bir neçə dövlət xəstəxanasına getsə də, həkimlər onun dərdinə dərman tapa bilməyiblər. 15 gün öncə qadın özəl xəstəxanalardan birinə gedib. Burada müayinə zamanı qadının qarın boşluğunda yad cisim aşkarlanıb. Təcili əməliyyat olunan qadının qarın boşluğundan sarğı çıxarılıb.

Bu hadisə hər kəsi şoka salıb. Belə ki, qadın həkimləri məhkəməyə verməyə hazırlaşır.

222