Силуэты мужчины и женщины. Архивное фото

Aramızda təhlükəli insanlar dolaşır - Gah kişi olurlar, gah qadın

14434
(Yenilənib 12:26 09.10.2018)
Təhmasib Cavadzadə: "İranda belə xəstələrə yardım üçün dövlət pul ayırır"

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 9 oktyabr — Sputnik. Son illər insanları narahat edən mövzulardan biri də homoseksuallıqdır. Homoseksuallar cəmiyyət tərəfindən birmənalı qəbul edilmirlər, əksər hallarda təzyiqlərə məruz qalırlar. Məhz bu səbəbdən bir çox homoseksuallar öz xəstəliklərini gizlədirlər və həyatı boyu bunun əzabını çəkirlər.

Psixoloq, psixoterapevt və seks terapevti Təhmasib Cavadzadə Sputnik Azərbaycan-a müsahibəsində bu xəstəliklər haqqında ətraflı məlumat verib.

Psixoterapevt Təhmasib Cavadzadə
© Sputnik / Murad Orujov
Psixoterapevt Təhmasib Cavadzadə

- Doktor, homoseksuallığı xəstəlik adlandırmaq olarmı?

— Əvvəllər homoseksualizm xəstəliklər siyahısında idi. 1970-ci illərdən sonra isə xəstəlik kimi qəbul edilmir. Çünki bu xəstəlik sağalmır, bu, insanın oriyentasiya fərqidir.

- Homoseksual şəxs bunu özündə necə müəyyənləşdirir?

— Belə insanlar öncə psixoloqlar tərəfindən yoxlanılır. Əgər, həqiqətən də özlərini mövcud olduqları oriyentasiyada görmürlərsə, o zaman onlara müəyyən dövr verilir. Bir müddət cəmiyyətdə qadın kimi geyinib, qadın kimi hərəkət edirlər. Əgər bu, onlara tam uyğun gəlirsə, onlar əməliyyat olunurlar. Hətta İranda belə xəstələrə yardım üçün dövlət pul da ayırır. Əməliyyatlarının xərcinin bir hissəsini dövlət ödəyir. Eyni şey qadın homoseksuallara da aiddir.

- İranda?

— Bəli, qəribə gəlsə də, belədir. Öncə xəstə psixoloqdan keçir. Psixoloq təsdiqləsə ki, bu adam homoseksualdır, ondan sonra 2 il terapiya keçir. İki il də bu proses gedəndən sonra transseksual əməliyyat edilərək istədiyi cinsin nümayəndəsi olur. İranda belə xəstələr çox olduğundan dövlət bunu qanuniləşdirib. Hətta bir cərrah dostum var, o deyir ki, indiyədək 700-800 homoseksualı əməliyyat edib. Mən özüm də orada təhsil aldığım zaman belə hadisələrin şahidi olmuşam.

- Həmin şəxslər əməliyyat olunduqdan sonra İran cəmiyyəti onları normal qəbul edir?

— Yaxşı olar ki, şahidi olduğum bir hadisəni danışım. Bir oğlan transseksual idi. Öncə ailəsi bunu qəbul etməmişdi, onu döyüb evdən qovmuşdular. Həmin oğlan illərlə işləyib pul yığmışdı və nəhayət əməliyyat olunaraq qadına çevrildi. Hətta onun oğlan sevgilisi də oldu, sevgilisinə homoseksual olduğunu demişdi. Sevgilisi bunu biləndən sonra onu tərk etsə də, 10 gün sonra geri qayıtmışdı və ailə qurmaq istədiyini demişdi. Bu müddətdə həmin homoseksual artıq ailəsi ilə də barışmışdı. Oğlanın ailəsi onlara elçi getmişdi. Ailələrin söhbəti zamanı oğlanın ailəsi qızın əsgərlikdə olduğunu öyrənmişdi. Oğlanın qohumları şoka düşüb geri qayıtmışdılar. Bundan sonra qızın ailəsi yenidən onu evindən qovmuşdu ki, "bizi ikinci dəfə biabır etmisən". Daha sonra isə oğlan ailəsini razı saldı və onlar evləndilər.

