Vərəmin diaqnostika, müalicə və profilaktikasına müasir yanaşmalar mövzusunda beynəlxalq elmi-praktiki konfrans

Azərbaycan vərəmlə mübarizədə bəzi Avropa ölkələrini qabaqlayır

37
(Yenilənib 19:57 06.11.2018)
Statistikaya görə, qeydə alınmış hər 8 vərəm xəstəsindən birində İİV də aşkarlanıb

BAKI, 6 noyabr — Sputnik. “Vərəmin diaqnostika, müalicə və profilaktikaslna müasir yanaşmalar” mövzusunda tədbir keçirilib. Tədbirdə vərəmlə mübarizə, onun zamanında aşkarlanması, yeni texnologiyalar, digər ölkələrin təcrübəsi haqda məlumat verilib. Həmçinin Avropa ilə müqayisədə bu gün Azərbaycandakı son durum təqdim olunub. Qeyd olunub ki, bu gün vərəmlə mübarizədə, artım tempinin aşağı olmasında Azərbaycanda bəzi Avropa ölkələrindən daha müsbət nəticələr əldə olunub.

Ümumdünya Səhiyyə Təşkilatının nümayəndəsi Sayohat Həsənova isə ikili xəstəliklərdən danışıb: “Statistikaya görə, qeydə alınmış hər 8 vərəm xəstəsindən birində İİV də aşkarlanıb. Əksər xəstələrdə ikili virus aşkarlanır”.

S.Həsənova müsbət göstərici kimi son illərdə vərəmli xəstələrin müalicə günlərinin azaldılmasına diqqət çəkib: “Son illərdə müalicə günlərinin sayı 156-dan 109-a enib. Bu isə çox müsbət göstəricidir. 2016-2020-ci illəri əhatə edən fəaliyyət planlarımızda bu göstəricilərdə daha yüksək nəticələr almağı hədəfləmişik”.

37
Əlaqədar
Vərəm tüğyan edir – “SOS” verildi
Vərəmlə mübarizə gününə həsr olunmuş konfrans keçirilib
Azərbaycanda vərəm xəstələrinin sayı açıqlandı
Möcüzə: Vərəm diaqnozu qoyan siçovullar
 Azərbaycanda koronavirus infeksiyasına qarşı vaksinasiya

Peyvənd olunanların sayı açıqlandı

2
(Yenilənib 16:55 20.04.2021)
Ölkədə vurulan vaksinlərin ümumi sayı 1352210, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 899213 nəfərə çatıb.

 

BAKI, 20 aprel — Sputnik. Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 14830 vaksin vurulub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 9981, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4849 nəfərdir. Ölkədə vurulan vaksinlərin ümumi sayı 1352210, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 899213, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 452997 təşkil edir.

2
Teqlər:
peyvənd, Koronavirus, epidemiya, COVID-19
Mövzu:
Azərbaycanda COVID-19 əleyhinə vaksinasiya
 Təcili yardım briqadası, arxiv şəkli

Azərbaycanda COVID: yoluxma da, ölüm artdı

729
İndiyədək ölkədə ümumilikdə 303 858 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 267 485 nəfər müalicə olunaraq sağalıb, 4203 nəfər vəfat edib.

BAKI, 20 aprel — Sputnik. Azərbaycanda son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına 2197 yeni yoluxma faktı qeydə alınıb, 1 946 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 34 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 303 858 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 267 485 nəfər müalicə olunaraq sağalıb, 4203 nəfər vəfat edib. 32 170 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13777, bu günə qədər isə ümumilikdə 3 128 656 test icra olunub.

729
Teqlər:
Azərbaycan, statistika, Koronavirus, epidemiya, COVID-19
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər
Sovetski

"Sovetski" sakinlərinin iddialarına nazirlikdən münasibət: Şərtlər məcburidir

0
(Yenilənib 18:15 20.04.2021)
"Keçmiş "Sovetski" adlanan ərazinin sakinləri olmuş vətəndaşlarımızı ictimai qaydanın və asayişin pozulması ilə müşayiət olunan destruktiv fəaliyyətdən,

BAKI, 20 aprel — Sputnik. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Bakı şəhəri Yasamal rayonunun keçmiş "Sovetski" adlanan ərazisində vaxtilə yaşamış bir qrup sakinin səsləndirdiyi iddialara münasibət bildirib.

