Orta məktəbdə dərs prosesi, arxiv şəkli

Vəziyyət çox həssasdır, qızdırma ilə məktəbə gələn şagirdləri dərsə buraxmayın

16046
(Yenilənib 16:28 25.10.2018)
Səhiyyə Nazirliyi: Məktəbdə çalışan tibb bacılarının işidir ki, hər gün infeksiya ilə məktəbə gələn uşaqları sağlam uşaqlardan təcrid etsinlər

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 26 oktyabr — Sputnik. Bir müddət əvvəl Səhiyyə naziri Oqtay Şirəliyev "2018-2019-cu ilin payız-qış mövsümündə respublikada qrip və kəskin respirator xəstəliklərə qarşı profilaktik tədbirlərin gücləndirilməsi barədə" əmr imzalayıb. Əmrdə əhali arasında qrip və kəskin respirator virus infeksiyalarının yayılmasının qarşısının alınması məqsədilə ümumtəhsil və məktəbəqədər uşaq müəssisələrində tibbi müşahidələrin aparılması tapşırılıb.

Qripə yoluxması ehtimal olunan xəstələrin, xüsusən uşaqların və yaşlı əhalinin hospitalizasiyası üçün xüsusi palataların ayrılması qeyd olunub. Zəruri hallarda tibb müəssisələrində məhdudlaşdırıcı rejimin tətbiq edilməsi, tibb personalının fərdi qoruyucu vasitələrdən istifadə edilməsi tövsiyə edilib.

Əmrdən sonra artıq bir sıra məktəblərdə nəzarət gücləndirilib. Belə ki, məktəbə gələn uşaq özünü yaxşı hiss etmirsə, asqırırsa, öskürürsə, valideynə zəng edilir və uşaq sinifdən kənarlaşdırılır.

Mütəxəssislərin fikrincə, şagird tibb bacısına qızdırma və s. ilə bağlı müraciət edirsə, tibb bacısı ona qızdırmasalıcı dərman verərək yenidən sinfə göndərməməlidir. Belə şagird artıq sinifdən uzaqlaşdırılmalıdır.

Məsələyə aydınlıq gətirən Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, məktəblərdə həyata keçirilən tədbirlər hər zaman görülən işlərdir. Yəni yenilik yoxdur: "Məktəbdə çalışan tibb bacılarının işidir ki, hər gün infeksiya ilə məktəbə gələn uşaqları sağlam uşaqlardan təcrid etsinlər. Hər hansı bir ekstremal vəziyyətdə kömək eləsinlər".

S.Əhmədova qeyd edib ki, ərazi poliklinikaları bütün məktəblərə tibbi bacısı göndərir. Həkimlər isə bir neçə məktəbə təhkim edilir və onlar ara-sıra vəziyyəti müşahidə edir, uşaqları müayinədən keçirirlər.

Tibb elmləri doktoru, həkim Adil Qeybulla isə Sputnik Azərbaycan-a deyib ki, bununla bağlı xüsusi əsasnamə var: "Qrip də daxil olmaqla, hava damcı yolu ilə yayılan bütün infeksiyalar bura daxildir. Bu infeksiyaların yayılması çox vaxt lazımı tədbirlərin görülməməsi ilə bağlıdır".

"Xəstə uşaqların dərsə buraxılması, kollektivdə xəstə birinin olması, ictimai nəqliyyatda gigiyena qaydalarına riayət etməmək, lazım olduqda insanların yataq rejiminə keçməməsi respirator xəstəliklərin yayılmasına səbəb olur. Və sözügedən əsasnamədə bu təhlükəli prosesin qarşısının alınması üçün görülməli olan tədbirlər əksini tapıb" — həkim bildirib.

"Əvvəllər xəstə olan uşaqlar və ya şəxslər haqqında sahə həkiminə məlumat verilir, qeydiyyat aparılırdı. Lazım gəldikdə, arayış verilirdi. İndi də bu, tədricən reallaşmalıdır. Əslində bu, infeksiyanın yerində lokallaşdırılmasına xidmət edir. Məktəblərin tibb məntəqələrində bu nəzarət həyata keçirilməlidir" – deyə A.Qeybulla vurğulayıb.

Qeyd edək ki, son günlər "WhatsApp" qruplarında valideynlər uşaqlar arasında kəskin qrip infeksiyasının yayıldığını iddia edirlər. Onlar xəstəliyin ağır olduğunu, ürəkbulanma, qusma, ishal, qızdırma və s. əlamətlərlə müşahidə olunduğunu deyirlər. Sputnik Azərbaycan-ın əməkdaşı yayılmış xəbərlərlə bağlı Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, tibb elmləri doktoru Nəsib Quliyevə müraciət edib. O bildirib ki, hazırda qrip virusları tərəfindən törədilmiş və geniş yayılmış xəstəlik qeydə alınmayıb.

