Əhliman Əmiraslanov

Səhiyyə sistemimizdə çoxdan gözlənilən yenilik reallığa yaxınlaşır

792
(Yenilənib 15:00 25.09.2018)
Komitə sədri: "İcbari tibbi sığortaya keçməyi asanlaşdırmaq üçün qanunvericiliyə dəyişikliklər edilməlidir"

BAKI, 25 sentyabr — Sputnik. "Hazırda Azərbaycanda müalicəsi mümkün olmayan bir xəstəlik, patologiya yoxdur". Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov komitənin bu gün keçirilən iclasında deyib.

Komitə sədrinin sözlərinə görə, ölkəmizdə hər cür texniki imkan, şərait yaradılır ki, bütün xəstəlikləri müalicə edək: "Bəzən insanlar arasında düzgün təbliğat getmir. Xəstələri düzgün istiqamətləndirmək lazımdır. Hazırda tibb müəssisələri bütün müasir texnologiyalarla təmin olunub. Elə xəstəliklər var ki, tibb elmi onun qarşısında acizdir. Belə xəstələrdən isə istifadə etmək vicdansızlıqdır".

Ə.Əmiraslanov bildirib ki, bu gün vərəm dünyanı ən çox narahat edən problemdir və böyük insan tələfatına səbəb olur: "Bu məsələyə mühüm önəm veririk və gələcəkdə də onu diqqətdə saxlayacağıq".

"Həmçinin, şəkərli diabet xəstəliyi dünya ictimaiyyətini narahat edir. Səhiyyə Nazirliyi ilə birgə şəkərli diabetə dair dinləmə keçirməyi planlaşdırırıq" — deputat vurğulayıb.

Komitə sədri cəmiyyətdə çoxdan gözlənilən məsələyə də toxunub. Qeyd edib ki, icbari tibbi sığortaya keçməyi asanlaşdırmaq üçün qanunvericiliyə dəyişikliklər edilməlidir.

792
Teqlər:
Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, xəstəlik, xəstə, səhiyyə, tibb, Azərbaycan
Əlaqədar
Nazir kollegiya iclası keçirdi – 1 baş həkim və 10 tibb işçisi işdən qovulub
Qaxda tibb bacısı özünü asdı
Beyləqanda məhkəmə tibbi ekspertini niyə öldürmək istəyiblər: Şok təfərrüat
Prezident icbari tibbi sığorta ilə bağlı vacib sənəd imzaladı
Koronavirus testi, arxiv şəkli

Azərbaycanda koronavirusla bağlı son statistika açıqlandı

25
(Yenilənib 17:17 30.09.2020)
Ölkəmizdə koronavirus infeksiyasına 110 yeni yoluxma faktı qeydə alınıb, 127 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

BAKI, 30 sentyabr — Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 110 yeni yoluxma faktı qeydə alınıb, 127 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilir. Qeyd olunur ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış bir nəfər vəfat edib.

Qeyd edək ki, hazırda COVID-19 olan aktiv xəstə sayı 1684 nəfərdir. Son sutka ərzində 5469, hazırkı dövrədək isə ümumilikdə 1115748 test təşkil olunub. Bu günədək ölkəmizdə ümumilikdə 40229 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 37954 nəfər müalicə olunaraq sağalıb, 591 nəfər vəfat edib. 

25
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyəti yanında tibbi-elmi komitənin sədri, professor Akif Qurbanov

Professor: “Koronavirusa yoluxmaların sayının yenə azalacağı gözlənilir”

37
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyəti yanında tibbi-elmi komitənin sədri, professor Akif Qurbanov deyir ki, yoluxma saylarının azalması koronavirusun təsir gücünün azalması demək deyil
Akif Qurbanov: “Azərbaycanda koronavirusa qarşı peyvəndin hazırlanması real görünür”

“Ölkədə hazırkı epidemioloji vəziyyət tam nəzarət altındadır. Görülən tədbirlər nəticəsində yoluxma sayları əhəmiyyətli dərəcədə azalıb. Hazırkı vəziyyət böyük narahatlıq doğurmur”. Sputnik Azərbaycan xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyəti yanında tibbi-elmi komitənin sədri, professor Akif Qurbanov deyib.

Professor Akif Qurbanov bildirib ki, əgər vəziyyət belə davam edərsə, yoluxmaların sayının yenə azalacağı gözlənilir:

“Bu zaman bəzi məhdudiyyətlər olmaq şərti ilə öz sərbəst həyatımızı davam etdirə biləcəyik. Yoluxma sayı paytaxtda çox olsa da, bölgələrdə bu məlumatlar dəyişir. Əgər gələcəkdə hər hansı bir bölgədə yoluxma sayı kəskin şəkildə artarsa, orada lokal karantin tədbirləri tətbiq edilə bilər. Hələ ki, belə tədbirlərə ehtiyac yoxdur. Yoluxma saylarının azalması koronavirusun təsir gücünün azalması demək deyil. Azərbaycanda koronavirusa qarşı peyvəndin hazırlanması real görünür. İnanıram ki, yaxın vaxtlarda bizim də milli peyvəndlərimiz, başqa preparatlarımız olacaq”.

Akif Qurbanovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

37
Partlayış, arxiv şəkli

Ermənistanın səkkiz "Qrad" yaylım atəşli reaktiv sistemi məhv edilib-VİDEO

0
(Yenilənib 22:23 30.09.2020)
Müdafiə Nazirliyi: Bu gün axşam saatlarında keçirilən döyüş əməliyyatları nəticəsində düşmənin 8 ədəd "Qrad" yaylım atəşli reaktiv sistemi məhv edilib.

BAKI, 30 sentyabr — Sputnik. Azərbaycan Ordusunun bölmələrinin bu gün axşam saatlarında keçirdiyi döyüş əməliyyatları nəticəsində düşmənin 8 ədəd "Qrad" yaylım atəşli reaktiv sistemi məhv edilib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

0