Nazirlikdən Sputnik Azərbaycan-a verilən məlumata görə, keçmiş "Sovetski" adlanan ərazidə vaxtilə könüllü razılıq əsasında köçmüş, indi isə tərəflərin razılığı ilə bağlanmış alqı-satqı müqavilələri əsasında satın alınan evlərinə görə onlara edilən ödənişlərin guya natamam hesablanması, evlərin düzgün ölçülməməsi, kompensasiya məbləğinin azaldılması, habelə həmin ərazidə torpaq sahələri üzrə mülkiyyət hüquqlarının pozulmasına dair bir qrup keçmiş sakinin səsləndirdikləri iddiaların heç bir əsası yoxdur.

Ərazidə vaxtilə alınma və köçürmə işləri torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qanunvericiliyə, o cümlədən Nazirlər Kabinetinin müvafiq qərarlarına uyğun olaraq alan orqan kimi müəyyən edilmiş Yasamal RİH tərəfindən icra olunub, Maliyyə Nazirliyi isə qeyd olunan dövlət ehtiyacları üçün alınma işlərində nəzarət orqanı qismində iştirak etməklə prosesə nəzarət edib.

Köçürülmə ərazisinə düşən daşınmaz əmlaklar üzrə qiymətləndirmə "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Qanuna uyğun olaraq, bu işlərə cəlb edilmiş müstəqil qiymətləndirici şirkət tərəfindən sözügedən ərazidə mövcud bazar qiymətləri öyrənilməklə aparılıb. Hesablanmış məbləğlər Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən sakinlərlə ilkin razılaşma əldə olunduqdan sonra notariat qaydada alqı-satqı müqavilələri bağlanmaqla müvafiq banklarda mənzillərin sahiblərinin adlarına açılmış hesablara köçürülüb və heç bir əlavə xərc olmadan hesablanmış məbləğlər həmin şəxslər tərəfindən bütünlüklə alınıb. Və bununla əlaqədar alqı-satqı dövründə sakinlər tərəfindən heç bir irad bildirilməyib. Hər bir sakinlə bağlanmış əqdlərin sürətləri bu gün də mövcuddur və istənilən şəxs həmin alqı-satqı müqavilələri ilə tanış ola bilər.

Vəsaitlərini götürən bütün sakinlərə evlərindən yeni mənzillərinə köçmək üçün ən azı bir ay müddət və əlavə olaraq hər bir ailəyə 1000 manat məbləğində köçmək üçün vəsait ödənilib.

Bundan başqa, köçürülmə zamanı torpaq sahələrinin onların xüsusi mülkiyyətində olmasına dair müvafiq sənədlər təqdim edən sakinlərə əlavə kompensasiya hesablanaraq ödənilib.

"Maliyyə Nazirliyi bir daha bəyan edir ki, könüllü razılıq əsasında notarial qaydada bağlanan əqdlərə uyğun olaraq köçürülmüş həmin şəxslərin xeyli müddətdən sonra yenidən peyda olaraq şikayətlər səsləndirmələri, bəzi şəxslər tərəfindən koordinasiya olunaraq dövlət qurumlarının qarşısına toplaşmaları, dəfələrlə şifahi və yazılı qaydada onlara izahat verilməsinə baxmayaraq Yasamal RİH və Maliyyə Nazirliyindən əlavə vəsait tələb etmələri, mətbuatda və sosial şəbəkələrdə dövlət orqanlarına, ayrı-ayrı vəzifəli şəxslərə qarşı iradlar səsləndirmələri tam əsasızdır və həqiqəti əks etdirmir.

Bununla yanaşı, qeyd olunmalıdır ki, sözügedən alqı-satqı müqavilələri hazırda qüvvədədir və onların şərtləri müqavilə tərəfləri üçün məcburi xarakter daşıyır. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müqavilələrin, o cümlədən alqı-satqı müqavilələrinin məcburi qaydada dəyişdirilməsi və ya ləğv edilməsi Azərbaycan Respublikasının müvafiq məhkəmələrinin səlahiyyətindədir.

Eyni zamanda "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Azərbaycan Respublikasının Qanunu da alınmanın təsirinə məruz qalmış şəxslərin məhkəmə müdafiəsinə təminat verir.

Göstərilənlərə əsasən keçmiş "Sovetski" adlanan ərazinin sakinləri olmuş vətəndaşlarımızı ictimai qaydanın və asayişin pozulması ilə müşayiət olunan destruktiv fəaliyyətdən, bir qrup şəxslərin təhriki ilə əlavə vəsait tələb etməkdən çəkinməyə çağırır və iddia tələbləri ilə bağlı müvafiq məhkəmələrə müraciət etmələrini tövsiyə edirik", - nazirlikdən bildirilib.

0
Teqlər:
Maliyyə Nazirliyi, narazılıq, sakinlər, "Sovetski"