"Bu, sadəcə şayiədir. Hazırda payız fəslidir, üstəlik uşaqlar kollektiv arasında çox olurlar və bununla əlaqədar onlarda az-az mövsümi xəstəliklərə rast gəlinir. Yuxarı tənəffüs yollarında kəskin respirator virus infeksiyaları müşahidə olunur. Amma ölkədə uşaqlar arasında nə epidemiya, nə də kəskin bir virusun törətdiyi problem, xəstəlik var" — direktor bildirib.

N.Quliyevin sözlərinə görə, səhiyyə naziri Oqtay Şirəliyev "2018-2019-cu ilin payız-qış mövsümündə respublikada qrip və kəskin respirator xəstəliklərə qarşı profilaktik tədbirlərin gücləndirilməsi barədə" əmr imzalayıb: "Əmrdə soyuqdəymə xəstəliklərinin qarşısını almaq üçün tapşırıqlar öz əksini tapıb".

"Valideynlər hər zaman şayiə buraxırlar. Biz də istəyirik ki, jurnalistlər obyektiv mövqe tutsunlar, reallığı yazsınlar. Bilirsiniz ki, bizim xəstəxanada xəstə uşaqlar üçün çarpayılar var. Xəstələnmə çox olsa, xəstəxanamız dolu olar. Biz bunu müşahidə etmirik" — mütəxəssis qeyd edib.

O diqqətə çatdırıb ki, Azərbaycanda bu gün sübut olunmuş qrip virusunun törətdiyi infeksiya mövcud deyil: "Qrup və ya epidemiya şəklində yayılmış heç bir xəstəlik yoxdur. Valideynlər yaxşı olardı ki, uşaqlarının qışda az xəstələnməsi üçün yaydan hazırlıq görsünlər. Uşaqların qidalanmasına və geyiminə xüsusi diqqət yetirsinlər".

Xatırladaq ki, bir neçə gündür uşaqlar arasında kəskin qrip infeksiyasının yayıldığı barədə məlumatlar dolaşır. Məlumatlara görə, infeksiya özünü hərarətin qalxması, ürəkbulanma, qusma, ishal, qəbzlik və s. əlamətlərlə göstərir.

Valideynlər iddia edirlər ki, xəstəlik tez bir zamanda yoluxur. Bu səbəbdən də, uşağı xəstə olan valideynlərə məsləhət görülür ki, uşaqlarını məktəbə və bağçaya buraxmasınlar.

16046
Teqlər:
qızdırma, infeksiya, tibb, Sputnik Azərbaycan, qrip, şagird, xəstə, nəzarət, səhiyyə, həkim, öskürək, məktəb, xəstəlik
Əlaqədar
Ölkədə yayıldığı iddia edilən yoluxucu xəstəliklə bağlı rəsmi açıqlama: "Təlaşa düşməyin"
Uşaqlar arasında dəhşətli xəstəlik yayılıb, iflicə səbəb olur
Qadınlar və kişilər: Nevroloji xəstəliklərdən daha çox kim əziyyət çəkir?
Bir gənc ölümü ilə 4 xəstəni xilas etdi
Dünyada ruhi xəstələrin sayı durmadan artır - SOS
Nazir uzun sürən xəstəlikdən sonra vəfat etdi
Adil Qeybulla

Adil Qeybulla: “Vaksinasiya pandemiyanın başa çatmasına xeyli kömək edəcək”

7
(Yenilənib 09:40 22.01.2021)
Professor, həkim Adil Qeybulla deyir ki, vaksinasiya olunmuş şəxslər karantin qaydalarına yenə də əməl etməlidirlər
Adil Qeybulla: “Vaksinasiya pandemiyanın başa çatmasına xeyli kömək edəcək”

Artıq Azərbaycanda COVID-19 infeksiyasına qarşı vaksinasiya başlayıb. Peyvəndləmə könüllü və dövlət hesabına aparılacaq.

Vaksinasiya prosesini Sputnik Azərbaycan-a şərh edən professor, həkim Adil Qeybulla deyir ki, bu, təqdirəlayiq hadisədir:

“Dünyanın bütün sağlamlıq mərkəzləri vaksinasiya prosesinə ciddi şəkildə nəzarət edir. Vaksinasiya prosesindən sonra baş verən bütün hallar qeydə alınır və ümumiləşdirilir. Dünya tarixində bəzi vaxtlarda vaksinasiya prosesində problemlər yaşandığı hamıya məlumdur. Bu baxımdan proses ciddi nəzarət altında saxlanılır. Vətəndaşlar gərək antivaksin kampaniyalarına qoşulmasınlar. Hesab edirəm ki, vaksinasiya prosesi pandemiyanın başa çatmasına xeyli kömək edəcək. Eyni zamanda vaksinasiya olunmuş şəxslər karantin qaydalarına yenə də əməl etməlidirlər”.

Adil Qeybullanın geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

7
Teqlər:
Azərbaycan, Koronavirus, COVID-19, vaksinasiya, vaksin
Mövzu:
Azərbaycanda COVID-19 əleyhinə vaksinasiya
Şəmkirdə vaksinasiya

Şəmkirlilər koronavirusa qarşı vaksinasiyaya "hə" dedilər

24
(Yenilənib 10:04 22.01.2021)
Şəmkirdə COVİD-19 pandemiyasına qarşı vaksinasiyaya başlayıb. Peyvəndləmədən keçən tibb işçiləri özlərini yaxşı hiss etdiklərini bildiriblər.

