Операция по удалению злокачественной опухоли, фото из архива

Bu ölkədə hər həftə təxminən 110 nəfər döş xərçəngindən ölür

136
(Yenilənib 18:47 21.10.2018)
Dünya Səhiyyə Təşkilatının hesabatına görə, hər il təxminən 500 min qadın döş xərçəngindən ölür

BAKI, 21 oktyabr — Sputnik. Ukraynada hər həftə təxminən 110 nəfər döş xərçəngindən ölür. Bu barədə AZƏRTAC Ukrayna Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadla məlumat verir.

Məlumata görə, 2017-ci ildə döş xərçəngindən 5823 nəfər ölüb, onlardan 5774-ü qadın, 49-u isə kişi olub. Son 20 ildə Ukraynada döş xərçəngi xəstəliyi 3 dəfə artıb.

Qeyd edək ki, Dünya Səhiyyə Təşkilatının hesabatına görə, hər il təxminən 500 min qadın döş xərçəngindən ölür.

136