İnsanlar

İnsan ömrü artacaq - 20 il sonra

58
(Yenilənib 07:50 18.10.2018)
Proqnoza görə, 2040-cı ildə 59 ölkədə insan ömrü 80 ildən çox olacaq.

BAKI, 18 oktyabr — Sputnik. Vaşinqton Universitetinin ekspertləri 2040-cı il üçün insan ömrünün müddətini proqnozlaşdırıb.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, proqnoza görə, qadın və kişilərin ömrü orta hesabla 4,4 il artacaq.

Araşdırma 195 ölkəni əhatə edib. Alimlər bu ölkələrdə ölüm səbəblərini və səhiyyə sisteminin vəziyyətlərini araşdırıb. Proqnoza təmiz su, sanitar şərait, siqaret çəkən və artıq çəkidən əziyyət çəkən insanların sayı, orta təhsil səviyyəsi və gəlirlərin miqdarı da təsir edib.

Proqnoza görə, ən çox uzun ömürlülük İspaniyada olacaq – 85,8 il, ikinci yerdə Yaponiya — 85,7 il, üçüncü yerdə isə Sinqapur — 85,4 illə qərarlaşıb.

Uzunömürlülüyün yüksək səviyyədə olduğu ölkələrin onluğuna İsveçrə (85,2), Portuqaliya və İtaliya (84,5), İsrail (84,4), Fransa (84,3), Lüksemburq və Avstraliya (84,1) daxil olub.

Proqnoza görə, 2040-cı ildə 59 ölkədə insan ömrü 80 ildən çox olacaq.

Proqnoza əsasən, ən qısa ömür Lesotoda (Cənubi Afrika) — 57,3 il, Mərkəzi Afrika Respublikasında — 58,4 il, Zimbabvedə — 61,3 il, Somalidə — 63,6 il və Svazilenddə —65,1 il müşahidə ediləcək.

Proqnozla razılaşsaq 2040-cı ildə insanlar daha çox ürəyin işemik xəstəliklərindən, insult, nəfəs yollarının infeksiyası, böyrəklərin xroniki xəstəliyindən, alzeymerdən, şəkərdən və avtomobil qəzalarından öləcək.

58