Tort xəmirinin bişirilməsi, arxiv şəkli

Bu qida insan orqanizminə ziyan vurur

381
(Yenilənib 23:12 13.05.2018)
Şəkər bakteriyanın bədəndə çoxalmasına səbəb olur

BAKI, 13 may — Sputnik. Şirin yemək və qidalanmaq son zamanlar dəbdən düşüb. İnsanlar düşünür ki, şirin qidaların qəbul edilməsi artıq çəkinin alınmasına səbəb olur. Şirniyyatdan uzaq olsalar o zaman artıq çəkidən azad ola bilərlər.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, əslində daha çox şirniyyatdan istifadə etmək üz nahiyəsinin dərisinin korlanmasına səbəb ola bilər. Gün ərzində az şəkərdən istifadə etmək lazımdır ki, bədəndə olan şəkər nə qalxsın, nə də düşsün. Əks halda halsızlıq hiss edəcəksiz. Şəkərli qidalardan istifadə bağırsaqlara da təsirsiz ötüşmür. Şəkər bakteriyanın bədəndə çoxalmasına səbəb olur.

Şəkər çox qəbul etsəniz orqanizminiz daha çox şəkər tələb edəcək. Ona görə də daha az bu qidadan istifadə etmək lazımdır. Şəkərdən uzaqlaşdırca daha çox meyvələrin dadını hiss edə biləcəksiz. Şəkərdən az istifadə etməklə daha da gümrah olacaqsınız.

381
Əlaqədar
Üç min il əvvəl kəşf edilən möcüzəvi bitkinin faydaları
Toyuq bulyonunun bilmədiyiniz faydaları
Cücərdilmiş qozun inanılmaz faydaları
Qatığa darçın töküb yesəniz... - Faydaları
Hər gün 1 qaşıq bal yeməyin inanılmaz faydaları