BAKI, 14 noyabr - Sputnik. "Səhiyyədə maliyyə siyasətinin düzgün qurulması, maliyyə resurslarının düzgün istifadəsi əhalinin sağlamlığının qorunmasında mühüm rol oyanyır".
Sputnik Azərbaycan xəbər verir ki, bunu millət vəkili Rəşad Mahmudov Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib. O bildirib ki, maliyyə siyasətinin effektiv olması üçün bir sıra dövlət qurmlarının sıx əlaqədə işləməsi vacibdir.
Deputatın sözlərinə görə, bu il səhiyəyə ayrılan vəsait psixoloji baryer həddi olan 1 milyard manatı keçib: "Eləcə də icbari tibbi sığortanın 2019-ci ildə tətbiqi üçün 224 milyon manat nəzərdə tutulub. Hesab edirəm ki, səhiyyə sahəsinə vəsaitin çoxaldılması səhiyyənin inkişafına öz töhvəsinə verəcək. Dünya ölkələrinin büdcəsində təhsil və səhiyyəyə ayrılan xərclərə baxanda, aydın görünür ki, səhiyyə xərcləri təhsil xərclərindən 20 faiz çox olur".
"Ümumdünya Səhiyyə Təşkilatı qeyd edir ki, səhiyyə xidmətinin keyfiyyətli olması üçün tibbi heyət, maliyyələşmə, informasiya texnologiyaları vacibdir. Hesab edirəm ki, Azərbaycanda öz həllini tapan digər amillər tibbin inkişafına səbəb olacaq. 2019-cu il dövlət büdcəsi dövlətimizin səhiyyə siyasətində yeni maliyyə baxışı kimi yaddaşlarda qalacaq" - R.Mahmudov vurğulayıb.
BAKI, 23 yanvar — Sputnik. Bakı şəhəri üzrə yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma göstəriciləri açıqlanıb. Sputnik Azərbaycan-ın koronavirusinfo.az saytına istinadən məlumatına görə, paytaxtın rayonları arasında ən yüksək yoluxma göstəricisi Binəqədi rayonunda qeydə alınıb.
Belə ki, paytaxt üzrə yoluxma hallarının 15 faizi həmin rayonun payına düşür. Bakı şəhərinin digər rayonlarına gəlincə, yoluxma hallarının 13,1 faizi Xətai, 12,2 faizi Yasamal, 10,8 faizi Sabunçu, 8,2 faizi Nərimanov, 8,2 faizi Suraxanı, 7,8 faizi Nəsimi, 7 faizi Nizami, 6,8 faizi Xəzər, 5,4 faizi Qaradağ, 5 faizi Səbail, 0,5 faizi Pirallahı rayonlarında qeydə alınıb.
Qeyd edək ki, ölkəmizdə koronavirusa ən çox yoluxma faktı Bakı şəhərində müşahidə olunub. Belə ki, ümumi yoluxma hallarının 52,2 faizi paytaxtda qeydə alınıb.
BAKI, 23 yanvar — Sputnik. Rusiya Birbaşa İnvestisiyalar Fondu "Sputnik V" peyvəndinin Türkiyədə istehsalı üçün türk əczaçılıq şirkəti ilə müqavilə imzalayıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, artıq istehsal üçün lazım olan texnologiyanın köçürülməsinə başlanılıb. Peyvənd həm Türkiyədə daxili bazara, həm də digər ölkələrə göndəriləcək. Qeyd edək ki, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bir müddət əvvəl Rusiya peyvəndinin Türkiyədə istehsal olunacağını açıqlamışdı.
BAKI, 24 yanvar - Sputnik. Nigeriya sahillərində “Motsart” adlı Türkiyə şirkətinə məxsus Liberiya bayrağı altında üzən gəmiyə dəniz quldurları hücum edib.
“Report” xəbər verir ki, gəmidə olan 15 nəfər girov götürülüb, azərbaycanlı mühəndis isə qətlə yetirilib.
Gəminin kapitanı bildirib ki, quldurlar radardan başqa bütün sistemləri söküblər:
"Gəmini yalnız radarla təhlükəsiz əraziyə aparırıq və gəminin kapitan müavini ayağından yaralanıb".