Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Vətəndaşlar arasında qorxulu şayiə dolaşır, amma nə təsdiq var, nə də təkzib

© AFP 2023 / ANATOLII STEPANOVСимвол радиационной опасности, архивное фото
Символ радиационной опасности, архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
Və ya bu sual hələ də açıq qalır: Sevə-sevə yediyimiz qida Çernobıldan gəlir?

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 10 may — Sputnik. Son zamanlar istehlakçılar arasında günəbaxan tumlarının Azərbaycana Çernobıldan gətirilməsi ilə bağlı müəyyən şayiələr gəzir. Hətta bu barədə televiziya proqramlarında da danışılır. Bununla yanaşı, efirlərdə müxtəlif firmaların istehsal etdiyi günəbaxan tumları reklam da edilir.

Tərəvəz - Sputnik Azərbaycan
Ən sağlam qidalar müəyyən edildi

Yayılan məlumatlarda iddia olunur ki, bir qrup işbaz tərəfindən Çenobılda becərilmiş radiasiyalı günəbaxan tumları ölkəyə gətirilərək satılır. Vətəndaşlar isə bundan xəbərsiz halda həmin tumlardan istifadə edirlər.

Sputnik Azərbaycan yayılmış bu iddiaların həqiqəti nə qədər əks etdirdiyini araşdırmağa çalışıb. Həkim-terapevt Məlahət Abbasova günəbaxan tumunun insan orqanizminə faydalarından danışıb: "Günəbaxan tumunun tərkibində çoxlu miqdarda fosfor, kalium, ftor, natrium, yod, zülal, əvəzolunmaz amin turşuları və s. mövcuddur. Həmçinin ürək əzələlərinin və bağırsaqların normal işləməsi, xolesterinin səviyyəsinin aşağı salınması, ateroskleroz və qara ciyər xəstəliklərinin profilaktikası üçün bir sıra vitaminlərlə zəngindir".

"Bundan başqa, tərkibində saçların sağlamlığı, sümüklərin möhkəmliyi, infarkt və insult təhlükəsinin azaldılması, baş ağrılarının qarşısının alınması üçün vacib olan, onkoloji xəstəlikərin profilaktikası, qalxanvari vəzin normal işləməsini, dərinin elastikliyini təmin edən mikroelementlər var. Günəbaxan tumu depressiyadan çıxmaq və stressdən azad olmaq üçün də yaxşı vasitə hesab olunur", — deyə həkim əlavə edib.

Abbasova onu da qeyd edib ki, günəbaxan tumundan normadan çox istifadə artıq çəki, dişlərin zədələnməsi və s. kimi problemlərə də yol aça bilər: "Əsasən, qovurulmuş günəbaxan tumu artıq çəki yaradır. Bu səbəbdən çiy tum yemək daha xeyirli hesab olunur. Bir sözlə, düzgün və qədərində yeyildikdə, faydalı bir qida maddəsi kimi çox xeyirlidir".

Bəlkə elə bu faydalarına görədir ki, günəbaxan tumlarından çox insan istifadə edir. Amma qəbul etdiyi tumların mənşəyi, zərərləri barədə araşdırma aparmaq, haradan, necə gəldiyi barədə öyrənmək çox az adamın ağlına gəlir.

Qida eksperti Elsevər Fərzəliyev, məhz günəbaxan tumlarının Çernobıldan gətirilməsi ilə bağlı iddialara münasibət bildirib: "Çernobıl hadisəsi hələ yüz illər bundan sonra da insanlığa və insanlara zərər verəcək. Unutmaq olmaz ki, belə şüalanma mühitində yetişdirilən heyvan və bitki mənşəli qida məhsulları norma həddindən çox şüalanmaya məruz qalır. Onlarla qidalanma nəticəsində insanlar artıq radiasiya qəbul edirlər".

Ərzaq dükanı - supermarket, arxiv şəkli - Sputnik Azərbaycan
Azərbaycanın hər sakini bu qədər ərzaq yeyir

"Ola bilər ki, bu radiasiya səviyyəsi insana dərhal təsir etməsin, ancaq bir müddət sonra mütləq təsir göstərəcək. Təsir nəticəsi isə çox sərt ola bilər. Bu, istehlakçının immun göstəricilərindən asılı olaraq, müxtəlif formada büruzə verə bilər", — deyə ekspert vurğulayıb.

E.Fərzəliyev onu da əlavə edib ki, radiasiya orqanizm tərəfindən müəyyən miqdarda, yəni insan orqanizminin dözə biləcəyi qədər qəbul edilir. Amma həddi aşdığı zaman müxtəlif xəstəliklərə səbəb ola bilər: "Su 100 C-də qaynayır. Dərəcə 100 olduqda su artıq buxar formasına düşür. Orqanizmdəki toksin maddələri də belədir. Onlar müəyyən həddə qədər toplanır. Bu həddə çatdıqdan sonra isə orqanizmə mənfi təsir etməyə başlayır".

Qida eksperti radioaktiv şüalanmanın insan orqanizminə vurduğu zərərlərdən də danışıb: "Tibbdə rentgen şüalanmanın 6 aydan bir olmasına icazə verilir. İndi düşünün, şüalanma insana necə mənfi təsir göstərir. Radioaktiv şüalanma zamanı saç, dişlər tökülür, impotensiya, həmçinin müəyyən dəri-zöhrəvi xəstəliklər yaranır".

"Bütün bunlar insanın immun vəziyyətindən asılıdır. Əgər orqanizm davamlıdırsa, müəyyən qədər dözə bilir. İmmuniteti zəif olan insanlarda isə bu, özünü daha tez büruzə verir", — ekspert deyib.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov də bildirib ki, ölkəyə Çernobıldan günəbaxan tumlarının gətirilməsi ilə bağlı rəhbərlik etdiyi quruma zənglər daxil olur. Bu da o deməkdir ki, əhalidə bununla bağlı şübhələr var.

"Bizim qurumda günəbaxan toxumlarında olan radiasiyanı ölçmək üçün cihaz var. Amma çox təəssüf olsun ki, indiyədək belə yoxlama aparmamışıq. Ancaq Çenobıl ərazisində bitən günəbaxan tumlarının Azərbaycana gətirilməsi istisna edilmir", — deyə E.Hüseynov əlavə edib.

Ekspert bildirib ki, günəbaxan tumu alarkən hər bir istehlakçı ilk öncə onun istehsal tarixinə, yararlılıq müddətinə və tərkibinə diqqət yetirməlidir: "Qablaşdırılmamış tum alarkən ehtiyatlı olmaq lazımdır. Belə ki, belə tumların üzərində məhsul haqqında heç bir məlumat əks olunmur. İstehlakçılar bu cür məhsulların markalanmasına, saxlanma şəraitinə xüsusi fikir verməlidir. Əks halda, bu, sağlamlıq üçün təhlükəli ola bilər".

"Yararsız – mexaniki zədəsi olan, ləpəsi yanıq, acı, içi boş tumların kütlə payı, ən çoxu 1.5% ola bilər. Qovurulmuş tumların tərkibində toksiki elementlərin, mikotoksinlərin, pestisidlərin və radionuklidlərin miqdarı yol verilən hədlərdən yüksək olmamalıdır", — E.Heseynov vurğulayıb.

Xəbər lenti
0