İnəklər

Azərbaycana yoluxucu xəstəlik keçə bilərmi - Qonşu ölkədən cavab

6487
(Yenilənib 17:20 05.09.2018)
Nodulyar dermatit və çiçək xəstəliyi sərhədlərimizə yaxınlaşır

BAKI, 5 sentyabr — Sputnik. Qida Təhlükəsizliyi Agentliyi (QTA) iri və xırda buynuzlu mal idxalçılarını heyvanları respublika ərazisinə gətirərkən təhlükəsizlik tədbirləri görməyə çağırıb. Çünki Rusiyanın Baytarlıq və Fitosanitariya üzrə Federal Xidməti yoluxma riski barədə xəbərdarlıq edib.

QTA-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, Ümumdünya Səhiyyə Təşkilatı Rusiya ərazisində, eləcə də Federasiyanın Samara, Kurqan və Çelyabinsk vilayətlərində çox sayda iribuynuzlu ev heyvanında nodulyar dermatit xəstəliyinin aşkarlandığını müəyyən edib. Eyni zamanda, QTA bildirib ki, Moskva vilayətinin Şaxov rayonunda xırdabuynuzlu heyvanlar arasında çiçək xəstəliyi aşkarlanıb.

Azərbaycandakı mal-qaranın yoluxma ehtimalını nəzərə alaraq, QTA AR Dövlət Gömrük Komitəsinə Rusiyanın bir sıra regionlarından respublikamıza gələn və gömrük-buraxılış məntəqəsindən keçən nəqliyyat vasitələrini dezinfeksiya etmək xahişi ilə müraciət edib.

Sputnik Azərbaycan Rusiyanın Baytarlıq və Fitosanitariya üzrə Federal Xidmətinə müraciət edərək Azərbaycandakı heyvanların nodulyar dermatit xəstəliyinə tutulması ehtimalının nə dərəcədə inandırıcı olduğunu soruşub. Rusiyanın sözügedən qurumunun verdiyi məlumata görə, həmin xəstəliyə yoluxma halı RF-in Kurqan, Samara, Orenburq və Çelyabinsk vilayətlərində qeydə alınıb. Yəni, həmin vilayətlər Azərbaycanla həmsərhəd olmadığı üçün, belə bir ehtimal inandırıcı hesab edilmir.

Nodulyar dermatit heyvanlar üçün xüsusi təhlükəli xəstəlikdir və yoluxucu xəstəliklərə aid edilir. O, heyvandarlığa ciddi iqtisadi zərər vurur. Bu xəstəliyə yoluxan heyvanların bir qayda olaraq 10-45%-i ölür. Lakin bu xəstəlik istehlakçılara heç bir təhlükə yaratmır.

Rusiyada nodulyar dermatitin yayılması ilə bağlı proqnoz xoşagələn deyil. Ekspertlər xəstəliyin digər regionlara, eləsə də ölkənin sərhəd bölgələrinə yayıldığı barədə də məlumatlar alırlar. Bu xəstəlik hətta Ukrayna və Qazaxıstanla sərhəddə də müşahidə edilib. Bu ölkələrdə də artıq buynuzlu ev heyvanlarının xəstəliyə yoluxduğu barədə məlumatlar dolaşmaqdadır.

Bir qayda olaraq, yoluxma prosesi xəstə heyvanla sağlam heyvanın kontaktları zamanı baş verir. Eyni zamanda infeksiya, əgər yaxınlıqda xəstə heyvan varsa, su və hava ilə, həmçinin qida və yoluxmuş heyvanın südü ilə də yoluxa bilər.

Rusiyalı heyvandarlar nodulyar dermatit infeksiyasının mal-qara arasında daha geniş yayılmasının qarşısını almağa çalışırlar. Eyni zamanda, heyvanların qoyun çiçəyi virusundan alınmış zərdabla peyvənd edilməsi, zərurət yarandığı təqdirdə karantin tətbiq olunması nəzərdə tutulur.

İlk dəfə nodulyar dermatit 2015-ci ilin sentyabrında Rusiyada iribuynuzlu heyvanlarda qeydə alınıb. Bundan əvvəl ölkə ərazisində mal-qarada bu xəstəlik müşahidə edilməyib. İlk dəfə bu hal Çeçenistan və Dağıstanın sərhədyanı ərazilərində qeydə alınıb.

6487
Teqlər:
Baytarlıq və Fitosanitariya üzrə Federal Xidməti, QTA, mal, Qida Təhlükəsizliyi Agentliyi, Sputnik Azərbaycan, heyvan, Rusiya, xəstəlik
Əlaqədar
Türkiyədə 5 minədək insan virusa yoluxdu
Gürcüstanda yoluxucu xəstəlik yayılır, Azərbaycanda önləyici tədbirlərə başlanıb
İçdiyiniz sudan dəhşətli xəstəliyə yoluxa bilərsiniz
Yoluxucu xəstəliklərlə bağlı vəziyyət aydınlaşdı - Vətəndaşlara müraciət
Moskvada xəstəxanada tibb işçiləri, arxiv şəkli

Koronavirusa yoluxanlar artdı: 47 nəfərin vəziyyəti ağırdır

267
Hazırkı dövrədək ölkəmizdə 4 122 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 2 607 nəfər müalicə olunaraq sağalıb, 49 nəfər vəfat edib

BAKI, 24 may — Sputnik. Azərbaycanda 140 yeni koronavirus infeksiyasına yoluxma faktı aşkarlanıb, 101 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Hazırkı dövrədək ölkəmizdə 4 122 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 2 607 nəfər müalicə olunaraq sağalıb, 49 nəfər vəfat edib, 1466 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Həmin şəxslərdən 47 nəfərin vəziyyəti ağır, 58 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 270 739 test aparılıb.

