Axşam yeməyi, arxiv şəkli

Bu qidalardan imtina edən kişilər sonsuz olur

433
Həyati əhəmiyyəti olan taurin əksikliyi spermatozoidləri defomasiyaya uğradır və sonsuzluğa səbəb olur

BAKI, 28 iyul — Sputnik. Sonsuzluğa gətirən səbəblərdən biri də aşkar edilib.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, həyati əhəmiyyəti olan taurinin əskik olması spermatozoidləri defomasiyaya uğradır və sonsuzluğa səbəb olur.

Taurin isə heyvan mənşəlli qidalarda olduğu üçün bu qidalardan uzaq olan və imtina edən veqanlar və vegeterianlarda sonsuzluq riski daha da artır.

433
Koronavirus testləri, arxiv şəkli

Koronavirus cəbhəsində bu gün vəziyyət necədir? Bu günün statistikası

453
(Yenilənib 16:42 15.06.2021)
İndiyədək ölkədə ümumilikdə 335 264 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 328 876 nəfər müalicə olunaraq sağalıb, 4 958 nəfər vəfat edib, aktiv xəstə sayı 1 430 nəfərdir.

BAKI, 15 iyun - Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 68 yeni yoluxma faktı qeydə alınıb, 177 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 335 264 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 328 876 nəfər müalicə olunaraq sağalıb, 4 958 nəfər vəfat edib, aktiv xəstə sayı 1 430 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10316, ötən müddət ərzində isə ümumilikdə 3 637 889 test aparılıb.

453
Namiq Qaraçuxurlu, arxiv şəkli

Tanınmış meyxanaçı da bəladan qurtula bilmədi

787
Bir neçə gün əvvəl Rusiyadan ölkəyə qayıtmaq istəyən meyxanaçı Bakıya qayıdarkən virusa yoluxduğundan xəbərdar olub. Bu səbəblə də o Moskvanı tərk edə bilməyib və orada karantinə alınıb.

BAKI, 14 iyun — Sputnik. Meyxanaçı Namiq Qaraçuxurlu koronavirusa yoluxub. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə o, özünün "Instagram" hesabında məlumat yayıb:

"Əzizlərim narahat olmasın deyə koronavirusa yoluxmağımı gizli saxlamaq istədim. Təəssüf ki, kiminsə ağzının boş olması buna imkan vermədi. Bu həyəcanı sevənlərimə verdiyim üçün üzr istəyirəm. Bildirmək istəyirəm ki, xəstəliyi çox yüngül keçirirəm, saytların bildirdiyi kimi xəstəxanada deyiləm və tezliklə sağalıb, Vətənə geri dönəcəyəm"

Xatırladaq ki, bir neçə gün əvvəl Rusiyadan ölkəyə qayıtmaq istəyən meyxanaçı Bakıya qayıdarkən virusa yoluxduğundan xəbərdar olub. Bu səbəblə də o Moskvanı tərk edə bilməyib və orada karantinə alınıb.

Qeyd edək ki, Namiq Qaraçuxurlu Azərbaycanda meyxana sənətinə bir çox yeniliklər gətirib. Uzun illər meyxana sənəti ilə məşğul olan sənətçi "Rəvayət" adlı meyxansı ilə tamaşaçıların qəlbinə yol tapıb. Həmin meyxanadan sonra gündəmdən düşməyən meyxanaçı səhnəmizin bir çox müğənniləri ilə duet ortağı olub.

787
Защитник сборной Германии Матс Хуммельс забил гол в свои ворота в матче со сборной Франции на ЕВРО-2020.

AVRO-2020: Fransa yığması alman rəqiblər üzərində qələbə qazandı

0
(Yenilənib 01:38 16.06.2021)
Son Avropa çempionatının finalçısı olan fransızlar AVRO-2020-yə çempionatın ən güclü komandalarından biri üzərində qələbə ilə başladı.

AVRO-2020-nin qrup mərhələsində I tura yekun vurulub. Turun son matçı F qrupunda keçirilib.

Almaniyanın Münhen şəhərində baş tutan qarşılaşmada son iki dünya çempionu üz-üzə gəlib. DÇ-2014-ün qalibi Almaniya üç il öncə bu titula yiyələnən Fransa ilə qarşılaşıb.

"Ölüm qrupu"nda yer alan komandaların duelinə Bundestim daha fəal başlayıb. Üstünlüyə yiyələnən Yoahim Lövün yetirmələri topa daha çox nəzarət edib. Lakin sürətli hücumlar quran fransalılar hesabı açıb.

Mats Hummels avtoqol müəllifi olub. Buraxılan qoldan sonra da almaniyalılar daha çox hücum təşkil edib.

Fasilədən sonra da oyunun axarı dəyişməyib. Almaniya millisi Didye Deşamın yetirmələrinin müdafiə səddini yara bilməyib. Son dünya çempionları bir epizodda əks-hücum zamanı fərqlənsə də, VAR-ın qərarı ilə hesaba alınmayıb.

Qeyd edək ki, qrupun digər oyununda son Avropa çempionu Portuqaliya Macarıstana 3:0 hesabı ilə qalib gəlib.

0