Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Alimlər qocalığa meydan oxumaq istəyir…

CC0 / Flachovatereza / girlGüzgüyə baxan qadın
Güzgüyə baxan qadın - Sputnik Azərbaycan
Abunə olmaq
Alimlər araşdırma zamanı yağ və xolesteroldan istifadə ediblər

BAKI, 5 avqust — Sputnik. Cons Hopkins Universiteti tibb fakültəsinin araşdırmaçı alimləri apardıqları bir araşdırma ilə saçların ağarması, tökülməsi və dəri problemləri də daxil olmaqla yaşlanma əlamətlərini tərsinə çevirə biləcək dərmanın yaradılmasına bir addım daha yaxınlaşdıqlarını bildiriblər.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, elm adamları siçanlar üzərində apardıqları araşdırma ilə yaşlanmanın əlamətlərini aradan qaldıracaq dərmanın yarada biləcəklərini düşünürlər. Araşdırmaçılar araşdırmnın sədəf xəsətliyinin müalicəsində də faydalı olacaqlarını düşünürlər.

Alimlər araşdırma zamanı yağ və xolesteroldan istifadə ediblər.

Qərb üslubunda qidalanmanın yaratdığı zərəri bərpa etmək üçün aparılan araşdırmada dəri problemləri, saç tökülməsi və ağarmasını aradan qaldırılmasına nail olunub.

Qərb pəhrizi ilə qidalanan siçanların tükləri qaradn ağ rəngə çevrilərək tökülməyə başlayıb. Pəhriz dərinin də iltihablanmasına yol açıb. Ancaq 20 və 36 həftədən sonra siçanların dəri və tükləri əvvəlki vəziyyətinə qayıdıb.

Xəbər lenti
0