Yumurta

Cinsi həvəsi artıran qidalar, gündə bir yumurta...

4470
(Yenilənib 01:01 24.10.2018)
Bu təsirləri ilə yanaşı serotonin hormonun səviyyəsini də yüksəldir.

BAKI, 24 oktyabr — Sputnik. Cinsi istəkləri gücləndirən qidaların olduğunu bilirdinizmi? Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, bu qidaları mütəmadi olaraq qəbul etmək cinsi əlaqədən alacağınız həzzi ikiqat artırır.

Məlumata görə, cinsi istəyi ən çox artıran qida avokadodur. Tərkibində olan potasyum ilə afrodiziak təsir yaradan bu meyvə cinsi istəyi artırır.

Cinsi istəyi artıran digər qida isə acı bibərdir. Acı bibərdə olan kapsaisin cinsi əlaqə zamanı ürəyin ritmini yüksəldir və rahatlaşmanı təmin edir. Eyni zamanda cinsi əlaqə zamanı tərləməni artırır.

Bal ilə qoz qarışığı da cinsi istəyi artırır. Bal estrogen və testosteron səviyyəsini artırır və libidonun artmasını təmin edir. Bu təsirləri ilə yanaşı serotonin hormonun səviyyəsini də yüksəldir. Bal qoz ilə birlikdə qəbul edildiyi zaman isə qozdakı B6 hormon səviyyəsini qoruyur və enerjini yüksəldir.

Gündə bir yumurta yemək də cinsi istəyi artırır. Yumurtanın içində olan B5 və B6 vitamini horman səviyyəsini qoruyur və bədənin enerji səviyyəsini nizamlayır. Mütəmadi olaraq yumurta yemək bədənin streslə mübarizə aparmasına kömək edir. Və cinsi həyatı tənzimləyir.

4470