Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Göz yorğunluğunun kompüter ilə əlaqəsi barədə nə bilirik?

CC0 / SofieZborilova / EYEGöz identifikasiyası
Göz identifikasiyası - Sputnik Azərbaycan
Abunə olmaq
Həkimin sözlərinə görə, bəzi məsləhətlərə əməl edərək göz yorğunluğunu azaltmaq, onlara davamlı əməl edəndə isə həmin problemdən tam xilas olmaq mümkündür

BAKI, 2 oktyabr — Sputnik. Kompüter son illər həyat və məişətimizə çox sıx daxil olmuş müasir texnoloji vasitələrdəndir. Ofis işində çalışanların demək olar ki, əksəriyyəti kompüter arxasında uzun müddət oturmaqdan yaranan göz yorğunluğundan şikayət edir.

AZƏRTAC-a müsahibəsində Respublika Neyrocərrahiyyə Xəstəxanasının həkim-oftalmoloqu Gültəkin Məmmədova bu sahədə bəzi məsləhətlər verib: “Normal qaydada, fasilələrlə kompüterdə işləmək gözləri yormur. Lakin uzun müddət monitorun ekranına baxdıqda gözlər qızarır və yorğun görünür. Aparılan araşdırmalar göstərib ki, kompüter arxasında işləyərkən gözlər normadan üç dəfə az qırpılır. Qırpmanın gözün nəm qalmasını təmin etdiyini nəzərə alsaq, kompüterə uzun müddət baxanların görmə orqanlarının niyə quruduğunu və yorğunluğun yaranma səbəbini başa düşmək çətin deyil”.

Həkimin sözlərinə görə, bəzi məsləhətlərə əməl edərək göz yorğunluğunu azaltmaq, onlara davamlı əməl edəndə isə həmin problemdən tam xilas olmaq mümkündür. Məsələn, qısa fasilələr verərək gözləri dincəltmək, gözləri davamlı olaraq bir neçə dəfə qırpmaq, başı sabit tutaraq sağ və sol çiyinə, eləcə də aşağı-yuxarı baxmaqla yanaşı, kompüterdən uzaqda yerləşən əşyalara baxaraq göz yorğunluğunu azaltmaq olar.

Gülümbahar çiçəklərini qaynar suda dəmləyəndən sonra tənzifin arasında gözlərə qoyaraq 15 dəqiqə saxlamaq göz yorğunluğunu azaldır. Uzun sürən kompüter işindən əvvəl və sonra librikant, yəni süni göz yaşı damlalarından istifadə etmək olar.

Xəbər lenti
0