267
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər
COVİD-19-a qarşı peyvənd, arxiv şəkli

İkinci mərhələ başlayır: Koronavirus əleyhinə peyvəndin bir addımlığında

10
(Yenilənib 11:25 24.05.2020)
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hazırda dünyada koronavirus əleyhinə 180 peyvənd hazırlanması işləri aparılır.

BAKI, 24 may — Sputnik. Oksford Universitetinin alimləri koronavirus peyvəndi üçün klinik işlərin ikinci fazasına keçdiklərini açıqlayıblar.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, bu mərhələdə prororipin qoruyuculuğu müəyyən ediləcək.

Mütəxəssislər bu mərhələdə 10 min 260 nəfərə peyvənd vuracaqlarını açıqlayıblar. Belə ki, aparılan peyvəndlərin insanlar üzərində təsirləri müəyyən ediləcək. İkinci mərhələdə fərqli yaş qruplarından uşaq və yaşlıların olacağı qeyd edlib.

Araşdırma qrupunun rəhbəri Adryu Pollard bildirib ki, işlər müvəffəqiyyətlə davam edir: "İkinci mərhələdə peyvəndin qoruyuculuğu müəyyən ediləcək".

Xatırladaq ki, Oksford Universiteti peyvənd istehsalında Kembricdə yerləşən “AstraXeneka” əczaçılıq nəhəngi ilə əməkdaşlıq edir. ABŞ-dan bir milyard dollar dəstək alan şirkət ilkin mərhələdə 400 milyon dozada peyvənd istehsal edə biləcəyini açıqlayıb.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hazırda dünyada koronavirus əleyhinə 180 peyvənd hazırlanması işləri aparılır.

10
Avstriya Prezidenti Aleksandr Van der Bellen, arxiv şəkli

Polis prezidenti... bağlı restoranda tapdı

0
(Yenilənib 23:36 24.05.2020)
Avstriyada restoranlar 23:00-dan sonra bağlanmalıdır, yəni həmin vaxtdan etibarən qonaqlara heç nə təqdim etmək olmaz, mətbəx və bar işləməməlidir

BAKI, 24 may — Sputnik. Vyana polisi Avstriya Prezidenti Aleksandr Van der Belleni və xanımını gecə vaxtı bir italyan restoranında “yaxalayıb”. Ölkədə mövcud olan karantin qaydalarına görə, 23:00-dan sonra ictimai iaşə müəssisələri bağlı olmalıdır.

Sputnik Azərbaycan bildirir ki, bu barədə “Kronen Zeitung” qəzeti yazıb.

“Lokdaundan sonra ilk dəfə xanımım və iki dostumla birlikdə şam etməyə getdik. Biz söhbətləşirdik, təəssüf ki, saata baxmağı unutduq. Çox təəssüf edirəm. Bu, səhv idi. Əgər restoran sahibinin hansısa itkiləri olacaqsa, buna özüm cavabdeh olacam”, - deyə Prezident Twitter-də yazıb, üstəlik qəzetin məqaləsini də paylaşımına əlavə edib.

Polis “Sole” adlı italyan restoranına 00:20-də gəlib və eyvanda əyləşmiş qonaqların içki içdiklərini görüb. Əslində isə bura saat yarım əvvəl bağlanmalı imiş. Qəzet yazır ki, tanınma zamanı qonaqlar özlərini mehriban aparıblar.

​“Federal Prezident bir çox artistlər kimi tez-tez qonağım olur. Şama bu dəfə balıq sifariş etmişdi. Mən hər şeyi doğru elədim, qanunun tələbi ilə: saat 23:00-da biz sonuncu içkiləri gətirib kafeni bağladıq. Sonra Prezident hələ bir müddət də - əvvəl mən də orada idim – xanımı ilə bayırdakı örtülü eyvanda söhbət elədi”, - deyə restoranın direktoru Aki Nuredini “Kronen Zeitung”a bildirib.

Avstriyada restoranlar 23:00-dan sonra bağlanmalıdır, yəni həmin vaxtdan etibarən qonaqlara heç nə təqdim etmək olmaz, mətbəx və bar işləməməlidir. Ancaq eyni zamanda, nəzəri olaraq restoran qonaqlara masa arxasında əyləşməyə icazə verə bilər. İndi Vyananın magistratı restoran sahibini 30 min avro cərimələmək, ya da günahını bağışlamaq haqda qərar verməlidir. Prezident və xanımına görə idə hadisəyə görə heç bir cərimə nəzərdə tutulmur.

Avstriyada martın 16-da bağlanan kafe və restoranlar mayın 15-də fəaliyyətlərini bərpa edib. Onlar səhər 6:00-dan 23:00-dək işləyə bilər. Bir masa arxasında maksimum dörd böyük adam (uşaqlar istisna) əyləşə bilər, qonaqlar arasındakı məsafə ən azı 1 m olmalıdır. Müştərilərlə birbaşa ünsiyyətdə olan personal ya qoruyucu maska, ya da üz sipəri taxmalıdır, müştərilər isə maska taxmaqda sərbəstdirlər.

0