Yatan qız, arxiv şəkli

Qadın carəsi bilinməyən xəstəliyə tutuldu

187
(Yenilənib 20:11 05.09.2018)
42 yaşlı qadın səhər yuxudan oyanmaq üçün yatmazdan öncə 12-15 həb dərman içmək məcburiyyətində qalır

BAKI, 5 sentyabr — Sputnik. Uelsdə bir qadın qəribə xəstəliyə düçar olub. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, 42 yaşlı Lyusi Teylor həyatını kabusa çevirəcək bir xəstəlyə düçar olub. Belə ki, 42 yaşlı qadın yuxu xəstəliyi olan idiopatik hipersomniya xəstəliyindən əziyyət çəkir. Onun yuxudan oyanması çətin baş verir. Bunun üçün bir neçə zəngli saat, dərman və ailəsinin köməyi lazım olur.

Lyusi xəstəliyi barədə bunları deyib: "Mənim xəstəliyim sayəsində uzun müddət oyanmadan yata bilirəm. Maraqlısı isə budur ki, bunun səbəbini heç kim müəyyən edə bilmir. Gün ərzində tez-tez yuxum gəlir. Amma yatmaqla da yaxşı olmuram. Ən uzun müddət yatdığım vaxt isə cümə axşamından bazar günü günortaya kimi yatmışam".

42 yaşlı qadın səhər yuxudan oyanmaq üçün yatmazdan öncə 12-15 həb dərman içmək məcburiyyətində qalır. Bu xəstəlik yüz mində bir insanda olur.

187