Qaranlıq dəhliz

Dünyada ruhi xəstələrin sayı durmadan artır - SOS

282
(Yenilənib 01:08 12.10.2018)
Son 25 ildə psixoloji xəstəliklərin sayının kəskin artdığı deyilir.

BAKI, 12 oktyabr — Sputnik. Müvafiq sahədə ixtisaslaşmış Lanset Komissiyasının açıqlamasında deyilir ki, dünyada psixoloji xəstəliklərin artması insanlara, cəmiyyətlərə və istisadiyyatlara mənfi təsir göstərəcək.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, səhiyyə sahəsinə xərclənən vəsait aartacaq. Eyni zamanda təhsil, istehsal, ictimai asayiş kimi sahələrdə problemlər böyüyəcək.

Açıqlamada son 25 ildə psixoloji xəstəliklərin sayının kəskin artdığı deyilir. Dünyada 300 milyon insan depressiyadadır, 50 milyon insan apatiya yaşayır, 23 milyon insan şizofreniya, 60 milyon isə ruhi pozğunluqdan əziyyət çəkir.

282