Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Yaddaşsızlığın ilginc səbəbi üzə çıxdı

CC0 / Free-Photos / PersonPəncərə qabağında oturan adam, arxiv şəkli
Pəncərə qabağında oturan adam, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Stressin yaddaşa zərər verdiyi müəyyən edilib

BAKI, 26 oktyabr — Sputnik. Stressin yaddaşa zərər verdiyi müəyyən edilib. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, Castin Eçhofo Tçequinin başçılığı ilə aparılan araşdıma zamanı stressin yaddaşa zərər verdiyi, zamanla yaddaşsızlığa səbəb olduğu müəyyən edilib.

Araşdıma nəticəsində stressin beyini büzdüyü də müəyyən edilib.

Tədqiqatlar çərçivəsində 2 mindən çox sağlam və orta yaşlı könüllülərin məlumatları araşdırılıb. Mütəxəssislər qanlarında stress yaradan kortizol hormonunun səviyyəsinin yüksək olduğu insanların yaddaş testlərində daha uğursuz olduqlarını müəyyən ediblər..

Kortizol hormonu normal səviyyədə olan şəxslərin isə beyinlərinin daha az büzüldüyü müəyyən edilib. Bu faktın daha çox qadınlarda olduğu aşkarlanıb.

Xəbər lenti
0