- Belə şəxslərin izdivacı zamanı hansısa problem yaşanmır?

— Qadına çevrilən homoseksualların ancaq bir problemləri olur. Onların heç vaxt uşağı olmur. Qalan məsələlərdə heç bir problem yoxdur.

- Bəs transvesistlər kimlərdir?

— Bunlar isə görünüşünü dəyişməyənlərdir. Qadın paltarı geyinirlər, qadın kimi davranırlar və ya kişi paltarı geyinib, kişi kimi davranırlar. Transseksualların arzularıdır ki, əks cinsin nümayəndəsinə çevrilsinlər, transistlər isə yox, onların əksəriyyəti pula görə bədənlərini satır. Onlar, adətən gündüz kişi, axşam qadın olurlar.

- Homoseksuallar, biseksuallar, hetraseksualların. Bunların fərqi nədir?

— İnsanlar üç hissəyə bölünür: hetraseksuallar, biseksuallar, homoseksuallar. İnsanların çoxu hetraseksualdır. Yəni əks cinsinin nümayəndələri ilə cinsi münasibətdə olmağı sevirlər. Biseksuallar isə hər iki cinsdən olan insanla cinsi münasibətdə olmağı sevirlər. Qeyd edim ki, belə insanlar cəmiyyətdə kifayət qədər çoxdur və ən təhlükəlisidir. Çünki bir müddət sonra onlar başqa birini sevə bilərlər. Homoseksuallar isə birmənalı olaraq öz cinslərindən olan insanlara maraqlı olurlar.

- Biseksual və homoseksualların müalicəsi var?

— Tam olaraq mümkün deyil. Sadəcə həmin insana kömək edərək, onu bu yoldan bir qədər çəkindirə bilərik. Amma tam olaraq mümkün deyil. Hətta pedofillər də özlərini homoseksual kimi qələmə verirlər. Amma araşdırma göstərir ki, pedofillərin əksəriyyəti uşaq vaxtı təcavüzə məruz qalan insanlardır. Onlarda bu, psixoloji problemdir.

- Sizə müraciət edənlər arasında kişi, yoxsa qadın transseksuallar çoxluq təşkil edir?

— Xəstələr arasında kişilər daha çoxluq təşkil edir. Əsasən 20-30 yaş arası olur. Bəzən övladın transseksual olmasında valideynlərin də günahı olur. Onlar bilmədən övladlarını düz tərbiyə etmirlər. Məsələn, oğlan anaları oğlanlarını qadın məclislərinə aparır, onlara uşaq vaxtı makiyaj edirlər. Beləliklə, oğlan uşağı qadın məclislərində böyüdüyü üçün artıq özünü belə hiss edir.

- Heç xəstələrinizdən sizə eşq elan edəni olubmu?

— Olub. Hətta bir xəstəm dəfələrlə sevgi etirafı etdiyi üçün müalicəni yarımçıq saxlayıb, onu otaqdan qovdum. Çünki o, artıq mənə həkim kimi baxmırdı. Digər iki xəstəm də bu barədə fikir bildirsələr də, onlara etdiyim xəbərdarlıqdan sonra münasibətləri dəyişib və müalicələri davam edib. Mən, ümumiyyətlə, xəstələrimlə dost olmuram, onlarla məsafəli davranıram ki, müalicələri daha effektli olsun.

14434
Teqlər:
Təhmasib Cavadzadə, homoseksual, müalicə, kişi, xəstə, əməliyyat, transseksual, xəstəlik, qadın
Əlaqədar
Ölkəmizdə homoseksuallarla bağlı həyəcan təbili
İŞİD-ə qarşı "Homoseksualların Üsyançı Qurtuluş Ordusu" yaradıldı
Homoseksuallarla bağlı xəbər ortalığı qarışdırdı
Homoseksuallıq xəstəlik deyil, həyat tərzidir
Bakıda maska taxmış şəxs

Yoluxanların sayı artdı, sərtləşməyə hazır olun!

