Depressiya

Özünüzdə yaxınlarınızda belə əlamətlər müşahidə olunsa, dərhal müraciət edin

678
(Yenilənib 23:25 15.06.2018)
Xəstəliyin dərinləşməməsi üçün erkən diaqnoz və müalicə şərtdir

BAKI, 16 iyun — Sputnik. İstilərin düşməsi ilə tərləmə, ürək döyüntüsünün artması və əsəbilik kimi problemlər meydana çıxır. Bu sıxıntılar tənzimlənmədiyi halda "panik atak" xəstəliyinə (qeyri-ixtiyarı və adekvat olmayan reaksiya, həyacan) səbəb ola bilər.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, mütəxəssilərə görə, panik atak anidən yaranır və buna səbəb sosial həyat, içərisində olunan mühitdir. Məsləhət görülür ki, xəstəliyin diaqnozu qoyulan kimi dərhal müalicəyə başlamaq lazımdır.

Həkimlər bu xəstəliyin daha çox gənclərdə müşahidə edildiyini bildirirlər. Xəstəlik özünü evdən çıxmaq istəyinin olmaması, ölüm qorxusu, ictimai nəqliyyata minməkdən çəkinmə, sosial mühitlə əlaqənin kəsilməsi və hər an ölümü düşünmə hissinin olması ilə büruzə verir.

Müalicə iki yolla həyata keçirilir: Dərman qəbulu və psixoterapiya. Müalicə zamanı xəstə yaxınlarının da üzərinə böyük məsuliyyət düşür. Xəstə evdən çıxmağa qorxursa, onu çıxmağa, gəzdirməyə məcbur edin. Xəstəliyin dərinləşməməsi üçün erkən diaqnoz və müalicə şərtdir.

678
Teqlər:
panik atak, müalicə, xəstə, diaqnoz, xəstəlik
Əlaqədar
Ağcaqanadın sancdığı aktrisa ağır xəstəliyə düçar olub - VİDEO
İyirmi dörd yaşlı qadın xəstəxanada dünyasını dəyişdi
Çin istehsalı alt paltarı alan qadın xəstəxanalıq oldu
Böyük qalmaqal: Təcili yardım yetişənədək xəstə keçindi və əsl qiyamət qopdu
Yaşıl çay sağalmaz xəstəliyin dərmanı oldu