Qrip

Vətəndaşlar arasında yayılmış xəstəliklə əlaqədar kəskin təlimat verildi

454
(Yenilənib 16:24 05.10.2018)
Qrip və kəskin respirator virus xəstəliklərinin müalicəsi üçün dərman preparatlarının ehtiyatı yaradılacaq

BAKI, 5 oktyabr — Sputnik. Səhiyyə naziri Oqtay Şirəliyev "2018-2019-cu ilin payız-qış mövsümündə respublikada qrip və kəskin respirator xəstəliklərə qarşı profilaktik tədbirlərin gücləndirilməsi barədə" əmr imzalayıb. Bu barədə Sputnik Azərbaycan-a Nazirliyin mətbuat xidmətindən məlumat verilib. 

Bildirilib ki, əmrə əsasən payız-qış mövsümünün başlanması ilə əlaqədar əhali arasında qrip və kəskin respirator virus infeksiyalarına qarşı profilaktik və əksepidemik tədbirlər, həmçinin infeksiya üzərində epidemioloji monitorinq güclənləndiriləcək.

Əmrdə əhali arasında qrip və kəskin respirator virus infeksiyalarının yayılmasının qarşısının alınması məqsədilə ümumtəhsil və məktəbəqədər uşaq müəssisələrində tibbi müşahidələrin aparılması, qripə yoluxması ehtimal olunan xəstələrin, xüsusən uşaqların və yaşlı əhalinin hospitalizasiyası üçün xüsusi palataların ayrılması, zəruri hallarda tibb müəssisələrində məhdudlaşdırıcı rejimin tətbiq edilməsi, tibb personalının fərdi qoruyucu vasitələrdən (maskalardan) istifadə edilməsi tapşırılıb.

Eyni zamanda, profilaktik dezinfeksiya işlərinin gücləndirilməsi, ağır kəskin respirator xəstəlik halları barədə məlumatın dərhal ərazi gigiyena və epidemiologiya mərkəzlərinə verilməsi və şübhəli xəstələrdən götürülən nümunələrin Respublika Taun Əleyhinə Stansiyasına çatıdırılması Səhiyyə Nazirliyinin tibb idarə və müəssisələrinin rəhbərlərinə həvalə olunub.

Bundan başqa, qrip və kəskin respirator virus xəstəliklərinin müalicəsi üçün dərman preparatlarının ehtiyatı yaradılacaq.

454
Teqlər:
respirator xəstəliklər, Səhiyyə naziri Oqtay Şirəliyev, mövsüm, qrip, əmr
Əlaqədar
Aşura günü qan verən yüzlərlə insanda təhlükəli xəstəliklər aşkarlanıb
Azərbaycana oğru kimi gələn əfsanəvi müğənni xəstəxanaya düşdü
Türkiyədə ağıllı dərman: Xərçəng xəstələrinin ömrü 5 ilədək uzadılır
Azərbaycanda neçə nəfər şizofreniya xəstəsi var? – RƏSMİ RƏQƏM