39
Azərbaycanda koronavirus xəstələrinin 40 min 272 nəfəri müalicə olunaraq sağalıb, 635 nəfər vəfat edib. Aktiv xəstə sayı 4972 nəfərdir.

BAKI, 20 oktyabr — Sputnik. Azərbaycanda bu gün koronavirus infeksiyasına 584 yeni yoluxma faktı qeydə alınıb, 128 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 5 nəfər COVID-19-dan vəfat edib. Hazırkı dövrədək ölkəmizdə 45 min 879 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 40 min 272 nəfər müalicə olunaraq sağalıb, 635 nəfər vəfat edib. Aktiv xəstə sayı 4972 nəfərdir.

Ötən müddət ərzində 1 milyon 241 min 664 test aparılıb. Bugünkü test sayı isə 9028-dir.

39
Koronavirus testi, arxiv şəkli

Yoluxma azalsa da, ölənlərin sayı artdı

20
(Yenilənib 17:48 19.10.2020)
Azərbaycanda indiyədək ümumilikdə 45295 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 40144 nəfər müalicə olunaraq sağalıb, 630 nəfər vəfat edib, aktiv xəstə sayı 4521 nəfərdir.

BAKI, 19 oktyabr — Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 331 yeni yoluxma faktı qeydə alınıb, 107 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 45295 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 40144 nəfər müalicə olunaraq sağalıb, 630 nəfər vəfat edib, aktiv xəstə sayı 4521 nəfərdir.

Ölkədə son sutka ərzində 4612, hazırkı dövrədək isə 1232636 test aparılıb.

20
Elektrik yarımstansiyası, arxiv şəkli

Azərbaycanda yeni istilik elektrik stansiyalarının tikilməsinə ehtiyac yaranıb

0
(Yenilənib 00:22 21.10.2020)
"Koronavirus (COVID-19) pandemiyasının qlobal energetika sektorunda enerjiyə tələbatın azalması ilə müşayiət olunan təsirləri bu il ölkəmizin elektrik enerjisi ilə bağlı göstəricilərini qismən azaldıb".

BAKI, 21 oktyabr — Sputnik. "Koronavirus (COVID-19) pandemiyasının qlobal energetika sektorunda enerjiyə tələbatın azalması ilə müşayiət olunan təsirləri bu il ölkəmizin elektrik enerjisi ilə bağlı göstəricilərini qismən azaldıb".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Energetika naziri Pərviz Şahbazov 20 oktyabr - Azərbaycan energetiklərinin peşə bayramı günü münasibətilə rəsmi mətbuatda dərc etdirdiyi məqalədə bildirib.

Onun sözlərinə görə, bu ilin 9 ayı ərzində elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,8% azalaraq, 19,4 milyard kVt·st təşkil edib.

P.Şahbazov bildirib ki, qarşıdakı illərdə isə elektrik enerjisinə tələbat və istehsal həcmləri ilə bağlı dinamikada əhəmiyyətli dərəcədə artım gözlənilir:

"2025-ci ilə qədər ölkəmizdə elektrik enerjisinə tələbatın 25,5 milyard kVt·st-a qədər artacağı, ixrac da nəzərə alınmaqla elektrik enerjisi istehsalının isə ötən ilə nisbətən 15% artımla 30 milyard kVt·st-a çatacağı proqnozlaşdırılır. Bu istehsal həcmlərinin bir qismi ötən il istismara verilmiş, qoyuluş gücü 409 МVt olan "Şimal-2" elektrik stansiyası, bu il təməli qoyulmuş və 2022-ci ildə istifadəyə verilməsi planlaşdırılan 385 МVt gücündə "Qobu" elektrik stansiyası hesabına əldə ediləcək".

Nazirin fikrincə, həmçinin bu prosesdə "Azərenerji" ASC-nin istehsal güclərinin optimallaşdırılması və bərpası nəticəsində yenidən istismara cəlb edilən 1300 MVt imkan gücündən istifadə ediləcək: "Eyni zamanda, təhlillər göstərir ki, tələbatın tam qarşılanması üçün yeni istilik elektrik stansiyalarının tikilməsinə də ehtiyac var".

0