Buz

İnsan buzdan da zəhərlənə bilər

83
(Yenilənib 11:42 26.08.2018)
Türk həkim: "Əks halda mikroblar buza keçə, onunla da insan orqanizminə daxil ola bilərlər"

BAKI, 25 avqust — Sputnik. İsti havalarda sərinləmək üçün müxtəlif içkilərin içinə buz atıb içirik. Bu həmin içkini həm dadlı edir, həm də bizi sərinlədir. Amma çoxumuz bilmirik ki, həmin o buzlar insan orqanizminə ziyandır, hətta ondan zəhərlənə də bilərik. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə mütəxəssis Ruhan Aşkın Uzel məlumat verib.

Uzel deyib ki, buz qida kimi tanınmır. Amma buzun hazırlanması üçün su təmizlənməlidir və standart nəzərə alınmalıdır.

"Təəssüflər olsun ki, bunlara riayət olunmur və suda da zəhərli maddələr qaldığı üçün zəhərlənmə verir." — deyə mütəxəssis bildirib. 

Həkim deyib ki, buz hazırlayan zaman istifadə edəcəyiniz suya diqqət edin: "Su təmiz olmalıdır, üzük, bilərziklərlə təmas olmamalıdır. Çünki onlar buzla reaksiyaya girə bilərlər. Buzlar təmiz qablarda saxlanılmalıdır. Eyni zamanda içkilərin içinə atılacaq buzlar xüsusilə digər qidalarla eyni yerdə saxlanmamalıdır. Onlar ayrı qabda paketlənməlidir. Buzun qoyulduğu soyuducu da təmiz saxlanmalıdır. Əks halda mikroblar buza keçə, onunla da insan orqanizminə daxil ola bilərlər".

83
Teqlər:
türk həkim, buz, Ruhan Aşkın Uzel
Əlaqədar
Qarın nahiyəsinə yarım saat buz qoysanız...
Aleksandr Myasnikov, arxiv şəkli

Məşhur həkim yenə qorxudur: "Fəlakətin bir addımlığındayıq"

23
(Yenilənib 15:25 29.11.2020)
"Virusoloqların sözləriylə desək, ciddi epidemiya bizdən bir-iki mutasiya aralıdır. Elə Çinin özündə müntəzəm olaraq quş və donuz qruplərinin mutasiyasını qeydə alırlar"

BAKI, 29 noyabr - Sputnik. Həkim və teleaparıcı Aleksandr Myasnikov dünyada yeni, ölüm göstəricisi yüksək olan pandemiyanın olacağı barədə xəbərdarlıq edib.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Myasnikov özünün Telegram kanalında yazıb.

 

Həkim qeyd edib ki, insanlar COVID-19 kimi epidemiyalara hazır deyillər. Üstəlik, onlara qarşı universal vaksin yoxdur.

"Əgər 35-40 faiz ölüm göstəricisi olan virus yayılsa, o cür vaksinin peyda olmasınadək on milyonlarla insan həlak olacaq. Dediyim odur ki, indi bütün alimlərin gücünü məhz bu cür vaksinin hazırlanmasına yönəltmək lazımdır! İstədikləri qədər pul və vəsaitlə təmin etmək lazımdır. Yoxsa sonra dəfələrlə baha başa gələcək", - o qeyd edib.

Myasnikov deyir ki, bəşəriyyət məhz qrip təhlükəsi altındadır - ya quş, ya da donuz.

"Virusoloqların sözləriylə desək, ciddi epidemiya bizdən bir-iki mutasiya aralıdır. Elə Çinin özündə müntəzəm olaraq quş və donuz qruplərinin mutasiyasını qeydə alırlar, fəlakətin bir addımlığındayıq!" - mütəxəssis yazıb.

23
Teqlər:
pandemiya, mutasiya, Çin, dünya, donuz qripi, Quş qripi, qrip, epidemiya
Koronavirus testi, arxiv şəkli

Dünyaya təəccüblənirdik, özümüz milyonu keçmişik: bu gün 38 nəfəri itirdik

45
(Yenilənib 14:47 29.11.2020)
İndiyədək ölkədə ümumilikdə 1181195 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib

BAKI, 29 noyabr - Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 4170 yeni yoluxma faktı qeydə alınıb, 1985 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 38 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 1181195 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 73676 nəfər müalicə olunaraq sağalıb, 1361 nəfər vəfat edib, aktiv xəstə sayı 43158 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 17581, ötən müddət ərzində isə ümumilikdə 17182335 test aparılıb.

45
Teqlər:
rekord, ölənlər, yoluxma, Koronavirus, epidemiya, COVID-19, Azərbaycan
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər
Fransa polisi

"Demokratiyanın beşiyi"ndə iğtişaşlar: qanun layihəsi 133 min insanı özündən çıxardı

0
(Yenilənib 17:51 29.11.2020)
Polislərin foto və videolarının çəkilməsini qadağan edən qanun layihəsi Fransada 133 min insanı hiddətləndirib. Onlar küçələrə axışaraq polislərə "hədlərini bildirməyi" özlərinə borc biliblər

BAKI, 29 noyabr - Sputnik. Fransada şənbə günü, noyabrın 28-də keçirilən "Qlobal təhlükəsizlik haqda" qanun layihəsinə qarşı etiraz aksiyalarında ən azı 62 polis əməkdaşı xəsarət alıb.

Sputnik Azərbaycan xarici KİV-ə istinadən bildirir ki, 23 polis işçisi Parisdə, 39-u isə əyalətlərdəki aksiyalarda yaralanıb.

Həmçinin bildirilir ki, iki nəfər etirazçı Baş Polis Müfəttlişliyinə hüquq-mühafizə orqanları tərəfindən zorakılığa məruz qaldıqları barədə şikayət edib.

Etiraz aksiyası zamanı suriyalı fotoqraf Əmir Əl-Həlbi başından yaralanıb. "Sərhədsiz reportyorlar"ın baş katibi Kristof Deluar fotoqrafa qarşı "polis tərəfindən yolverilməz zorakılığı" qınayıb.

Ölkə üzrə 80 etirazçı həbs edilib.

Noyabrın 28-də Fransanın 70 şəhərində "Qlobal təhlükəsizlik haqda" qanun layihəsinə qarşı etiraz aksiyaları keçirilib. Bu layihə faktiki olaraq polis və jandarmeriya əməkdaşlarının foto və videolarını çəkməyi qadağan edir. Etiraz aksiyalarında "Siz silahları endirin, biz də kameraları" şüarları səsləndirilib. Aksiyalarda 133 min nəfər iştirak edib.

0
Teqlər:
qanun layihəsi, xəsarət alanlar, polis, etiraz aksiyaları, iğtişaş, Fransa