İlham Mustafayev, Sputnik Azərbaycan

21 yanvar - Sputnik. Şəmkir rayon sakinləri COVID-19-a qarşı peyvəndləməyə cəlb edilib. Rayon mərkəzi xəstəxanasında bunun üçün 4 vaksin otağı yaradılıb.

Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, “Sinovac” vaksini ilkin mərhələdə risk qrupuna daxil olan sakinlərə könüllülük əsasında vurulacaq. Şəmkirdə təlimata uyğun olaraq tibbi müayinədən keçən sakinlər peyvənd edilib. Vaksinin əhəmiyyəti immuniteti gücləndirmək yolu ilə xəstəlikdən qorunmaq, infeksiyanın ötürülməsini məhdudlaşdırmaq, ölüm halının qarşısını almaq və səhiyyə sisteminə düşən yükü azaltmaqdan ibarətdir. Peyvəndin əks təsirinin olmadığını bildirmək üçün tibb işçiləri  vaksinasiyada ön sıralarda olub.

Tibb işçisi Sevda Məmmədova peyvəndləməyə çox müsbət yanaşdığını söyləyib:

 “Mən də bir tibb işçisi olaraq bu günkü vaksinasiyada iştirak etdim və peyvəndi qəbul etdim. Özümü çox yaxşı hiss edirəm. Heç bir narahatçılığım yoxdu”, - deyə bildirib.
  • Şəmkirdə vaksinasiya
    © Sputnik / Ilham Mustafa
  • Şəmkirdə vaksinasiya
    © Sputnik / Ilham Mustafa
  • Şəmkirdə vaksinasiya
    © Sputnik / Ilham Mustafa
1 / 3
© Sputnik / Ilham Mustafa
Şəmkirdə vaksinasiya

Koronoviruslu xəstələrin müalicəsi üzrə çalışan həkim Coşqun Yusibov isə peyvəndləmədən sonra tezliklə normal həyata qayıtmağın mümkünlüyünü bildirib:

“Dövlətin yaratdığı imkanlardan ilk istifadə edənlərdən biri də mən oldum. Özümü çox rahat hiss edirəm. Çox yaxşıyam, heç bir kənar reaksiya yoxdur”, –  deyə həkim C. Yusibov əlavə edib.

Şəmkir rayonunda tibbi işçilərinin sayı 2000-dən çoxdur. İlkin mərhələdə rayona 1115 doza vaksin göndərilib. Günədlik olaraq Rayon mərkəzi Xəstəxanasında 150-200 nəfərin peyvənd olunması planlaşdırılır. Tibb işçiləri ilə yanaşı risk qrupuna daxil olan hüquq-mühafizə orqanlarının əməkdaşları əks-epidemik tədbirlərə cəlb olunacaq.

24

Azərbaycan futbol çempionatı tarixində ən yaxşı bombardir kimdir

0
(Yenilənib 00:41 22.01.2021)
Futbol üzrə Azərbaycan Premyer Liqasının hazırkı bombardirlərinin nəticələri Azərbaycan çempionatları tarixində ən çox qol vuran oyunçuların göstəricilərindən xeyli uzaqdır.
İnfoqraka: Azərbaycanın futbol üzrə bombardirləri
© Sputnik / Elnur Salayev

Futbol üzrə Azərbaycan Premyer Liqasının birinci yarısı artıq geridə qalıb və bombardirlərin siyahısında Bakının "Neftçi" komandasının hücumçusu Namiq Ələsgərov liderdir. O, çempionatın 13 turu ərzində 8 qol vurub. "Qarabağ"ın oyunçuları Mahir Əmrəli və Filip Ozobiç isə öz hesablarına 7 qol yazdıra biliblər.

Lakin hazırkı oyunçuların göstəriciləri Azərbaycanın futbol üzrə çempionatlarının bütün tarixi boyunca ən yaxşı bombardirlərinin iyirmiliyinə daxil olanların göstərdiyi nəticələrdən çox uzaqdır. Həmin futbolçuların hamısı artıq karyerasını başa vurub. Bu siyahıya 183 qolla Nazim Əliyev liderlik edir. İkinci yerdə qərar tutan Müşfiq Hüseynov ondan 58 qol geri qalır. Üçlüyü aktivində 116 qol olan Rövşən Əhmədov tamamlayır.

Yeri gəlmişkən, Azərbaycanın futbol üzrə çempionatlarının bütün tarixi boyunca ən yaxşı bombardirlərinin beşliyində Ağdamın "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov da var. O, cəmi 115 qol vurub.

Azərbaycanın futbol üzrə çempionatlarının ən yaxşı bombardirlərinin tam siyahısı ilə Sputnik Azərbaycan-ın xüsusi infoqrafikasından tanış olmaq mümkündür.

0