Siqaret

Siqaret bu xəstəliyə səbəb olurmuş

40
(Yenilənib 01:44 30.10.2018)
55 yaşdan yuxarı kişilərdə bu risk qadınlara nisbətən daha çoxdur

BAKI, 30 oktyabr — Sputnik. Türkiyədə ildə 200.000-ə yaxın insan insult olur. Bu da hər 3 dəqiqədən bir nəfərin insult keçirməsi deməkdir.

Sputnik Azərbaycan xəbər verir ki, insultdan ölənlərin sayına görə bu ölkə üçüncü yerdədir. Professor İbrahim Halil Kurt insulta yüksək təzyiq, yüksək xolesterol və siqaretin səbəb olduğunu deyib.

Həkim bildirib ki, şəkər diabeti, təzyiq, yüksək xolesterol, artıq çəki, siqaretdən istifadə ürək xəstəliklərinə səbəb olan amillərdir. İnsult əsasən 60 yaş cıvarında insanlarda daha çox rast gəlinir. Yaş artdıqca bu xəstəliyə tutulma riski də artır. 55 yaşdan yuxarı kişilərdə bu risk qadınlara nisbətən daha çoxdur.

40