Dəniz məhsulları, arxiv şəkli

Dəniz məhsulları depressiyanın dərmanıdır

343
(Yenilənib 02:35 13.06.2018)
Depressiyaya düşənlərdə is Omeqa-3 yağ turşusunun miqdarının az olduğu bildirilib

BAKI, 13 iyun — Sputnik. Tez-tez dəniz məhsulları istehlak edən şəxslərin istehlak etməyənlərə nisbətən depressiyaya düşmək riski iki dəfə azdır.

Sputnik Azərbaycan Seanews-a istinadən xəbər verir ki, bu qənaətə Yaponiyanın Keio Universitetinin alimləri gəliblər.

Belə ki, universitetin Xərçəng Araşdırmaları İnstitutuna məxsus "Translational Psychiatry" adlı elmi jurnalın əməkdaşları 191 nəfər arasında araşdırma aparıblar. Onlar iştirakçıları dörd qrupa bölüblər.

Müəyyən olunub ki, hər gün 111 qram dəniz məhsulu yeyənlərin depressiyaya düşmə riski iki qat azalır. Depressiyaya düşənlərdə is Omeqa-3 yağ turşusunun miqdarının az olduğu bildirilib.

343