Avokado

Avokado yeyərək 300 dollar qazana bilərsiz

9978
(Yenilənib 02:25 01.09.2018)
Ancaq araşdırmada iştirak etmək üçün müəyyən kriteriyalara cavab vermək lazımdır

BAKI, 1 sentyabr — Sputnik. Avokado həvəskarlarına 300 dollar ödəniləcək. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, 4 ABŞ universiteti qeyri-adi araşdırmada iştirak etmək üçün könüllülərin qəbuluna başlayıb.

Onlara yarım il ərzində avokado yeyə biləcək 250 nəfər lazımdır.

Alimlərdən Con Sabate qeyd edir ki, araşdırmanın əsas məqsədi avokadonun artıq çəkidən azad olma, və piylərin əriməsində rolunu öyrənməkdir. Araşdırmada iştirak etmək üçün könüllü tapmaq o qədər asan deyil. Könüllülərə 300 dollar veriləcək. Ancaq araşdırmada iştirak etmək üçün müəyyən kriteriyalara cavab vermək lazımdır.

Belə ki, araşdırmada iştirak edən şəxs 25 yaşından böyük olmalı, hər gün bir avokado və ya ayda iki avokodo yeməyə hazır olmalı, kişilərin bel ölçüsü 101, qadınların isə 89 santimetrdən çox olmalıdır.

İştirakçılar iki hissəsəyə bölünəcək. Bir hissə ayda iki avokado, digər hissə isə gündə bir avokado yeməli olacaq. Araşdırma 6 ay davam edəcək. İştirakçılar 300 dollar kompensasiya almaqla yanaşı universitet tərəfindən pulsuz müayinə ediləcək.

9978